Zahra Qorxmaz

Zahra Qorxmaz Psixoloq
Schema therapy və CBT

“Qaynana” terapiya alsaydı…
31/03/2026

“Qaynana” terapiya alsaydı…

Bu dəfə terapiya alan cizgi film qəhrəmanımız “Cédric“-dir. Story və Threads’dən sizin yazdıqlarınızla hazırladım.✨🫶🏻❤️ ...
17/03/2026

Bu dəfə terapiya alan cizgi film qəhrəmanımız “Cédric“-dir. Story və Threads’dən sizin yazdıqlarınızla hazırladım.✨🫶🏻❤️

Qatır Məmməd terapiya alsaydı…Threads’də bir izləyicim bu seriyada Qatır Məmməd obrazını görmək istədiyini yazmışdı. Haz...
12/03/2026

Qatır Məmməd terapiya alsaydı…
Threads’də bir izləyicim bu seriyada Qatır Məmməd obrazını görmək istədiyini yazmışdı. Hazırdır!

Məşədi İbad terapiya alsaydı:
06/03/2026

Məşədi İbad terapiya alsaydı:

Tıq-tıqxanım terapiya alsaydı nələr deyərdi?
24/02/2026

Tıq-tıqxanım terapiya alsaydı nələr deyərdi?

Biz sevməyi filmlərimizdən öyrənmişik. Yaşa dolduqca, yetkinləşdikcə görürük ki, orada bizə təqdim edilən bütün münasibə...
14/02/2026

Biz sevməyi filmlərimizdən öyrənmişik. Yaşa dolduqca, yetkinləşdikcə görürük ki, orada bizə təqdim edilən bütün münasibətlər sağlam deyil. Filmlərimizdəki sağlam və zərərli münasibətlərdən hissələr paylaşaraq məlumatlandırmağa çalışıram bizi. Bu paylaşım sevilib-sevilənlər, özünü sevənlər, sevməyi öyrənənlər üçündür… Filmlərimizdəki münasibətlərin sağlam hissələrini qeyd etməklə bərabər bizim daha sağlam necə yanaşacağımızı yazmışam.

Sevginin günü olmur, həm də sevgini görünən etmək üçün gün seçmək olar. Xüsusi günlər gözəldir. Qeyd etmək, xüsusiləşdirmək olar. Amma sevgi sadəcə təqvimə bağlı qaldıqda, münasibət boşluq yaşayır. Sevdiyimizi demək, hiss etdirmək üçün xüsusi günləri gözləmədən də, sevgimizi paylaşmaq istədiyimiz anları xüsusiləşdirə bilərik.✨

Hamımıza sevib-sevildiyimiz münasibətləri seçə bilmə yetkinliyi diləyirəm! 🫂❤️

“… terapiya alsaydı” seriyasının belə sevilməsindən sonra öz filmlərimizin Sxem terapiya(Schema Therapy) vasitəsilə anal...
08/02/2026

“… terapiya alsaydı” seriyasının belə sevilməsindən sonra öz filmlərimizin Sxem terapiya(Schema Therapy) vasitəsilə analiz etmə qərarına gəldim. İki gündür üzərində işləyirəm. Hər hansı yanlışlıq olmaması üçün filmi təkrar izləyib, personajları yenidən analiz etdim. Bu da həmin seriyanın ilk postudur! Xoş geridönüşlər olarsa, davamlı paylaşacağam.🫶🏻✨🎈

Sevdiyimiz seriyanın yeni bölümünü ən sevilən seriallardan olan Tilov’la hazırladım. Əslində 10 posterdən dah çoxunu yaz...
27/01/2026

Sevdiyimiz seriyanın yeni bölümünü ən sevilən seriallardan olan Tilov’la hazırladım. Əslində 10 posterdən dah çoxunu yazmışdım Nigar üçün. Amma çox olmasın deyə bunları seçdim. Daha vacib hesab etdiyiniz varsa, xatırladın❤️✨🫶🏻

Cəbiş müəllim terapiya alsaydı…Bir dəfə story’də soruşmuşdum sizdən: “Bu seriya ilə bağlı kimlərin terapiya almasını ist...
15/01/2026

Cəbiş müəllim terapiya alsaydı…
Bir dəfə story’də soruşmuşdum sizdən: “Bu seriya ilə bağlı kimlərin terapiya almasını istərdiniz?”-deyə. Həmin cavabları yavaş-yavaş hazırlayıb, paylaşacağam. İçində baxmadığım filmlər də vardı, onları da izlədikdən sonra.

Mən ‑ Zəhra Qorxmaz Nəhmətova. Psixologiya ilə bağlı təhsil və təcrübələrimi qısa şəkildə sizinlə bölüşmək istəyirəm. Bu...
27/10/2024

Mən ‑ Zəhra Qorxmaz Nəhmətova. Psixologiya ilə bağlı təhsil və təcrübələrimi qısa şəkildə sizinlə bölüşmək istəyirəm. Bu sahəyə yaranan marağım məni onu daha çox öyrənməli, araşdırmalıyam qərarını verməyimə səbəb olmuşdu. Hələ universitetin ikinci kursunda oxuyarkən, oxuduğum məktəbin(Kamil Əliyev adına 61N) psixoloqunu assistenti kimi işləməyə başladım. Daha sonra psixoterapevt, seks terapevti Şəbnəm Sadıqovanın asistentliyi ilə davam etdim. Üçüncü kursda oxuyarkən, şəxsi terapiyanın nə qədər əhəmiyyətli olduğunun fərqinı vardığım dövrdə şəxsi terapiya almağa başlamışdım. Həmin müddət ərzində də ixtisasımla bağlı təlim və seminarlarda iştirak edirdim. Universiteti bitirdikdən sonra CBT‘ni Murat Atmacadan, Schema Therapy‘ni Alp Karaosmanoğlundan əldə etdim. Superviziya təhsilimi Şəbnəm Sadıqovadan aldıqdan sonra isə fərdi psixoloq kimi işləməyə başladım. Məktəbdə işlədiyim dövrlərdə uşaq və yeniyetmələrlə çalışmaq mənim üçün böyük bir şans idi, onlarla qrup eləcə də, fərdi şəkildə işləyirdim. Onların valideynləri, məktəb kollektivi ilə keçirdiyim təlimlər daha çox təcrübə qazanmağıma kömək olmuşdu. Bunlarla yanaşı Gənc Psixoloqlar Birliyinin təşkilatçılığı ilə baş tutan, fərqli iş sahələrində çalışan şəxslərlə təlim və seminarlarda təlimçi olaraq fəaliyyət göstərmişəm.
Hal‑hazırda fərdi şəkildə psixoloq və təlimçi kimi öz fəaliyyətimi davam etdirirəm.

“Mən niyə sağlam münasibət qura bilmirəm?” adlı seminarda mən münasibətdən, bizi hansı şəkildə formalaşdırdığından, özüm...
09/10/2024

“Mən niyə sağlam münasibət qura bilmirəm?” adlı seminarda mən münasibətdən, bizi hansı şəkildə formalaşdırdığından, özümüzü ifadə şəklindən, ehtiyaclarımızın qarşılanıb-qarşılanmamasından, dinləmə və dinlənilməyimizdən, alma-vermə balansından və s. danışacağam. Öz suallarını götürüb, sən də gələ bilərsən!

Tarix: 26 oktyabr;
Saat: 12:00;
Ödəniş: 10₼;
Məkan: Lotfi Zadeh Technology Center.

Qeydiyyat üçün: 051 354 22 54 nömrəsinə yazın.

15/09/2024

Address

Baku

Opening Hours

Monday 10:00 - 16:00
Tuesday 10:00 - 16:00
Wednesday 10:00 - 16:00
Thursday 10:00 - 16:00
Friday 10:00 - 16:00

Telephone

+994513542254

Alerts

Be the first to know and let us send you an email when Zahra Qorxmaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Zahra Qorxmaz:

Shortcuts

Share

Category