26/10/2024
Körpələrə əlavə qida verilərkən, üstünlüyü ilk öncə hazır uşaq qidalarına vermək lazımdır. Körpələr tərəfindən belə qidalara uyğunlaşma, özünüz tərəfindən hazırlanmış qidalara nisbətən daha asan olur. Bundan əlavə, hazır uşaq qidalarına öyrəşən körpələr özünüz hazırladığınız yeni qidalara da tez öyrəşmiş olur.
Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.
Uşaq böyüdükcə orqanizmində müəyyən mikroelementlərin (xüsusən dəmirin və sinkin) defisiti yaranın ki, bu mikroelementləri mütləq bərpa etmək lazımdır. Beləliklə, hansı əlavə qidalarından başlamaq lazımdır?
Hipoallergen sıyıqlardan başlayın – düyü, qarabaşaq (“qreçka”), qarğıdalı. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal “qluten” yoxdur.
Ev şəraitində hazırlanan sıyıqlarla müqayisədə hazır sıyıqlara körpə daha asan uyğunlaşır, bu sıyıqlara allergik və s. reaksiyalar daha az-az hallarda olur.
İlk sıyıq körpə rasionuna 0,5-1 çay qaşığı ilə başlanılır.7günə tədricən 150qrama çatdırılır.
Malyuk Sıyıqları :
✅17vitamin və 12mineralla zəngin
✅Konservantsız
✅Palma yağsız
✅Qlutensizdir.
Körpələr sağlam olsun❤️