Həkim-infeksionist Nəzrin Mustafayeva

Həkim-infeksionist Nəzrin Mustafayeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Həkim-infeksionist Nəzrin Mustafayeva, Doctor, Baku.

2-ci Azərbaycan Laborator Tibb Konqresi və ANKEM Simpoziumu. 2-4 may, 2024-cü il.
06/05/2024

2-ci Azərbaycan Laborator Tibb Konqresi və ANKEM Simpoziumu. 2-4 may, 2024-cü il.

ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitunun direktoru Fariz İsmayılzadə tərəfindən TƏBİB-in əməkda...
02/04/2024

ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitunun direktoru Fariz İsmayılzadə tərəfindən TƏBİB-in əməkdaşları üçün “Strateji planlaşdırma və idarəetmə” mövzusunda təlim təşkil olunub.

ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində baş tutan təlimdə TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavir, departament və şöbə rəhbərləri olmaqla, ümumilikdə 20 əməkdaş iştirak edib.

İnkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstər...
16/02/2024

İnkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük əsasən simptomatik terapiyaya verilir.

🦠Respirator virus infeksiyalarından necə qorunaq❓

TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bu barədə danışır...

Respirator xəstəlik, əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və intoksikasiya ilə səciyyələnən, simptomları və klinik gedişatı oxşar olan bir neçə infeksiyanın törətdiyi xəstəliklərin ümumi adıdır. Respirator xəstəliklərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriyalar və ibtidailər tərəfindən də törədilə bilər. Bütün respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri isə demək olar ki, eynidir.

TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayevanın sözlərinə görə, respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur:

“Qrip törədicilərinin genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir”.

Ümumiyyətlə, yaşı 65-dən yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslərin yüksək risk qrupuna aid edildiyini vurğulayan N.Musatafeyəv bildirir ki, bu kimi xəstəliklərdə peyvəndlənmə əhəmiyyətlidir:

“Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılır. Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir.”

Şəxsi gigiyenaya riayət olunmasından bəhs edən N.Mustafayeva qeyd edib ki, gigiyenaya riayət olunması da profilaktik metod hesab olunur. Əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, çox insan sıxlığı olan yerlərdən uzaq durmaq, xəstə şəxslərin ev və şəxsi əşyalarını dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s. bura aid etmək olar:

“Xəstəliklərin dünyadakı tendensiyasına nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük, əsasən, simptomatik terapiyaya verilir”.

Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.

20/12/2023

TƏBİB-in yaranmasından 5 il ötür… Bu gün TƏBİB bir markadırsa, demək 5 il əvvəl ona inananlar olub, ölkə rəhbərliyi bu i...
20/12/2023

TƏBİB-in yaranmasından 5 il ötür…

Bu gün TƏBİB bir markadırsa, demək 5 il əvvəl ona inananlar olub, ölkə rəhbərliyi bu işin qurucularına etimad edib, əlini daşın altına qoyanlar olub, gələcəyini, karyerasını ona bağlayanlar olub, çətin zamanlarda mübarizəyə davam edənlər olub…

Yeni qurulan zamanlarda o qədər ağır sınaqlardan keçdi ki TƏBİB… Bir birimizə bərk-bərk tutunaraq çətin günlərə sinə gərdik, uğularımızı qeyd elədik, səhvlərimizdən dərs çıxardıq, düzlərimizi paylaşdıq, öyrəndik, öyrətdik, kömək istədik, kömək göstərdik, dürüst olduq, ətrafımıza minlərlə tibb, qeyri tibb işçisini topladıq, inam qazandıq, ümid olduq, yorulmadıq, əsirgəmədik, mənim işim deyil demədik, bizə qoşulanlanları da vahid amal ətrafında cəmlədik… nəhayət 5 yaşımızda nümunə olduq, örnək olduq, öz sözünü demiş, dəsti xəttini təsdiqləmiş böyük bir qurum olduq.

Üç ay sonra isə mənim bu qurumda fəaliyyətimin 4 ili tamam olacaq. Bilirəm ki, mənim TƏBİB-də, TƏBİB-in də mənim üzərimdə haqqı var… Bünovrəsindəki kərpiclərdən 1 dənəsində belə adım yazılıbsa, bunun qüruru mənə bir ömür yetər!

Arzulayıram ki, bundan sonra da TƏBİB ölkə rəhbərliyinin etimadını, vətəndaşların ümidlərini doğruldan fəaliyyətini uzun illər davam etdirsin!



🫶🏻
02/11/2023

🫶🏻




"Medinex" sərgisinin rəsmi açılış mərasimi baş tutubMedinex Azerbaijan
02/11/2023

"Medinex" sərgisinin rəsmi açılış mərasimi baş tutub

Medinex Azerbaijan

04/10/2023
Avropanın Xəstəliklərin profilaktikası və idarəolunması mərkəzinin (European CDC) təşkilatçılığı ilə 12-13 sentyabr tari...
22/09/2023

Avropanın Xəstəliklərin profilaktikası və idarəolunması mərkəzinin (European CDC) təşkilatçılığı ilə 12-13 sentyabr tarixlərində Sloveniyada, “Antimikrob dərmanlara qarşı rezistentlik üzrə epidemioloji nəzrət” (AMR/MDR surveillance) mövzusunda Azərbaycan və Sloveyina arasında keçirilən mübadilə proqramında ölkəmizi gördeyümüz işlərlə layiqincə təmsil etdik.

TƏBİB nümayəndələri Sloveniyada keçirilən beynəlxalq tədbirə qatılıblar

Tədbirin ilk günündə Lyublyana Universitetinin Tibb fakültəsinin professoru Bojana Beovic “Sloveniyada və Lyublyanada antimikrobiyal təcrübələr” və “Sloveniya xəstəxanalarında milli nəzarət ilə sektorlararası əməkdaşlıq mexanizmi”, klinik mikrobiologiya mütəxəssisi Dr. Helena Ribic isə “Sloveniyada antibiotiklərə davamlılığın müşahidəsi” mövzuları üzrə təqdimatlar nümayiş etdiriblər.

Öz növbəsində Azərbaycanda antibiotiklərə davamlılıq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində infeksion nəzarətin təşkili və mikrobioloji laboratoriyaların iş prinsipi haqqında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva və Kliniki Tibbi Mərkəzin həkim-mikrobioloqu Lalə Vəliyeva çıxış ediblər.

13 sentyabr tarixində isə Milli İctimai Səhiyyə İnstitutunun ictimai səhiyyə üzrə mütəxəssisi Dr.Polonca Truden Dobrin “Antimikrobiyal davamlılıq nəticələrinin və sübutların effektiv siyasətlərə çevrilməsi”, Milli İctimai Səhiyyə İnstitutunun həkim-epidemioloqu, Lyublyana Universitetinin Tibb fakültəsinin professoru Maja Subelj “Antimikrob rezistentliklə mübarizə siyasətinin qurulmasında Sloveniya təcrübəsi” haqqında məlumatları bölüşüblər.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Həkim-infeksionist Nəzrin Mustafayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category