Uşaq və Yeniyetmə psixoloqu

Uşaq və Yeniyetmə psixoloqu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uşaq və Yeniyetmə psixoloqu, Psychologist, Baku.

  və onların növləri: 🫸🏻Fiziki sərhədlər – bədən və şəxsi məkanla bağlıdır.Kiminsə sənə toxunmağı, yaxın durmağı və ya q...
13/10/2025

və onların növləri:

🫸🏻Fiziki sərhədlər – bədən və şəxsi məkanla bağlıdır.
Kiminsə sənə toxunmağı, yaxın durmağı və ya qucaqlamağı sənə narahatlıq verirsə, bu sənin fiziki sərhədindir.

🫥Emosional sərhəd- hisslərini qorumaqla bağlıdır. Əgər başqalarının duyğularına görə özünü məsul hiss edirsənsə, emosional sərhədlərin ziyan görə bilər…

🧠İntellektual sərhədlər- düşüncə və fikirlərə hörmətlə bağlıdır. Əgər kimsənin fikirlərini dəyişməyə çalışırsınızsa onun düşüncələrinə hörmətlə yanaşmırsınızsa qarşı tərəfin sərhədlərini poza bilərsiz. Qarşı tərəf də buna məruz qalmağı seçdikdə öz sərhədlərini qorumamış olur.

💰Maddi sərhədlər – pul və əşyaların paylaşılması ilə bağlıdır.
Kimə nə qədər maddi dəstək olacağını, nələri paylaşmaq istədiyini sən müəyyən edirsən. Əksinə baxaq -Məsələn: davamlı əşyanı, pulunu paylaşırsan, sonra peşman olursan… bu zaman maddi sərhədlərin pozulmuş olur çünki, narahatlıq yaradır sizdə bu.

⌚️Zaman sərhədləri – vaxtının dəyərini qorumaqdır. Əgər bu sahəyə müdaxilə varsa və sizi narahat edirsə, sərhədləri daha da gücləndirməyə ehtiyac var.

👥Sosial sərhədlər – kimlə, nə qədər və necə ünsiyyətdə olmağı seçməkdir. Sənə uyğun ortamı seçib istəmədiyinə isə “yox” demək…

Take care of your mind 💚
10/10/2025

Take care of your mind 💚

Uşaqlar məsumdur. Onlar yaxşı və p*s niyyətli insanı ayırd edə bilməz. Təəssüf ki, təhlükə bəzən ən yaxın çevrədən gəlir...
02/08/2025

Uşaqlar məsumdur. Onlar yaxşı və p*s niyyətli insanı ayırd edə bilməz. Təəssüf ki, təhlükə bəzən ən yaxın çevrədən gəlir.
Bu həssas mövzu ilə bağlı paylaşımı bir vətəndaş kimi özümə borc bildim və ümid edirəm mesajım hər kəsə aydınlıq gətirə bildi…
Məhrəmiyyət təlimi yaşa uyğun şəkildə verilməlidir, çünki uşağın qavrama səviyyəsi, emosional inkişafı və dil bacarıqları yaşa görə dəyişir lakin məqsədimiz tək olmalıdır✅
Mövzu çox geniş və həssasdır bacardığım qədər önəmli detallara vurğu etməyə çalışdım

☘️
25/07/2025

☘️

Bu aktiv dinləmə yöntəmləri işinizə yaraya bilər🔱1. Övladınızın deyəcəklərini dinləmək- qısaca övladınızı dinləmək üçün ...
21/07/2025

Bu aktiv dinləmə yöntəmləri işinizə yaraya bilər🔱

1. Övladınızın deyəcəklərini dinləmək- qısaca övladınızı dinləmək üçün ona zaman ayırmağa istəkli olmalısınız. Əgər mövcud situasiyaya vaxtınızı ayıra bilmirsizsə, dinləməyə zamanınız yoxdursa, səmimi şəkildə bildirə bilərsiz🕒.

2. Övladınızın hiss etdiklərini, həqiqətən anladığınıza dair mesaj verə bilərsiz💌Bədən diliniz, feedbaclarınızla onu bu mesajı çatdıra bilərsiz. Fərdin duyğuları ilə başa çıxa biləcəyinə və üstəsindən gələ biləcəyinə dair fərqindəlik formalaşır🪄

3. Problemlə üzləşdikdə həqiqətən problemi “masaya yatırmağı”, müzakirə etməyi bacarmalısınız. Hər şəkildə həll yolunun birlikdə tapılacağına dair dəstək olaraq güvəni də bəxş etmiş olacaqsız 🔗

4. Duyğuların qalıcı olmadığına, keçici olduğunu öyrətmək. Metaforlarla bunu dəstəkləyə bilərsiz. Məsələn hər zaman yağış🌧️ yağmır bəzən günəş☀️ də açır, fırtına💨 da olur amma hər hava şəraiti davamlı olmur🌤️duyğularımız da elədir. (Duyğunun fərqində ol və adlandır)

5. Övladınız sizdən ayrı bir fərddir, onun sizdən *ayrı olduğunu bilmək belə valideyn olaraq öhdəliklərimizi daha yaxşı anlamağımıza kömək olacaq 🌸

💡🤓
18/07/2025

💡🤓

15/07/2025

Uşağın özgüvənini zədələyən faktorlara qarşı edilə biləcəklər: ✅çabaya fokuslanın, nəticəyə deyil. Perioda yayılmış posi...
12/07/2025

Uşağın özgüvənini zədələyən faktorlara qarşı edilə biləcəklər:

✅çabaya fokuslanın, nəticəyə deyil. Perioda yayılmış positiv geri dönüşlər övladınızı dəstəkləyəcək
✅dinləyin, bu zaman uşağa “mən önəmliyəm” mesajını vermiş olursuz
✅səhv etməsinə icazə verin, uşaq risk almağı öyrənir bu şəkildə
✅müqaisə etməyin
✅sərhəd qoyun amma güvənli olmasına diqqət edin
✅göstərdiyi emosiya və reaksiyalarını görməzdən gəlməyin.

Ev şəraitində uşağa öhdəliklər vermək, onun hiss, empatiya duyğusunu artıracaq. Ailəsinə dəstək olduğu üçün özünü dəyərl...
05/07/2025

Ev şəraitində uşağa öhdəliklər vermək, onun hiss, empatiya duyğusunu artıracaq. Ailəsinə dəstək olduğu üçün özünü dəyərli hiss edəcək eyni zamanda özünə qulluq bacarıqları inkişaf edəcək✅

Əsəbləşəndə deyirik: “Mən əsəbiyəm.” Amma əslində demək istəyirik: “Sən məni əsəbləşdirdin.” Bu da uşağa yönəlmiş bir it...
28/06/2025

Əsəbləşəndə deyirik: “Mən əsəbiyəm.” Amma əslində demək istəyirik: “Sən məni əsəbləşdirdin.” Bu da uşağa yönəlmiş bir ittiham olur və uşaq özünü günahkar hiss edir💔

Aqressiya əslində ikincil bir hissdir – yəni onun arxasında qorxu, narahatlıq, məyusluq kimi başqa hisslər dayanır. Əsəbi uşağı qorxutmaq və ya cəzalandırmaq üçün istifadə etməyək. Əvvəl hiss etdiyimiz əsas duyğunu anlamağa çalışaq. Bu, münasibətimizi dəyişə bilər✅

“Takıntılar”filmi fərqli obsesiv davranışlara sahib bir qrup insanın bir araya gəlməsi ilə baş verən hadisələri yumorla ...
23/06/2025

“Takıntılar”filmi fərqli obsesiv davranışlara sahib bir qrup insanın bir araya gəlməsi ilə baş verən hadisələri yumorla təqdim edir.

Psixoloji mövzulara marağı olanlar üçün həm düşündürücü, həm də əyləncəli izləmə təcrübəsidir. Film Toc-toc filmi əsasında çəkilib💫

OKP haqqında geniş fərqindəlik qazana biləcəyinizi düşünürəm✅

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Uşaq və Yeniyetmə psixoloqu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category