Ginekoloq Dr. İlahə Quliyeva

Ginekoloq Dr. İlahə Quliyeva Fransa təhsilli Mama Ginekoloq Cərrah Dr. İlahə Quliyeva Laparoskopik Ginekologiya yeniliklərə imza atmış və Lyon şəhərində 5 il müddətində çalışmışdır.

Quliyeva İlahə Ariz qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə 5 saylı kimya-biologiya təmayüllü Respublika baza liseyini Fərqlənmə attestatı ilə bitirərək yüksək balla (642 bal) Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. 1999-2005 illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirərək 2005-2006 cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir. 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür. Bu illərdə aşağıdakı ixtisas artırma diplomlarını və sertifikatları əldə etmişdir:
2006-2007 Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa
2007-2008 Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa
2008-2009 Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2009-2010 Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa

Sertifikatlar:
2008 Orqan sallanması və qeyri iradi sidik qaçırmanın AMS (American Medical System) protezlərlə cərrahi müalicəsi, Lyon, Fransa
2010 Laparoskopik Ginekoloji əməliyyat texnikaları İRCAD Strasbourg, Fransa
2010 DALF C2 (fransız dili üzrə ən yüksək səviyyə), Lyon, Fransa
2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011- ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur. 2012 -ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur. 2013-cü ildən Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya Kafedrasiının Dosenti vəzifəsində çalışır. Tibb üzrə fəlsəfə doktoru Dr. İlahə Quliyeva Ginekoloji Estetik və Doğumsonrası Reabilitasiya Mərkəzinin rəhbəridir. Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.

Ən çox müraciət etdiyiniz və həllini gözlədiyiniz mövzular üzrə qəbul həyata keçiriləcək:▫️ Ginekoloji baxış və USM▫️ Ge...
06/05/2026

Ən çox müraciət etdiyiniz və həllini gözlədiyiniz mövzular üzrə qəbul həyata keçiriləcək:

▫️ Ginekoloji baxış və USM
▫️ Ge***al infeksiyaların diaqnostika və müalicəsi
▫️ Uşaqlıq, sidik kisəsi və bağırsaq sallanmasının müalicəsi
▫️ Sidik qaçırtmanın diaqnostikası və müalicəsi
▫️ Mioma, kista, polip və s. problemlərin diaqnostika və müalicəsi
▫️ Doğum travmalarının müalicəsi
▫️ Cinsi disfunksiyaların müalicəsi
▫️ Sonsuzluğun müalicəsi
▫️ Hamiləlik təqibi və doğum planlaması

📌 Qəbul məhdud saydadır və yerlər sürətlə dolur
📞 Qeydiyyat: 050 365 80 90

12/03/2026
Mənim və kollektivimizin dəyərli üzvü Şəms xanımın ad gününü bir yerdə qeyd etdik. Dolçalar hər zaman etibarlı, sadiq, p...
16/02/2026

Mənim və kollektivimizin dəyərli üzvü Şəms xanımın ad gününü bir yerdə qeyd etdik. Dolçalar hər zaman etibarlı, sadiq, pozitiv, zəhmətkeş və mərd olurlar! Deyərdim ki, bu xüsusiyyətlər biz dolçaların timsalında özünü tam doğruldur.

Özümə və Şəmsimə uzun ömür, can sağlığı, daimi uğurlar, xoşbəxtlik və sevdiklərimizin əhatəsində olmağı arzulayıram!

Yeni yaşımız mübarək! Yeni uğurlara doğru… ✨

İndi qeydiyyatdan keç,istədiyin vaxt yararlan!✅
04/02/2026

İndi qeydiyyatdan keç,istədiyin vaxt yararlan!✅

Görkəmli alim, ictimai xadim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə  İnstitutunun 90 illik yubiley...
03/02/2026

Görkəmli alim, ictimai xadim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans münasibətilə “Təqdirnamə”yə layiq görüldüm. Təşəkkür edirəm , verdiyiniz dəyərə görə! .edu.az

Sevimlimiz Nigar Camal ilə❤️
26/01/2026

Sevimlimiz Nigar Camal ilə❤️

🖤 20 YanvarAzadlıq yolunda canından keçənlərin xatirəsi önündə baş əyirik.Unutmadıq, unutmayacağıq 🇦🇿🕯️
20/01/2026

🖤 20 Yanvar
Azadlıq yolunda canından keçənlərin xatirəsi önündə baş əyirik.
Unutmadıq, unutmayacağıq 🇦🇿🕯️

Qadın sağlamlığında məqsəd tək estetik deyil, ən əsası funksional rahatlıq və həyat keyfiyyətidir.Vaginoplastika yalnız ...
05/01/2026

Qadın sağlamlığında məqsəd tək estetik deyil, ən əsası
funksional rahatlıq və həyat keyfiyyətidir.

Vaginoplastika yalnız tibbi göstəriş olduqda
və müvafiq müayinədən sonra tövsiyə edilən cərrahi müdaxilədir.

Müraciətlərin çoxluğunu nəzərə alaraq
kampaniyanın müddəti 15 yanvar tarixinədək uzadılmışdır.

📞 Məxfi və peşəkar konsultasiya üçün əlaqə saxlaya bilərsiniz: 0503658090

📌 Paylaşaraq ehtiyacı olan bir qadına dəstək olun 💙

2025- in son günləri… Yeni ildə yeni başlanğıclara bol enerji ilə addımlayaq!
30/12/2025

2025- in son günləri… Yeni ildə yeni başlanğıclara bol enerji ilə addımlayaq!

2025-in son günlərini də beləcə yaşamaq nəsibimiz oldu. Yeni ildə yeni başlanğıclara bol enerji ilə addımlayaq!
30/12/2025

2025-in son günlərini də beləcə yaşamaq nəsibimiz oldu. Yeni ildə yeni başlanğıclara bol enerji ilə addımlayaq!

Address

48 Yəhya Bakuvi Street
Baku
AZ1142

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994503658090

Website

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Dr. İlahə Quliyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ginekoloq Dr. İlahə Quliyeva:

Shortcuts

Share