Pediatr -Dr.Kamal Rəhimov

Pediatr -Dr.Kamal Rəhimov Uşaqlar arasında baş verən xəstəlikləri vaxtinda aşkarlamaq və müalicəyə cəlb etməkdir Usaqlarin sağlamlığ haqqinda məlumatlar.

24/04/2026

DƏRMANLARİN USAQ İMMUNİTETİNƏ TƏSİRİ. KRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) adlandırılan xəstəliklər – uşaqlar arasında ən çox təsadüf edilən xəstəliklərdəndir.
Uşaqların bu xəsəliklərə yoluxmasından o qədər də qorxmaq lazım deyil. Onlar uşaqların immun sistemi üçün bir növ "trenajor" rolunu oynayır. Anacaq bu zaman bir vacib amili yaddan çıxarmaq lazım deyil: uşağın bu xəstəliklərə yoluxması normal hesab edilən saydan (ildə 5 dəfədən) artıq olmamalı, onun müalicəsi problemsiz keçməli və xəstəlikdən sonra ağır fəsadlar (tonzillit, otit, bronxit, pnevmoniya) yaranmamalıdır.
KRVİ-na yoluxmuş olan uşağa düzgün qulluq etmək və ciddi tələbat olmadan heç bir dərmandan istifadə etməmək prinsipinə əməl edilməsi çox vacib hesab olunur. Yadda saxlamaq lazımdır ki, belə xəstəliklərin həddindən "aktiv" müdaxilə edilməklə müalicə olunması uşaq orqanizmində normal immunitetin formalaşmasına mane olur. Əgər uşaq tez-tez xəstələnirsə, bu o dəməkdir ki, onların müalicəsində istənilən dərman preparatı - yalnız ondan istifadə edilməməsi birmənalı olaraq mümkün olmadıqda tətbiq olunmalıdır.
Dərman preparatlarının uşaqların immun sisteminə təsiri birədə bir qədər geniş məlumat verək.
İstənilən dərman preparatı yalnız həkimin xəstəyə bilavasitə (!) baxışından sonra (söhbət uşaqlardan getdikdə bu daha çox vacibdir!) təyin olunmalıdır! Heç bir halda uşağınızı həkimlə məsləhətləşmədən, özünüz bilidiyiniz kimi müalicə etməyə, ona antibiotiklər və digər dərmanlar "təyin etməyə" cəhd etməyin! Yadınızda saxlayın ki, KRXİ və qrip xəstəliyi antibiotiklərlə müalicəyə tabe olmurlar! Məsələ burasındadır ki, antibiotiklər yalnız bakteriyalara təsir edirlər, KRVİ və qrip xəstəliyi isə viruslar tərəfindən törədilir. Viruslara qarşı isə antibiotiklər tamamilə gücsüzdürlər!
Digər tərəfdən, ifratçılığa varıb “zərərli” olduğuna görə antibiotiklərin tətbiq edilməsindən tamamilə imtina etmək də olmaz. Çünki, angina, otit (orta qulağın iltihabı), burun ətrafı boşluqların iltihabi prosesləri (haymorit, frontit və s.) və bir sıra digər xəstəlikləri yalnız antibiotiklərin köməkliyi ilə müalicə etmək mümkün olur! Onlardan tamamilə imtina etməklə siz uşağınızın sağlamlığını böyük təhlükə altına qoymuş olursunuz!
Qrip və soyuqdəymə müalicə olunmalıdırmı? Əlbəttə ki, olunmalıdır. Xüsusən də bu qripə aiddir ki, bu xəstəlik yüksək hərarətlə müşahidə olunur və ağır fəsadlar verə bilər.
Xəstəliyə fikir verməyərək uşağı məktəbə və ya uşaq bağçasına göndərmək çox təhlükəlidir.
Hərarət yüksək olduqda xəstə uşaq mütləq yataq rejiminə əməl etməlidir. Hərarət düşdükdən 1-2 gün sonra əvvəl yarıyataq, daha sonra isə adi rejimə keçmək olar.
Çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 0,5-1,5 l-dən az olmayaraq (uşağın yaşından asılı olaraq) maye qəbul etməlidir.
Xəstəlik zamanı uşağın iştahası kəskin azalmış olur. Heç bir halda onu zorla yedizdirməyin! Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən və ağır zülallı qidalardan imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə uşağa təzə toyuq bulyonu verin. Toyuq bulyonunda xeyirli maddələr var ki, orqanizmə virusla mübarizədə kömək edir.
KRXİ və qrip kimi virus xəstəliklərinin müalicəsi əsasən simptomatik şəkildə aparılmalıdır: hərarət yüksək olduqda - onu aşağı salan dərmanlar, zökəm zamanı – müxtəlif duz tərkibli burun damcıları, öskürək zamanı – bitki tərkibli dərman preparatları və s. Belə müalicə xəstəliyin törədiciləri olan viruslara təsir etməsə də, xəstənin vəziyyətini yaxşılaşdırır və müxtəlif fəsadların qarşısını almış olur. Bir sıra hallarda həkim, uşağın vəziyyətini nəzərə alaraq, ona virusəleyhinə olan dərman preparatı da təyin edə bilər.
Hərarət salan dərmanları yalnız hərarət 38,5 C qalxdıqda uşağa vermək olar. Bəzi hallarda (uşaq çox kiçik olduqda, uşaqda xroniki ürək, sinir, endokrin və ağciyər xəstəlikləri olduqda, əvvəllər yüksək hərarət fonunda uşaqda qıcolmalar olduqda və s.) uşaqda hərarət 38 C çatdıqda onu dərhal salmaq lazımdır.
Hərarəti salmaq məqsədi ilə aspirin və digər aspirin tərkibli preparatları yalnız böyüklərdə istifadə oluna bilər. Onun uşaqlarda qrip və soyuqdəymə zamanı istifadə edilməsi çox ağır xəstəlik olan Rey sindromunun (qaraciyər və sinir sisteminin zədələnməsi) inkişaf etməsinə səbəb ola bilər.
Ümumillikdə isə uşaqlarda KRVİ və qrip zamanı valideynlər mümkün qədər çalışmalıdırlar ki, təbii vasitələrdən istifadə etsinlər. Bu uşaq immunitetinin normal şəkildə inkişaf etməsinə kömək edəcək. Məsələn, boğaz ağrısı zamanı zoğal, moruq mürəbbəli, bal əlavə olunmuş çay, soda qatılmış isti süd istifadə etmək olar. Boğazı kalendula, çobanyastığı, sürvə dəmləmələri ilə, duzlu (1/2 su + duz bıcağın ucunda) soda qatılmış su ilə qarqara edin. Zökəm zamanı duzlu sudan (1/2 stəkan su + bıcağın ucunda duz) və ya apteklərdə satılan tərkibində dəniz suyu olan damcılardan istifadə etmək olar.
Hal-hazırda apteklərdə müxtəlif virus əleyhinə preparatlar satılır. Bu preparatlar uşağa yalnız həkim tərəfindən təyin oluna bilər. Virus əleyhinə preparatların xəstəliyin ilk 24-36 saat ərzində istifadəsi yaxşı effekt verir - xəstəliyin müddəti və xəstəliyin fəsadlaşması riski azalır.
Uşağı vaxtında və düzgün müalicə etməklə yanaşı, xəstəlikdən sonra onun immunitetinin bərpa edilməsinə də böyük diqqət vermək lazımdır. Bu məqsədlə, onu dəyərli qidalarla, kifayət qədər yuxu, təmiz hava ilə təmin etmək, onun digər uşaqlar və böyüklərlə olan təmaslarını məhdudlaşdırmaq məsləhət görülür. Əgər uşaq hərarəti düşən kimi, uşaq bağçasına, məktəbə və ya poliklinikaya gedərsa, o yeni infeksiya ilə “görüşərək” asanlıqla yenidən xəstələnə bilər. Onu da nəzərə almaq çox vacibdir ki, yaranmış bu yeni xəstəlik, artıq müəyyən dərəcədə zəifləmiş orqanizmdə inkişaf edəcəkdir. Bu halda böyük ehtimalla demək olar ki, yeni xəstəlik, əvvəlkindən daha ağır şəkildə keçəcəkdir. Bu zaman onun fəsad vermək ehtimalı da çox olduğu üçün müalicə prosesində əlavə dərman preparatlarının (antibiotiklərin və s.) tətbiq edilməsi də qaçılmaz olacaqdır.
Virus infeksiyalarına yoluxma zamanı, orqanizmdə viruslara qarşı olan anticisimlər, adətən xəstəliyin beşinci (!) günündən etibarən hazırlanmağa başlayır! Buna görə də uşaq kəskin respirator virus infeksiyası (KRVİ) ilə xəstələndiyi halda, keçirilən xəstəliyin ağırlığından asılı olmayaraq, onun uşaq kollektivinə qayıtması xəstəliyin başlamasından ən azı 6 gün və istənilən halda, hərarətin normallaşdığı gündən isə ən azı üç gün keçdikdən sonra mümkün hesab edilir! Bu qayda yalnız tez-tez xəstələnən uşaqlara deyil, bütün uşaqlara aid edilməlidir.
Qeyd etmək lazımdır ki, infeksiyaya yoluxma ehimalına görə, uşağın digər insansanlarla (xüsusən də qapalı yerlərdə) təmasda olması daha təhlükəli hesab olunur. Uşağınızın digər uşaqlarla birlikdə açıq havada oynaması isə ədatən təhlükəsiz olur.Peditor Kamal Rəhimov.Mob 070-240-05-25.

22/04/2026

Uşaqlar arsında geniş yayılmış KRVİ-ı(Qrip).Bronxit Xəstəlikləri.Pnevmoniya xəstəliyi.Mədə-bağırsaq xəstəlikləri.Helmentozlar (Qurd) xəstəliklərinin müayinə və müalicəsini aparıram.UŞAQLARINIZIN Sağlamlığını Qoruyun. Mob.070 240-05-25.Ünvan.Əhmətli. qəs. Cəncə pr.34.ARTROMED Klinikası.

17/04/2026

Pediatr -Dr.Kamal Rəhimov
25 Sentyabr 2016 •
Yazın gəlişi ilə müxtəlif xəstəliklər özünü büruzə verməyə başlayır. Xüsusilə immun sistemi zəif olan insanlar üçün fəsil dəyişkənliyi daha ağrılı keçir. Belə ki, qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə öz fəallığını daha da artırır. Nəticədə həmin şəxslərdə ilk baxışdan qripə bənzər xəstəliklər baş qaldırır. Xəstəliklərin ümumi əlaməti qızdırma, halsızlıq və bədənin müxtəlif orqanlarında ağrılarla müşahidə olunsa da, əslində diqqətli olmaq lazımdır. Çünki bu əlamətlər başqa bir xəstəliyin carçısı da ola bilər. Bu kimi önəmli əlamətlərə lazımi diqqət yetirilmədiyi zaman sonradan ciddi problemlər yarana bilər. Bəs virus xəstəliklərini necə ayırd etməliyik? Hansı məqamda həkimə müraciət olunmalıdır? Ümumiyyətlə, virusoloji xəstəliklər zamanı nə etməliyik? Mövzu ilə əlaqədar ekspertlərin fikrini öyrəndik.
,Virus xəstəliklərinin kəskin hal almasının əsas səbəbi kifayət qədər vitamin qəbul edilməməsidir: "İnfeksion xəstəliklər arasında virus xəstəlikləri də mühüm rol oynayır. Həm fəsil dəyişməsi, həm immun sisteminin zəifləməsi və eyni zamanda orqanizmin kifayət qədər vitamin qəbul etməməsi virus xəstəliklərinin artmasına səbəb olur. Adətən bu vaxtlar virus xəstəliklərinin artan vaxtıdır. Çünki fəsil dəyişkənliyi olur və orqanizmdə müxtəlif proseslər baş verir. Qış vaxtı vitaminlərlə zəngin qidaları kifayət qədər qəbul etmirik və immun sistemi zəifləyir. Bundan başqa, fəsil dəyişkənliyi zamanı insanlar adətən geyimlərinə fikir vermirlər. Havanın dəyişkən olan vaxtı soyuqdəymə də artır. Bu isə müxtəlif xəstəliklərin yaranmasına təkan verir". Bəzən bütün infeksion xəstəlikləri qriplə səhv salırlar. Əslində isə bu, qrip deyil: "Yuxarı tənəffüs yollarında xeyli mikroblar var ki, bu vaxt onlar fəallaşaraq qripə bənzər xəstəliklərin yayılmasına səbəb olur. Xəstəliyin əlamətləri qripə bənzədiyi üçün bəzən buna el arasında qrip deyirlər və kifayət qədər məsuliyyətli yanaşmırlar. Bu, yuxarı tənəffüs yollarında fəallaşan infeksiyalardır ki, qripə bənzər əlamətlərlə özünü büruzə verir. Bunun qarşısını almaq üçün yaz fəslində daha çox tərkibi vitaminlərlə zəngin olan qidaların qəbul edilməsi çox vacibdir. Araşdırmalar göstərir ki, insanların infeksion virus xəstəliklərinə daha çox yoluxmasının əsas səbəbi havanın kəskin dəyişməsinə saymazyana yanaşmasıdır. Ətraf temperaturu ilə bədən temperaturu arasında termorequlyasiya pozulduğu zaman bədənin həddən artıq soyuması da infeksion virusların fəallaşmasına əlverişli şərait yaradır. Bir çox viruslar yuxarı tənəffüs yollarında saprofit vəziyyətdə qalırlar. Onlar əlverişli şərait yaranan kimi fəallaşmağa başlayırlar. Bu zaman isə onlar yoluxucu olurlar".
Bu viruslar adətən insanın ciyərlərini sıradan çıxarır: "Hepatit virusu əslində sayca çoxdur. Lakin bunlardan ən mühüm olanı hepatit A virusudur. Hepatit B, C, D, E və s. isə əslində hepatit A virusunun törəmələri hesab olunur. Bu virusun yeni xassə alması həmin hepatit A virusunun formasının dəyişilməsi deməkdir. Bu zaman həmin virus yeni xassələr əldə edir. Hepatit virusları adətən qan vasitəsilə yayılır. Hepatit A virusu isə istisnadır. Çünki bu virus adətən hava-damcı vasitəsilə yayılır. Bu virusların hər biri müxtəlif aqressivliyə malikdir. Lakin onlar qaraciyəri zədələdiyinə görə onlara ümumilikdə hepatit virusları deyilir. Vərəm isə virus deyil. O, hipo-bakteriya adlanır. Vərəmin müalicəyə tabe olmayan forması son zamanlar çox geniş yayılıb. Bu bakteriyalar isə Azərbaycana Rusiya həbsxanalarından ötürülür. Natamam müalicə olunmuş vərəmli xəstələr bu bakteriyaların yayılmasına səbəb olur. Hesab olunur ki, yeni yaranan bu bakteriyalar vərəmin yeni bir növüdür və xeyli sayda insan tələfatına gətirib çıxaracağı proqnoz edilir".
Virus xəstəlikləri orqanizmdə müxtəlif ağırlıqda fəsadlara gətirib çıxara bilər: "Son zamanlar viruslar kəskin şəkildə yayılıb. Bu, həm böyüklər, həm də kiçik yaşlı uşaqlar üçün aktualdır. İlk növbədə qeyd edim ki, fəsil dəyişkənliyi insanın orqanizmində müxtəlif dəyişikliklərə səbəb olur. Adətən nənə-babalarımız deyirdilər ki, yaz gələndə qan qaynayır. Bu isə o deməkdir ki, insanın immun sistemi dəyişir. İmmun sisteminin dəyişməsi orqanizmin həssaslığını daha da artırır. Ona görə də yaydan payıza və qışdan yaza keçərkən virusların inkişafı üçün əlverişli şərait yaranır. Bu zaman orqanizm çox zəif olur və xəstəliyə daha davamsız olur. Ona görə həm antivirus dərmanlardan, həm də tərkibində vitaminlər olan qidalardan və meyvə şirələrindən istifadə etmək lazımdır. Kimin bədənində hansı xəstəlik varsa, onun üstünə daha çox düşməlidir. Çünki bu viruslar adətən xəstə orqanlara daha çox ziyan vurur. Bu cür viruslar ağır orqanizmdə fəsadlar törədir və əsasən insanın ağ ciyərini zədələyir. Əgər öncədən qarşısı alınmazsa, kiçik yaşlı uşaqların boğazında müxtəlif xəstəliklər törəyə bilər. Adətən bu virusların qarşısını almaq mümkün olmur. Çünki onlar hava-damcı vasitəsilə ətrafa yoluxur. Bunun qarşısını isə yalnız orqanizmin immun sistemini gücləndirməklə almaq olar. Virusa yoluxduqdan sonra isə xəstəliyin əleyhinə dərman və iynə qəbulu vacibdir. Xüsusilə immun sistemini möhkəmləndirən dərmanların qəbulu çox vacibdir. Lakin dərman vasitələri ilə yanaşı, bu virusların müalicəsində təbii vasitələrdən istifadə olunması da orqanizmə xeyli faydalıdır. Bəzən antibiotiklərdən istifadənin faydasının olmadığını və onların təhlükəli olduğunu deyirlər. Əgər virusa yoluxmuş şəxsin temperaturu 3 gündən artıq davam edərsə, antibiotiklərdən mütləq istifadə etmək lazımdır. Bu, xüsusilə yuxarı tənəffüs yollarında və ağ ciyərlərdə fəsadların qarşısının alınması üçün çox vacibdir".
Hazırda vərəm və hepatit xəstəliyinə yoluxanların da sayı artıb. Vərəm və hepatit viruslarından qorunmaq üçün bir sıra məsləhətlər . "Vərəm virusları da hava-damcı vasitəsilə yayılır. Bunun qarşısının əvvəlcədən alınması çox vacibdir. Odur ki, məsləhətdir ki, altı aydan bir, yaxud da ildə bir dəfə ağ ciyərlərin rentgen müayinəsi olunsun. Vərəm xəstəliyinin ümumi əlamətləri bədəndə zəifliyin yaranması, başda və əzələlərdə ağrılarla müşahidə olunur. Lakin daha sonra bu, öskürəklə əvəz olunur. Öskürək 10-15 gün davam edirsə, mütləq həkimə müraciət etməli və təxliyə olunmalıdır. Hepatit virusları isə adətən qan vasitəsilə yayılır. Hepatit viruslarından qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya və təmizliyə riayət olunmalıdır. Bu, xüsusilə qadınlara aiddir. Gözəllik salonlarında istifadə olunan ümumi ləvazimatlar bu xəstəliyin yayılmasına səbəb ola bilər. Xüsusilə manikür və pedikür zamanı hepatit virusları orqanizmə asanlıqla daxil ola bilir. Ona görə də çalışmaq lazımdır ki, bu zaman şəxsi ləvazimatlardan istifadə olunsun. Və digər ləvazimatları da təmizləməyi tələb etmək lazımdır. Bundan başqa, ginekoloji və stomatoloji otaqlarda istifadə olunan alətlər yalnız birdəfəlik istifadə üçün olmalıdır. Çünki bu alətlər vasitəsilə hepatit virusu asanlıqla keçir. Hepatit virusları adətən qaraciyər sirrozuna səbəb olur. Çox vaxt isə bu viruslar qaraciyərin xərçənginə səbəb olur".
Hazırladı-Pediatr-Dr.Kamal Rəhimov.

11/10/2025
16/08/2025

Uşaqlar bizim gələcəyimizdir!
Uşaqlarda mədə-bağırsaq problemləri
Əsasən, böyüklər arasında müşahidə edilən mədə-bağırsaq sistemi xəstəliklərindən artıq uşaqlar da əziyyət çəkirlər. Məlumdur ki, həzm pozğunluğu mədə-bağırsaq sisteminin sağlamlıq problemidir. Uşaqların fiziki və zehni inkişafına gündəlik fəaliyyətə mane olan, müxtəlif xəstəliklərə bağlı yarana bilən, xəstəliklərin ən çox müşahidə edilən kliniki əlamətləri mədə ağrısı, qastirit, ürəkbulanma, qusma, qarın içində şişkinlik, ishal, qarın ağrısı, qəbizlik, sarılıq və iştahasızlıqdır. Mədə-bağırsaq traktının xəstəlikləri olduqca yayğındır, valideynlərin dörddə biri bu problemi ən azı bir dəfə yaşamışdır. Bu problemin əsas səbəbləri qida rejimindəki sistemsizlik, məktəb yaşlarında və abituriyentlərdə fiziki yüklənmə, inək südünə allergiya, stres, helicobacter pylori infeksiyası, genetik faktor və iltihabəleyhinə bəzi dərman maddələrinin uzunmüddətli istehlakıdır. Uşaqların mədə-bağırsaq xəstəlikləri böyüyən və inkişaf edən uşaqlarda daha çox görulür, çünki uşaqlar tamamilə valideynlərindən asılıdırlar. Yalnız valideynlər uşağa sağlam həyat tərzinin əsaslarını, düzgün qidalanmanı, yemək davranışı mədəniyyətini aşılaya bilərlər. Körpəlik və uşaqlıq dövründə böyümə və inkişafın tarazlı olması üçün nizamlı və balanslı qidalanma böyük əhəmiyyət kəsb edir. Hər bir xəstəliklərdə də erkən diaqnoz qoyularaq müayinə edilməsi çox vacibdir, çünki uşaqlıqda aşkar edilən mədə-bağırsaq traktının patologiyası müalicəyə yaxşı cavab verir, o cümlədən gələcəkdə müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir.Uşaqlarda bu cür hallar baş verdikdə vaxtında həkimə müracət etməyiniz vacibdir.
Hazırladı Pediatr -Dr.Kamal Rəhimov.

24/07/2025

Salam əzizi tibb işciləri,Artromed Tibb Mərkəzinə Dar ixtisaslı həkimlər, Cərrahlar və tibb bacısı vakant yerlərimiz var.Maraqlananlar olsa əlaqə saxlasın.mob. 050 335 41 11. Kamal həkim.

Address

Əhmedli Qəsəbəsi Gəncə Pr-ti 34
Baku
1000

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 17:00
Friday 09:30 - 17:00
Saturday 09:30 - 16:00

Telephone

+994503354111

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatr -Dr.Kamal Rəhimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pediatr -Dr.Kamal Rəhimov:

Shortcuts

Share

Category