Mediland Hospital

Call Directions Website Contact the practice

Mediland Hospital Mediland Hospital ..çünki sağlamlığınız dəyərlidir. 08.11.2014 ci il tarixində səhiyyəmizdə daha bir yenilik olmuş Mediland Hospital fəaliyyətə başlamışdır.

Mediland Hospitalda Azərbaycanın tanınmış həkimləri, uzmanlıq keçmiş məhşur həkimlər tibbin bütün yeniliklərini özündə cəmləyən, yüksək komforta sahib olan bir xidmət təqdim edir.
Klinikanın geniş profilli poliklinika, reabilitasiya, yüksək təhcizatlı radiologiya, çoxfunksional laboratoriya,bütün növ cərrahiyyə şöbələri fəaliyyət göstərir.
Əməliyyatlar açıq, endoskopik, laporoskopik və lazer üsulla icra edilir
Xəstəxanın Təcili yardım komandası 7/24 Sizin xidmətinizdədir.
Qüsursuz xidmət anlayışı Mediland Hospitalın əsas meyarlarından biridir.

20/09/2026
07/09/2026

Mövzu ilə bağlı izləyicilərimizin sualını laboratoriya müdiri Ülvi Nəsirov cavablandırır.

📌 Nəticələrinizi müqayisə edərkən yalnız rəqəmlərə deyil, laboratoriyanın göstərdiyi referens aralığına da diqqət edin. Dinamik izləmə üçün analizləri mümkün qədər eyni laboratoriyada vermək tövsiyə olunur.

Sizin də laboratoriya analizləri ilə bağlı sualınız varsa, şərhlərdə qeyd edin.

01/09/2026
27/08/2026

Mediland hospitalın Qastroenteroloq,Hepatoloqu Dr.Emin Məmmədov .

🔹2011 - ci ildə Azərbaycan Tibb Universitetini bitirib.
🔹2015–2017 illərdə İtalya, Perugia Universitetində Daxili xəstəliklər, Qastroenterologiya ixtisası üzrə həkim mütəxəssis dərəcəsi almışdır.

İş təcrübəsi:
İtalya, Santa Maria della Misericordia hospitalında çalışdığı şöbələr:

🔸Gastroenterologiya və Hepatologiya şöbəsi
🔸Digestiv Endoskopiya şöbəsi.
🔸Neyroqastroenterologiya şöbəsi

İştirak etdiyi konfrans, seminar və kurslar:
▪️AİGO İtalian Gastro-endoskopik kursları: Qastroeneterologiyada diaqnostik - terapevtik innovasiyalar və iqtisadi aspektlər. Perugia, İtalya.2016
▪️Klinik Qastroenterologiya və Hepatologiya - Endoskopik şöbə , (Klinik instrumental bacariqlar-
Sertifikasiyası )-Perugia , Hospital S. Maria della Misericordia 2016
▪️SİED (Societa İtailana Endoscopia Digestiva) -İtalian digestiv endoskopiya cəmiyyətinin üzvü.
▪️ADE Ultrasəs müayinə kursu-2017
, Perugia
▪️Endoscopic Ultrasonography (EUS 2017, Amsterdam)
‘’Drug discovery new aspects in gastroenterology’’ 2016, Perugia

Mediland Hospital ..çünki sağlamlığınız dəyərlidir.

Mediland Hospitalın ümumi cərrahı Dr.Zaur Məmmədov.🔹1991-1997-ci illərdə Azərbaycan Dövlət TibbUniversitetini Fərqlənmə ...
27/08/2026

Mediland Hospitalın ümumi cərrahı Dr.Zaur Məmmədov.
🔹1991-1997-ci illərdə Azərbaycan Dövlət Tibb
Universitetini Fərqlənmə diplomu ilə bitirmişdir.
🔹1997-1998-ci illərdə Bakı şəhərində internatura
keçmişdir.
🔹1998-ci ildə Hərbi səhra cərrahiyəsi üzrə ixtisasartırma kursunu bitirmişdir.
🔹2006-cı ildə Edinburq Kral Cərrahlar Kollecinin 1-ci hissə yazılı imtahanından keçmişdir - ƏI-Riyad, Səudiyyə Ərəbistanı Krallığı.
🔹2007-ci ildə Edinburq Kral Cərrahlar Kollecinin 2-ci hissə yazılı imtahanından keçmişdir -Əl-Riyad, Səudiyyə Ərəbistanı Krallığı.
🔹2008-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin 3-cü hissə əsas kliniki fənnlər şifahi imtahanından keçmişdir - Kayro, Misir Ərəb Respublikası.
🔹2009-cu ildə İngiltərə Kral Cərrahlar Kollecinin 4-cü hissə ünsiyyət bacarıqları imtahanından keçmişdir - Kalombo, Şri-Lanka Respublikası.
🔹2009-cu ildə İngiltərə Kral Cərrahlar Kollecinin 5-ci son hissə imtahanından keçərək üzvlük sertifikatına layią görülmüşdür
- Kəlküttə, Hindistan.
🔹2012-ci ildə Səudiyyə Ərəbistanı Krallığının səhiyyə nazirliyinin ümumi cərrah mütəxəssis sertifikasiyası imtahanını yazılı və kliniki olaraq uğurla bitirmişdir.
🔹2006-2012-ci ildə xarici ölkələrdə 5 mərhələli imtahan sessiyasını müvəffəqiyyətlə bitirmiş və İngiltərə Kral Cərrahlar Kollecinin üzvlük sertifikatı ilə təltif olunmuşdur.
🔹2016-cı ilin oktyabrında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Ümumi Cərrah Mütəxəssiz üzrə sertifikasiyası imtahanını kliniki və yazılı olaraq müvəffəqiyyətlə keçmişdir.

🧬 Uzun yaşamaq təsadüf deyil – doğru seçimlərin nəticəsidir.Sağlam ömür (Healthspan) təkcə uzun illər yaşamaq deyil, həm...
06/08/2026

🧬 Uzun yaşamaq təsadüf deyil – doğru seçimlərin nəticəsidir.

Sağlam ömür (Healthspan) təkcə uzun illər yaşamaq deyil, həmin illəri sağlam, enerjili və aktiv keçirmək deməkdir.

Araşdırmalar göstərir ki, sağlamlığımıza və ömür uzunluğumuza təsir edən amillərin böyük hissəsi gündəlik həyat tərzimizlə əlaqəlidir. Düzgün qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu, stressin idarə olunması və müntəzəm tibbi müayinələr sağlam gələcəyin əsasını təşkil edir.

🔍 Metabolik Check-up vasitəsilə:
✔ Metabolik risk faktorlarınızı öyrənin.
✔ 3D bədən analizindən keçin.
✔ Sağlamlıq göstəricilərinizi ətraflı qiymətləndirin.
✔ Həkimlərimizin fərdi tövsiyələri ilə sağlam həyat tərzinə doğru ilk addımı atın.

💚 Sağlam ömür bu gündən başlayır.
Mediland Hospitalın Metabolik Mərkəzi sağlam ömrünüzü (Healthspan) uzatmaq yolunda hər zaman yanınızdadır.

📞 Ətraflı məlumat və qeydiyyat üçün:
(+994 77) 474 03 26

05/08/2026

Kiçik həkimlərimiz bu gün iş başında idi! 👩‍⚕️👨‍⚕️💚

Bəzən ən böyük təbəssümlər ən kiçik əllərdən gəlir. Bu gün klinikamızın balaca qonaqları həkim xalatlarını geyinərək palataları ziyarət etdilər, xəstələrimizlə maraqlandılar və onlara xoş anlar yaşatdılar.

Onların səmimiyyəti, qayğısı və gülüşü həm xəstələrimizin, həm də əməkdaşlarımızın gününü daha da gözəlləşdirdi.

Çünki bəzən ən təsirli müalicə bir uşağın saf təbəssümü olur. 💙

Boşqabınızdakı seçim təkcə toxluq hissinizi deyil, metabolizminizi də formalaşdırır. 🍽️Rafinə edilmiş karbohidrat və şək...
28/07/2026

Boşqabınızdakı seçim təkcə toxluq hissinizi deyil, metabolizminizi də formalaşdırır. 🍽️

Rafinə edilmiş karbohidrat və şəkərlə zəngin qidalar qan şəkərinin sürətlə yüksəlib enməsinə səbəb ola bilər. Bu isə tez acmağa, enerji düşkünlüyünə və zamanla piy yığımına şərait yarada bilər.

Zülal, sağlam yağlar, lifli tərəvəzlər və kompleks karbohidratlardan ibarət balanslı boşqab isə daha stabil enerji, uzunmüddətli toxluq hissi və sağlam metabolik cavabı dəstəkləyir.

📍 Sağlam seçimlər sağlam gələcəyin təməlidir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Mediland Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mediland Hospital:

Shortcuts

Share

Category