Bakı şəhər, Azadlıq prospekti 3071-ci məhəllədə yerləşən Premium Dental Stomatoloji Klinikası, 2009-cu ildən etibarən, bazar günündən başqa, həftənin hər günü, səhər saat 9-dan axşam saat 8-ə kimi xidmətinizdədir. Stomatologiya da tibbin başqa sahələri kimi vacib sahələrdən biridir və nəzərə alsaq ki, ağız boşluğunda olan xəstəliklərin bir çoxunun orqanizmin başqa xəstəlikləri ilə birbaşa və ya do
layısı ilə əlaqəsi var, o zaman həkim-stomatoloqun nəzəri və praktiki biliklərinin nə qədər çox olmasının vacibliyi özünü doğruldur. Bir stomatoloqun bacarıqlı olması üçün 4 əsas vacib şərt lazımdır:
1) universitet və ondan sonrakı dövrdə oxuduğu nəzəri bilik və məlumatlar
2) əldə etdiyi praktiki vərdiş və bacarıqlar
3) yüksək keyfiyyətli materiallarla və müasir avadanlıqlarla işləmək
4) təcrübəli komanda,yəni asistent-həkim-labarator tandemi. Yuxarıda sadalananlardan hər hansı birisi olmadıqda göstərilən stomatoloji müalicə tam olmur və özünü doğrultmur. Bildirmək istəyirik ki, ”Premium Dental” ailəsi olaraq bu vəhdət bizim klinikada özünü tamamlayır. Biz sizlərlə stomatologiyanın ölkəmizdə inkişaf etmiş sahələri ilə deyil, vacib olan sahələri barəsində fikirlərimizi bölüşmək istəyirik. Proflaktik stomatologiya bizim ölkədə Avropadakı kimi geniş vüsət almamışdır. Əgər erkən profilaktikaya diqqət göstərilsə, sonra dişlərdə yaranmış bir sıra ağır fəsadlardan qaçmaq mümkündür. Eyni zamanda klinikamızda sterilizasiya qaydalarına yüksək səviyyədə əməl olunur. Belə ki, sterilizasiya düzgün aparılmadıqda müxtəlif yoluxucu xəstəliklər (Hepatit B C D,Vərəm) düçar olmaq mümkündür. Klinikamızın sterilizə otağı ideal sterilizə şəraitinin olması üçün müasir avadanlıqlar və lazımi materiallarla təchiz olunmuş, sterilizasiya kabineti beynalxalq standartların bütün normalarına cavab verir. Sterilizasiya otağında daimi isti və soyuq su eyni zamanda xüsusi yuma vasitələri vardır. Bundan əlavə, tibbi ləvazimatlar üçün ultrasəsli təmizləyici vasitələr mövcuddur. Stomatoloji şərtlərə uyğun olaraq, distillə edilmiş su əldə olunması üçün dispenserlərdən istifadə olunur. Tibbi ləvazimatların gigiyenik paketlənməsi xüsusi aparatlar vasitəsi ilə tənzimlənir. Stomatoloji ucluqların təmizlənməsi üçün sterilizasiya otağı xüsusi cihazla təmin olunmuşdur. Sterilizə otağında 2 proqramlaşdırılmış avtoklav və ləvazimatların saxlanma şkafları vardır. Sterilizə prosesi bir neçə etapdan ibarətdir və xüsusi təcrübə keçmiş tibb bacısı tərəfindən aparılır.
“Premium Dental” ailəsi adından bütün xalqımıza sağlam orqanizm və sağlam təbəssüm arzu edirəm. Öz sahəmizdə genofondun sağlam olması arzusu ilə, komanda olaraq daima stomatoloji sağlamlığınızın keşiyindəyik.