Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəsmi Facebook səhifəsi. Mərkəz 2009-cu ildən istifadəyə verilib.

Azərbaycanda talassemiya daşıyıcılarının sayı 1 milyonu ötüb. Ölkəmizdə minlərlə talassemiya xəstəliyindən əziyyət çəkən xəstə var. Problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin keyfiyyətli aparılması üçün burada qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriyalar, poliklinika, tranfuziya zalı, manipulyasiya və şüa diaqnostikası otaqları, iliyin köçürülməsi üçün əməliyyat otağı, reanimasiya palataları, sterilləşdirmə mərkəzi, palatalar, uşaqlar üçün oyun otağı, yeməkxana, kitabxana, Internet mərkəzi və konfrans salonu fəaliyyət göstərir. Daha yaxşı xidmət göstərmək üçün regionlarda da Respublika Talassemiya Mərkəzinin şöbələri fəaliyyət göstərir. Respublika Talassemiya Mərkəzində Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın əsas fəaliyyət istiqamətləri talassemiya üzrə mütəxəssislər yetişdirmək, populyasiyamıza aid mutasiyaları aşkarlaşmaq və elmi araşdırmalar yayımlamaq, yerli və beynəlxalq elmi konfranslar, konqreslər təşkil etmək və beynəlxalq elmi fəaliyyətlərə qoşulmaqdır.

27/08/2026
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda elmi-praktik seminar k...
14/08/2026

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Mərkəzin rezident həkimi Salik Ağamuradov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimat zamanı aplastik anemiyanın yaranma səbəbləri, klinik əlamətləri, diaqnostik meyarları, müasir müalicə yanaşmaları və pasiyentlərin izlənilməsi prinsipləri barədə ətraflı məlumat verilib.
Elmi-praktik müzakirə formatında davam edən seminar zamanı mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

03/08/2026

“HEMATOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ 2026” (HEMAP2026)
Beynəlxalq Konfrans
26–27 noyabr 2026-cı il
Bakı, Azərbaycan

“Hematologiyanın aktual problemləri” adlı beynəlxalq konfransa dəvət

Sizi 26–27 noyabr 2026-cı il tarixlərində Bakı şəhəri Radisson Hotel Bakuda keçiriləcək “Hematologiyanın aktual problemləri” (HEMAP2026) adlı beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.
Konfransda Azərbaycanın müxtəlif tibb müəssisələrində mütəxəssislərlə yanaşı, dünyanın 12 ölkəsindən hematologiya sahəsində tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat ödənişsizdir.

Bildiririk ki, elmi tezislərin qəbulu artıq başlanıb. Qəbul olunmuş tezislər konfransın rəsmi materialları toplusunda dərc ediləcək. Təqdim olunan işlər arasından seçilmiş 10 ən yaxşı tezis müəllifləri tərəfindən konfrans proqramı çərçivəsində şifahi məruzə şəklində təqdim ediləcək.

Tezislər aşağıdakı tələblərə uyğun hazırlanmalıdır:
* Həcmi: 1–2 səhifə
* Şrift: Times New Roman
* Şrift ölçüsü: 12 pt
* Dillər: Azərbaycan, türk, rus və ya ingilis

Tezis aşağıdakı bölmələri əhatə etməlidir:
* Başlıq
* Müəllif(lər)
* Müəlliflərin çalışdığı müəssisə(lər)in adı
* Giriş
* Tədqiqatın məqsədi
* Material və metodlar
* Nəticələr (zərurət olduqda kiçik cədvəl və ya şəkil əlavə edilə bilər)

Konfransda iştirak etmək istəyən şəxslər qabaqcadan aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçməlidirlər.

Tezislərin göndərilməsi üçün son tarix: 15 sentyabr 2026-cı il.
Əlavə məlumat üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin elmi katibi Günel Əliyeva ilə əlaqə saxlaya bilərsiniz:+994506220626“ https://docs.google.com/forms/d/1kUtjYmw50M_Kgvqj1WFmnN4nJgUJJ1-mHsS6D3ooiK8/edit

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərləzində  rezidentlər üçün “Hemolitik-uremik sindrom” mövzusu...
30/07/2026

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərləzində rezidentlər üçün “Hemolitik-uremik sindrom” mövzusunda seminar keçirilib.
Seminar zamanı hemolitik-uremik sindromun etiologiyası, patogenezi, klinik əlamətləri, diaqnostik yanaşmalar və müasir müalicə prinsipləri müzakirə olunub. Tədbir interaktiv formatda təşkil edilərək rezidentlərin sualları cavablandırılıb və klinik halların təhlili aparılıb.
Belə elmi-tədris tədbirləri gənc mütəxəssislərin bilik və bacarıqlarının inkişafına, eləcə də klinik təcrübələrinin zənginləşdirilməsinə xidmət edir.

28/07/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Mirəli Qaşqay 145
Baku
1007

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi:

Shortcuts

Share

Category