Dr. Nurangiz Hacıyeva MD

Dr. Nurangiz Hacıyeva MD �Hər bir uşaq valideynlərin bizə əmanətidir, əmanətə xəyanət olmaz� Təqdim etdiyimiz kitabda hədəfimiz məhz budur. Onun dünyası bir özgə aləmdir. Nə olar?

Biz körpələrimizə həyat veririk, onlar isə bizim həyatımıza məna qatırlar.Analıq hissi qadına bitib-tükənməyən duyğular dolu, məftunedici və tanış olmayan dünya bəxş edir. Nəinki uşaq doğulduqdan sonra, hətta ana bətnində döl də hər şeyi eşidir və hiss edir. İlk günlərdən ana və körpə arasında canlı əlaqə yaranır, bu da gələcəkdə böyük və həqiqi məhəbbətə çevrilir. Ona görə də biz onunla xoş söhbə

t etsək, üzümüzə yaxınlaşdırıb, gözlərinə baxsaq, bizimlə onun arasında böyük məhəbbət yaranacaq. Axı ilk məhəbbət baxışdan başlayır...
Yer üzündə heç bir varlıq uşağımızı bizim qədər sevib, anlaya bilməz. Lakin istənilən informasiyanı sevgi ilə yanaşı, bilik və düşüncə ilə qəbul etdikdə daha böyük nailiyyətlər əldə etmək olar. Uşaq ilk ilində sürətli artım tempi ilə inkişaf edir. Əminliklə deyə bilərik ki, körpənin ilk 6 ayında yalnız ana südü ilə qidalanması ideal olub, onun sağlam bünövrəsi üçün qızıl standartdır. Uşaq əmizdirən ana bədii obraz olub, özündə sakitlik, mehribanlıq, xoşbəxtlik, rahatlıq, arxayınlıq, razılıq, sevinc təcəssüm etdirir. Həm ana, həm uşaq üçün bu, sakitliklə dolu, heç bir duyğu ilə müqayisə olunmayan həzdir. Lakin qadınlar tez-tez səbirsizlik edib, düşünmədən həm özlərini, həm də körpələrini bu həzdən məhrum edirlər. İstənilən məməlilər kimi, insanın da uşağını öz ana südü ilə əmizdirməsi daha uyğun olardı. Anaların öz uşaqlarını digər bioloji növ – inək, keçi südü ilə qidalandırması ekoloji fəlakətdir. İnək balası I ilində təxminən 100 kq olur, insan balası isə 1 yaşında 10 kq olmalıdır. Həmin südlə uşağın qidalanması nə qədər düzgündür..? Həkimlik fəaliyyətinin indikatoru – göstəricisi (faydalılıq əmsalı) də ana südü ilə qidalanan körpələrinin sayı ilə müəyyən olunur. Bu kitabda bacardıqca bu missiyamızı yerinə yetirməyə çalışdıq. Uşağın yaşına uyğun düzgün qidalanmasını təmin edəriksə, sağlam gələcəyinə arxayın olarıq. Hər körpə təkrarolunmazdır, fərdi özəlliklərə məxsus nemətdir. Vaxtında və ya vaxtından əvvəl doğulmağına, qız və ya oğlan olmasına, ilk və ya sonbeşik olmasına baxmayaraq, doğulduğu andan etibarən o, şəxsiyyətdir, individualdır. Orada nə “olmaz”lar var, nə də “yox”lar. Bu dünyada hər şey mümkündür, orada yasaq yoxdur, hədd yoxdur... Nəyi necə etsək, daha yaxşı olar? Nə olmaz?.. İlk vaxtlar bu dünya öz yeniliyi ilə bizi çaşdıra bilər. Lakin biz bilməliyik ki, onun ürəyiaçıq və ya paxıl olması, mehriban və ya qəddar olması, təmizkar və ya pinti, elmli və ya savadsız olması, bir sözlə, insan kimi necə formalaşması bizdən asılıdır. Biz bacardığımız qədər onu, dünyaya uyğunlaşdırmalı və körpəmizi əsl həyata hazırlaşdırmalıyıq. Uşaqlıqdan qocalana qədər insan ən sevincli, ən kədərli anında Allahdan sonra anasının adını çəkir, ona güvənir. Odur ki o güvənci yanıltmamalıyıq. Öz körpəmizlə davranış zamanı həddən artıq diqqətli olmalı, onu daim sevgi və qayğı ilə əhatə etməli, orqanizmindəki ən kiçik dəyişikliklərə belə fikir verməli, bu barədə dərhal uşaq həkiminə vaxtında məlumat verərək, onun bütün məsləhətlərinə tam məsuliyyətlə əməl etməliyik. Axı uşaqlarınızın sağlamlığı bizim rahatlığımız deməkdir. Qarşıda sizi böyük kəşflər və təcrübələr gözləyir. İnanırıq ki, siz bu çətin işi sevə-sevə, zövqlə edəcəksiniz. Məşhur həkim Pol Raskin tələbələrinə qocalığın psixoloji təsirlərinə dair mühazirəsini belə başlamışdır: “Xəstə” nə danışır, nə də deyilənləri başa düşür. Bəzən saatlarla anlaşılmaz sözlər söyləyir. Onun üçün zaman, məkan və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya verir. Onu həmişə kimsə yedirir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə içində olur. Yeriyə bilmir. Nə vaxt yatıb, nə vaxt duracağı məlum deyil. Bəzən gecəyarısı oyanıb qışqırır və heç kimi yatmağa qoymur. Bəzən sakit, bəzən də əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır”. Bu misaldan sonra Raskin tələbələrindən bu “xəstəyə” baxmaq istəyib-istəmədiklərini soruşur. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini söyləyirlər. Raskin isə hər gün bu işi böyük bir zövqlə gördüyünü və gələcəkdə onların da bu işi görəcəklərini deyəndə tələbələr təəccüblənirlər. Daha sonra Raskin tələbələrinə “xəstənin” fotoşəklini göstərdi. Bu, həkimin 6 aylıq qızı idi...
Ümidvarıq ki, bu kitabda olan məsləhətlərdən yararlanıb sizlər sağlam gələcəyin qurulmasına öz töhfənizi bəxş edəcəksiniz. Bu çətin, lakin mənalı yolda sizə uğurlar diləyirəm, əziz valideynlər!

Əsrin problemi və gündən-günə artan, azalmayan öskürəklərin ən çox səbəbi allergiyadan danışacağıq. Mart-aprel aylarında...
09/03/2026

Əsrin problemi və gündən-günə artan, azalmayan öskürəklərin ən çox səbəbi allergiyadan danışacağıq. Mart-aprel aylarında çiçəyə qarşı allergiya əsasən çiçəklərin yaydığı tozcuqlara (polenə) qarşı allergiya artmaqdadır. Bu vəziyyətə tez-tez mövsümi allergiya da deyilir və tibb dilində allergik rinit kimi tanınır🌸 Əsas əlamətləri olan asqırma, öskürək, gözlərin qaşınması və sulanması, boğaz qaşınması onları qrip və zökəmdən ayırmağa çətinləşdirir. Ən doğrusunu sizi müayinə edən pediatr söyləyəcək.
Lakin bu mövsümdə balıq və ya balıq məhsullarının qəbulu allergik reaksiyalara səbəb ola bilir. Ən son 2025-ci il məlumatına görə allergenlərin paylanması balığın bədən hissələrinə görə də fərqlənir. Məsələn, baş nahiyəsində əsas balıq allergeninin miqdarı quyruq hissəsi ilə müqayisədə iki dəfədən çox olur. Uşaqlara 8-9 aydan balığın quyruq hissəsindən verin. Yeri gəlmişkən, təzə
məlumatlardan inək südünə allergiyası olan uşaqlarda keçi və qoyun südünə də allergiya olma ehtimalı yüksəkdir. At, dəvə, uzunqulaq südünə allergiya ehtimalı daha aşağıdır. Sağlam olun.
P.S. Profesdional video çəkdim, gördüm təbii şəkillər qədər ❤️like gəlmir, dedim keçim köhnə tərzimə😍. Sualları postun altında cavablandıracam🙏🏼

Dostluq bəzən dərmandır…Bir dostla danışmaq, onu görmək, sadəcə yanında olmaq – insanın daxilində itirdiyi həqiqət parça...
02/03/2026

Dostluq bəzən dərmandır…
Bir dostla danışmaq, onu görmək, sadəcə yanında olmaq – insanın daxilində itirdiyi həqiqət parçasını tapmasına səbəb ola bilər. Elə anlar olur ki, o insanın sənə təsirindən xəbərin belə olmur. Dostun 4 növü var deyirlər:

1️⃣ Uşaqlıq dostu

Səni keçmişinlə bağlayan insandır. Məktəb, həyət, xatirələr… Bu dostluq illərə söykənir.

2️⃣ Maraqlara görə dost

Ortaq maraq və ya məqsədlər birləşdirir. Məsələn, iş, təhsil, idman və ya hobbilər.

3️⃣ Çətin gündə olan dost

Ən ağır vaxtında yanında olan, səni dinləyən və dəstək verən insandır.

4️⃣ Həqiqi dost

Səni olduğun kimi qəbul edir. Uğuruna sevinir, səhvində tərk etmir və hər zaman səmimidir.

Son konqres 🤩 Şəkil 1 tələbəlik, şəkil 2 iş yoldaşlarım-dostlarım #

Bir yəhudi çox sevinib sinaqoqa gədir ki, nəvəsi olduğunu hamı ilə bölüşsün. Hamı onu təbrik etməyə başlayır. Başqa bir ...
09/02/2026

Bir yəhudi çox sevinib sinaqoqa gədir ki, nəvəsi olduğunu hamı ilə bölüşsün. Hamı onu təbrik etməyə başlayır. Başqa bir yəhudi gəlib deyir: "Təbrik edirəm, adam olmusan!" Xoşbəxt yəhudi təəccüblənir və soruşur: "Bu nə deməkdir?" O cavab verir: "Heyvanların nəvəsi olmur, yalnız insanların nəvəsi olur." Sənin yalnız uşaqların olduğu halda, sən heyvan kimi idin, indi nəvən olduğuna görə adam olmusan. Sən heç vaxt bir heyvanın nəvələri ilə gəzdiyini görməyəcəksən. Onlar fiziki cəhətdən bacarıqlı ola bilərlər, amma bunu bacarmaq üçün zəkaları - intellektləri çatmır. Odur ki, bir daha təbrik edirəm: sən adam olmusan!

06/02/2026

👩🏻‍⚕️ Bilalova Nigar | Uşaq stomatoloqu

2006–2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almışdır.

Peşəkar fəaliyyəti dövründə həm ölkədaxili, həm də beynəlxalq konfrans və təlimlərdə iştirak etmiş, bilik və bacarıqlarını daim inkişaf etdirmişdir.

Hazırda klinikamızda uşaq stomatoloqu olaraq fəaliyyət göstərir.

Uşaqlarla işləməyi, onların səmimiyyətini və enerjisini çox sevir.
Məqsədi hər bir uşağa stomatoloji müalicəni qorxusuz və rahat təcrübəyə çevirməkdir. 🦷

Təəcüblü olsa da, bu günə kimi “🍏almada daha çox dəmir olması anlayışı qəbul edilmir”. Dəmir defisiti varsa dəmir prepar...
28/01/2026

Təəcüblü olsa da, bu günə kimi “🍏almada daha çox dəmir olması anlayışı qəbul edilmir”. Dəmir defisiti varsa dəmir preparatı təyin edilməlidir. Ət, qaraciyər və meyvələr hər gün yeyilməlidir ki, dəmir balansın saxlansın.
🍎Kəsilmiş almanın qaralması isə hüceyrənin içerisindəki polifenol oksidazanın polifenollarının oksidləşdirməsinə görə olur. Sizlərə qida haqqında məlumatlar maraqlı olarsa ❤️edin😅 yazım. P. S. Şəkildəki maşallah bala isə ortancıl oğlumun uşaqlığıdır😍 #

Limfa düyünlərinin böyüməsi əksər hallarda orqanizmin iltihaba 🔻Virus, bakteriya  🔻Qulaq, burun və boğaz infeksiyaları🔻T...
23/01/2026

Limfa düyünlərinin böyüməsi əksər hallarda orqanizmin iltihaba 🔻Virus, bakteriya 🔻Qulaq, burun və boğaz infeksiyaları🔻Tənəffüs yolu infeksiyaları🔻Dəri infeksiyaları🔻Diş problemləri qarşı reaksiyasıdır. Xüsusən süd dişlərinin müalicəsinə önəm vermirik, hətta daim dişin çürüməsi haqqında valideynə məlumat verəndə əhəmiyyət vermirik😞 Amma bilməliyik ki, əksər xəstəliklər ağız boşluğundan başlanır. Davamlı iltihabi proses isə fəsadlar yaradır.
Orqanizmə infeksiya düşdükdə, iltihabı proses kəskinləşdikdə yaxınlıqda olan limfa düyünləri onu özündə tutub saxlayır, daha çox müdafiə hüceyrələri sintez edir ki, bu da düyünlərin böyüməsinə səbəb olur. Ağırlaşmalar zamanı limfa düyünlərin əllə yoxladıqda ağrı müşahidə olunur.
🔻Limfalar sistemli xəstəliklər, limfoma, leykoz zamanı da böyüyə bilir. İlkin diaqnoz USM ilə limfaların reaktiv olub olmadığı müəyyən edilir.
Bəzən limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır. Əksəriyyət hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqların immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Lakin hər halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qalması, eyni zamanda aşağıdakı simptomların olması təhlükəli xəstəliklərin xəbərçisi ola bilər.
📌Ağrısız böyüyən limfa düyünləri
📌Naməlum mənşəli qızdırma
📌Səbəbsiz çəki itkisi
📌Daimi yorğunluq
📌Öskürək, tənəffüs problemi və sinə ağrısı
📌Qarında şişkinlik, ağrı hissi
💊Səbəbi araşdırıldıqdan sonra uyğun müalice taktikası seçilir.
🆘 Limfa düyünlərine krem, yod çekmek, sıxmaq, ezmek, bağlamaq olmaz. Limfa sistemini aktivləşdirmək üçün bol maye içilməsi tövsiyyə olunur. Sağlam olun

Bu postu yazmaqda məqsədim bu gün 2 müxtəlif ailədə dəm qazı ilə uşaqların zəhərlənməsi oldu. Dəm qazı ilə zəhərlənmə al...
15/01/2026

Bu postu yazmaqda məqsədim bu gün 2 müxtəlif ailədə dəm qazı ilə uşaqların zəhərlənməsi oldu. Dəm qazı ilə zəhərlənmə alkoqol, dərman, narkotik maddələrlə zəhərlənmədən sonra dördüncü yeri tutur.
Zəhərlənmə zamanı tibbi köməklik göstərilmədikdə ölümlə nəticələnə bilər.
Dəm qazı nəfəsalma zamanı ağciyərlər daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. İnsan oksigensiz qalır və letallıq olur.
Odur ki, 1️⃣evinizdə həmişə nəfəslik açıq olsun, 2️⃣qızdırıcı sistemlər quraşdıranda və ya kirayə evdə qalanda onun düzgün işləməsinə diqqətə alın, 3️⃣əldə qayırma yolla hazırlanmış qızdırıcı cihazları almayın, 4️⃣tüstü çəkən bacanın işlək olması, 5️⃣hətta qarajda avtomobilin işlək vəziyyətdə qalarkən içində oturmaq həyat üçün risklidir. 🆘İlkin əlaməti yuxululuqdur.
🆘İlkin yardım havaya çıxarmaq və oksigenlə təmin etmək. ♨️Daha çox adamın görməsi üçün paylaşın🙏🏼 Xüsusən tələbələr və ailələr kiraye evlərində qalarkən diqqətli olun. Allah qorusun. qazı #2026 #

Keçən il yaddaşımızda  nənə- baba olmağımız ilə yadda qaldı, şükürlər olsun🙏🏼İnsanı heyvandan fərqləndirən əsas cəhətlər...
06/01/2026

Keçən il yaddaşımızda nənə- baba olmağımız ilə yadda qaldı, şükürlər olsun🙏🏼
İnsanı heyvandan fərqləndirən əsas cəhətlərdən biri də məhz nənə-baba instinkdidir. Çünki, heyvanlar yalnız övladlarına qayğı göstərir, insan isə həm övladına, həm də nəvələrinə sevgi və qayğı göstərir.
İngiltərədə aparılan araşdırmaya görə, nənə-baba ilə sıx ünsiyyətdə olan uşaqlar daha tez danışırlar.
Nənəlik hissi çox gözəldir, bütün sevdiklərimə arzulayıram🙏🏼
P. S. Və bu dövrdə mənə verilən ən gülməli sual isə "nəvənizin pediatrı kimdir?"😅 oldu. #2026 #

20/05/2025

Amerika Pediatrlar Assosiasiyasının məlumatına görə, meyvə şirəsində şəkər çox olduğundan onu təmiz şəkildə uşağa 1 yaşdan sonra tövsiyə edirlər. Odur ki, meyvələr 6 aydan püre şəklində rasiona daxil edilir. Püre şəklində daxil edilərkən meyvənin tərkibində olan sellüloza, liflər müəyyən qədər şəkəri neytrallaşdırır. Püre şəklində meyvələrin daxil edilməsi həm də erkən kariyesin formalaşmasının qarşısını alır.
8 aydan başlayaraq uşaqlara nəzarət altında videoda göstərildiyi kimi banan vermək olar. Bu isə uşaqda çeynəməni, həm də nitqi artırır.. Uşaqlara meyvə şirəsi verməyin. Bağırsaqda olan mikrofloranın qidalanması üçün meyvənin ləti lazımdır. Bağırsaq sağlam olarsa uşağın beyni də yaxşı inkişaf edər. Meyvə şirəsi glukogen indeksin yüksəldir. Odur ki, şirəçəkən maşınlardan uzaq olun😉və sağlam olun. #2025

Öskürəklərin, adenoidlərin, allergiyanın inkişafı ilkin olaraq burun boşluğundan başlanır.  Burun boşluğunda olan mayeni...
11/05/2025

Öskürəklərin, adenoidlərin, allergiyanın inkişafı ilkin olaraq burun boşluğundan başlanır. Burun boşluğunda olan mayenin 3/4 hissəsi burun boşluğunjn nəmlənməsinə, qalan hisdə mukosilisr klirensi təmin edir. Kipriklərin fəaliyyəti üçün burun boşluğundan burun udlağa doğru aparılır. Burun boşluğunun ön hissəsində selik yavaş hərəkıt edir təxminən 1–2 mm/saat; arxa hissədə 10 mm/dəq daha sonra yemək borusuna doğru sonra isə udukur. Burun boşluğunun arxa 3/1 hissəsinin seliyi hər 10–15 dəqiqədən bir yenilənir, рН 5,5–6,5. Əgər рН 6,5 dən çox olarsa burun boşluğunda olan kipriklərin fəaliiyəti pozulur. Nəticədə infeksiya və allergiya inkişaf edir. Vacib tövsiyələr:
1️⃣Damardaraldıcıların (nazivin, otrivin, snup) 3 gündən çox istifadəsi çoxlu fəsadlara yol açır. Çünki onlar damar strukturunu pozur (atrofiya edir) və ən təhlükəli asıllıq yaradır.
2️⃣Burun boşluğunu tez- tez Natri Xlorla şprislə və ya otsosla yuyulması qulaq pərdəsinin zədələnməsinə gətirə bilər. Natri xlor daha çox vena daxili infuziya üçün istifadə edilir. Onunla burun boşluğun davamlı yuduqda selikli qişaları qurudur və çox vaxt həssas selikli qişaları zədələyir. Həm də uşaqlar üçün çox xoşagəlməz prosedurdur.
3️⃣✅👍🏼Uşaqların burun boşluğunun 0,9% Natri xlorla deyil, burun boşluğunun yuyulması üçün nəzərdə tutulmuş !!!!!təbii dəniz suyu 🌊 (aqualor, aquamaris ) spreyləri ilə yuyun. Hətta ən qədim tibdə uşaq və böyüklərin burunun dəniz suyu ilə yuyurdular. Yuma qaydası 2- ci şəkildə göstərilib. Düzdü o vaxtlar ekologiya daha təmiz idi.. Təbii dəniz suyu virus və bakteriyanı mexaniki yol ilə yuyur. Tərkibində olan zn və selen ionları interferon, immunoqlobulin və lizosim sintezin artırlr. Dediklərimi əməl etsəz qeyd edilən xəstəlikləraz rast gələr. .P. S. 1-ci şəkildə mənim oğlanlarımdır 20 il əvvəl. 2. ci şəkil burun spreyini etmə texnikası💦 #

Yenidoğulan uşaqların  40 çıxmadan onları  havaya çıxarmaq və papaqsız gəzdirmək  OLAR🤓Əziz pasiyentlərim❤️, izləyicilər...
08/05/2025

Yenidoğulan uşaqların 40 çıxmadan onları havaya çıxarmaq və papaqsız gəzdirmək OLAR🤓
Əziz pasiyentlərim❤️, izləyicilərim, qəbulumda olmayan lakin yazdıqlarımı əməl edən dəyərli insanlar💝
Uşaq doğum evindən evə gəldikdən bir gün sonra havaya çıxarıla bilər. Adamlar arasına yox, amma sakit açıq səma altında təmiz hava alması önemlidir. SPF kremlərin istifadəsi yaz fəslində saat 12:00🕛 -16:00 saat, yayda saat 10:00 🕙 -17:00 arası tövsiyə edilir.
May, iyun, iyul, avqust, sentyabr aylarında doğulan uşaqları çölə çlxaranda papaq və taxmayın. Hətta corab da geyindirməyin. Nə qədər çox sahəyə günəş düşərsə bir o qədər fayda olar.
Uşağı çölə çıxartmaqda məqsədimiz nədi? Hava alsın və vitamin D qəbil etsin.
Biz neynirik??? Hava alması üçün mane olan ağız bağlanır (şarf və ya arabanın qoruyucusu ilə), vitamin D qəbul üçün mane olaq papaq taxılır😬.
Vitamin D gəldikdə 500 vahid profilaktik doza 2 yaşa kimi fəsildən asılı olmayaraq içilir. Müalicəvi doza isə həkim tərəfindən müəyyən edilir.
🔆İmmuniteti qaldıran dərman yoxdur, möhkəmlənmə tədbirləri və düzgün həyat tərzi və sağlam qidalanma var.
Yaz- yay aylarında uşaqlarla havada çox olun ki, qışda uşaqlar xəstələnməsin🙏🏼 Təmiz yerlərdə qyaqyalın gəzmək faydalıdır (bu haqda növbəti postda)

Burun boşluğundan gün ərzində təxminən 10.000 litr hava keçir. Bundan əlavə, burun mukozası patogenlərin (bakteriyalar, ...
24/01/2025

Burun boşluğundan gün ərzində təxminən 10.000 litr hava keçir. Bundan əlavə, burun mukozası patogenlərin (bakteriyalar, göbələklər, viruslar) ağciyərlərə nüfuz etməsinin qarşısın alır.
Müasir dövrdə bütün növ ksenobiotiklərlə havanın total çirklənməsi nəticəsində burun selikli qişası daimi funksional gərginlik vəziyyətindədir.
Burun və onun selikli qişasının xəstəlikləri son zamanlarda geniş yayılmışdır. Bir çox öskürəklərin səbəbi burun arxası axıntı və burunla tənəffüsün düzgün olmamasıdır. Burun selikli qişasının müdafiə funksiyalarının həyata keçirilməsi mürəkkəb struktur tələb edir. Burun keçidlərinin və turbinatların konfiqurasiyası nazofarenksdə inhalyasiya edilmiş havanın hərəkəti üçün turbulent xarakter yaradır və inhalyasiya edilmiş hissəciklərin selikli qişada çökməsinə kömək edir. Burun boşluğunun selikli qişası selikli ifrazatları daşıyan kirpikli hüceyrələrdən və bu ifrazı əmələ gətirən qədəh hüceyrələrindən, həmçinin qısa və uzun interkalasiyalı epitel hüceyrələrindən ibarət psevdostratifikasiya olunmuş kirpikli epitellə örtülmüşdür. ❗️Kirpikli hüceyrələrdə 250-300 kirpik var, uzunluğu 7 mikron və hündürlüyü 0,3 mikrondur. Burun mukozasının kirpikli epitelinin kirpiklərinin hərəkəti mikrotubulların sürüşməsi ilə həyata keçirilir.
Kirpiklərin dalğavari hərəkəti iki mərhələdən ibarətdir. 1️⃣ mərhələdə kirpik sürətlə hərəkət edir - bir qapaq, 2️⃣mərhələdə - yavaş-yavaş adi vəziyyətinə qayıdır. Bir hüceyrənin və hətta bir sahənin bütün kirpikləri vəhdətdə işləyir. 📢Kirpiklərin funksiyası burun mukozasının 28-33 ° C temperaturunda optimal fəaliyyət göstərir və bu fəaliyyət otaqda temperatur 22 ° C temperatur olanda baş verir. Otaqda 22 ° C çox istilik və nəm itkisi kirpiklərin titrəməsini dayandırır. Bu isə uşaqların daha çox həssas olmasına, daha çox allergizasiyasına və daha çox öskürməsinə və daha çox xəstələnməsinə səbəb olur. Bir sözlə evinizi sərin etsəz uşaqlar daha azan stələnər📣 ! Gözəl həftə sonu hər birinizə♥️

Address

Həsən Bəy Zərdabi Pr. , 3166
Baku

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00
Saturday 09:00 - 13:00

Telephone

+994703320504

Alerts

Be the first to know and let us send you an email when Dr. Nurangiz Hacıyeva MD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Nurangiz Hacıyeva MD:

Shortcuts

Share

Category