02/06/2026
Əziz, Həmvətənlilərim! Sizlərlə bir müddət əvvəl aldığım gözəl bir xəbəri paylaşmaq istəyirəm. Bir çoxunuz məlumatlısınız ki, 2012- ci ildən bu günədək mənim ən sıx məşğul olduğum sahə çanaq dibi cərrahiyyəsidir (qadınlarda sidik saxlamazlığı, sidik kisəsinin, uşaqlığın və düz bağırsağın sallanması, a**l sfinkter çatışmazlığı ilə əlaqədar icra olunan cərrahi əməliyyatlar). Doktorluq işim də məs qadınlarda çanaq dibi defektlərinə həsr olunmuşdur. Əsas xəbər də ondan ibarətdir ki, çanaq dibi sahəsində tərəfimizdən düşünülən və illərlə icra olunan yeni əməliyyat texnikalarına eyni anda 3 avrasiya patenti aldıq. Bu çanaq dibi cərrahiyyəsində mənim artıq 4- cü patentimdir. Bu patentlər qadınlarda sidik qaçırma, sistosele, rektosele, enterosele və posttravmatik a**l sfinkter çatışmazlığı kimi mürəkkəb problemlərin cərrahi müalicəsinə aiddir. Tibbdə hər hansı yeni cərrahi üsulun ixtira kimi formalaşması qısa proses deyil. Bunun üçün uzunmüddətli klinik müşahidə, praktiki təcrübə, elmi əsaslandırma və patent ekspertizası tələb olunur. Bəzi hallarda belə ixtiraların ərsəyə gəlməsi aylar, bəzən isə illər çəkir. Bəzi hallarda ümumiyyətlə qəbul olunmur, çünki qəbul edilmənin əsas şərti dünyada bu üsullara a**loqun olmamasıdır. Bizim üçün xüsusi sevindirici hal ondan ibarətdir ki, bu patentləri qeyri-şərtsiz 3 ay ərzində aldıq. Bu da səhiyyədə nadir rast gələn haldır. Ölkəmiz və Səhiyyəmiz üçün xeyirli-uğurlu olsun!🙏 Bu işdə mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm🙏🙏🙏🙏