21/05/2026
Kimerli (Kimmerle) anomaliyası-boyun nahiyəsində, xüsusən də birinci boyun fəqərəsinin (atlantın) üzərində yerləşən, fəqərə arteriyasını əhatə edən və rentgenoloji müayinələrdə nadir hallarda təsadüf edilən əlavə sümük körpücüyüdür (halqadır). Kəllə sümüyünün dərhal altında, boyunun ən yuxarı hissəsində yerləşən bu struktur fərqliliyi dünən mərkəzimizə müraciət edən xəstəmizin rentgen müayinəsi zamanı da aşkar edilmişdir.