18/01/2026
Salam əziz pasiyentlərim ,mən son vaxtlar USM və DOPPLERdən əlavə olaraq ELASTOMETRİYA müayinəsi ilədə məşgul oluram.Bu barədə sizə qısa məlumat hazırladım: ELASTOMETRİYA nədir?—-( Qaraciyər fibrozunun dəqiq müayinəsi) müayinə ilə hər hansı bir dəlik və kəsik olmadan 20-30dəqiqə ərzində (USM cihazinda xususi proqramla)qaraciyərinizin nə vəziyyətdə olduğunu və hər hansısa bir problem olub olmadığını öyrənə bilərsiniz.
Qaraciyərin xroniki xəstəliklərinin diaqnostikası və müalicəsi müasir hepatologiyanın ən vacib problemlərindəndir. Bu xəstəliklərin agırlaşması nəticəsində fibrozlaşmanın (bərkimə)etapla artması nəticəsində sirrozun inkişaf etməsi ilə müəyyən edilir. Fibrozun erkən aşkarlanması zamanında müalicənin aparılmasına və agırlaşmanın qarşısının alınmasına zəmin yaradır. Bu müayinə yalnız viruslu hepatitə (Hepatit B,C və s)yoluxan pasientlərə deyil, eyni zamanda alkaqol hepatitlərdə, qaraciyər yağlanmalarında,diabetli xəstələrə, artıq çəkidən əziyyət çəkən insanlara, uzun müddətli dərman qəbul edən xəstələrə də mütləq şəkildə təyin edilməlidir.
Pasient USM müayinədəki kimi uzanır və 20-30 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz elastometriya təyin edilir. Müayinəyə ac olaraq gəlmək mütləqdir.
Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:
• Bütün yaş qruplarına tətbiq edilir.
• Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
• Müayinə dəri tamlığını pozmadan icra olunur.
• Bütün çəki qruplarına aid edilir.
• Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək olar.
• Müayinə müddəti qısa vaxt və cavab həmin gün ərzində olur.
• Heç bir əks göstərişi yoxdur
—Qaracıyərində problem olan pasiyentlərim bu barədə nə ise sualınlz olsa yazın şəxsimə cavablandıracam.
Sağlamlığınızı qoruyun!!!Hörmətlə:Radioloq Jalə Zeynalova.