Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital

Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital Bakı ş, K.Kazımzadə küç. 118 Tel.: (012) 404 08 08; WhatsApp: (050) 404 08 08; www.customshospital.az
(310)

28/08/2026

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində müxtəlif profilli pasiyentlərə 24/7 rejimində tibbi xidmət göstərilir. Şöbədə ağır vəziyyətdə olan xəstələrə reanimasiya tədbirləri və intensiv terapiya tətbiq olunur, həyati vacib funksiyalar fasiləsiz nəzarətdə saxlanılır. Şöbənin fəaliyyəti ilə bağlı STV Xəbərdə yayımlanan süjeti Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə “Azertac”a “Uşaqlarda sidik infeksiy...
28/08/2026

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə “Azertac”a “Uşaqlarda sidik infeksiyaları” mövzusunda ətraflı müsahibə verib. Müsahibəni Sizə təqdim edirik.

Bəzən sadə görünən qızdırma, narahatlıq və ya sidik ifrazı zamanı yaranan ağrı uşağın orqanizmində daha ciddi bir problemin siqnalı ola bilər. Xüsusilə kiçikyaşlı uşaqlarda əlamətlər hər zaman aydın şəkildə özünü göstərmədiyindən valideynlərin diqqətli olma...

“Həkimlərimizi tanıyın!” rubrikamızda yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və nefroloji xəstəliklərin müalicəsind...
28/08/2026

“Həkimlərimizi tanıyın!” rubrikamızda yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və nefroloji xəstəliklərin müalicəsində müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən, Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, yüksəkixtisaslı nefroloq Dr. Mirmənsim Məmmədovu Sizə təqdim edirik.

Böyrəklər orqanizmin sağlam fəaliyyətində mühüm rol oynayan həyati orqanlardandır. Böyrək xəstəlikləri, xüsusilə kəskin və xroniki böyrək çatışmazlığı zamanı düzgün diaqnostika, vaxtında müalicə və pasiyentin vəziyyətinə uyğun fərdi yanaşma böyük əhəmiyyət daşıyır. Dr. Mirmənsim Məmmədov uzunillik peşəkar fəaliyyəti ərzində məhz bu istiqamətdə pasiyentlərə yüksək səviyyədə tibbi xidmət göstərən mütəxəssislərdəndir.

Mirmənsim həkimin peşəkar fəaliyyət istiqamətləri
Dr. Mirmənsim Məmmədov Mərkəzi Gömrük Hospitalında nefroloji xəstəliklərdən əziyyət çəkən, eləcə də böyrək transplantasiyası keçirmiş pasiyentlərin poliklinik və stasionar müalicəsini həyata keçirir. O, eyni zamanda hemodializ kateterinin və daimi hemodializ kateterinin qoyulması, kəskin və xroniki böyrək çatışmazlığı zamanı hemodializ, hemofiltrasiya və izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmaferez, həmçinin böyrəklərin incə iynə biopsiyası kimi tibbi prosedurları icra edir.

Dr. Mirmənsim Məmmədov barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/mirmensim-memmedov/

Tibbə aparan yol – təhsil və ilk peşəkar addımlar

Dr. Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008–2009-cu illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında internatura keçərək nefrologiya sahəsində ilkin peşəkar təcrübəsini formalaşdırıb.
2009–2011-ci illərdə Türkiyənin 9 Eylül Universitetinin Nefrologiya kafedrasında təkmilləşdirmə proqramında iştirak edib. 2011–2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi fəaliyyət göstərib. 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq kimi çalışan Mirmənsim həkim 2018-ci ildən Hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsinə rəhbərlik edir.

Beynəlxalq təcrübə və davamlı inkişaf

Peşəkar fəaliyyətində daim yenilənən tibbi bilik və müasir müalicə metodlarını əsas götürən Dr. Mirmənsim Məmmədov müxtəlif illərdə Türkiyədə keçirilən ixtisasartırma kursları, beynəlxalq konqres və elmi tədbirlərdə iştirak edib.
2015-ci ildə Türkiyənin Akdeniz Universitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursu keçib. Həmin il Ankarada keçirilən XII Beynəlxalq İntensiv Terapiya Konqresində iştirak edib. 2018-ci ildə isə Antalyanın Belek şəhərində keçirilən Beynəlxalq Nefrologiya, Hipertoniya, Dializ və Transplantasiya Konqresinə qatılıb.

2019-cu ildə Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya Xəstəxanasında uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ mövzusunda təkmilləşdirmə kursunda iştirak edib.
Həmin ilin oktyabr ayında isə Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakorporal müalicə üzrə təkmilləşdirmə kursu keçib.

Elmi fəaliyyət və nefrologiyanın inkişafına töhfə

Dr. Mirmənsim Məmmədov klinik fəaliyyəti ilə yanaşı, elmi və maarifləndirici fəaliyyətə də xüsusi önəm verir. O, 10 mart 2022-ci ildə keçirilən “Nefrologiyanın aktual problemləri” Elmi Konfransında “Diabetik nefropatiya: SGLT2 inhibitorları” mövzusunda təqdimatla çıxış edib. Bundan əlavə, Mirmənsim həkim 2022-ci ildə ilk dəfə nefrologiya üzrə registr hesabatının aparılmasını həyata keçirib və bu istiqamətdə araşdırmalarını hazırda da davam etdirir.

Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi şəkildə təkmilləşdirən Dr. Mirmənsim Məmmədov yüksək peşəkarlığı, məsuliyyətli yanaşması və pasiyentlərə göstərdiyi diqqət və qayğı ilə Mərkəzi Gömrük Hospitalının peşəkar həkim kollektivində xüsusi yer tutur.

Dr. Mirmənsim Məmmədovun qəbuluna yazılmaq üçün: 📞 (012) 404-08-08

27/08/2026

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, həkim-toksikoloq Dr. İsmayıl Əfəndiyev İctimai TV-yə “Allergiya ilə virus infeksiyasının fərqləri” mövzusunda ətraflı müsahibə verib. Süjeti Sizə təqdim edirik.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!Bu gü...
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti insanlara sevgi, mərhəmət və qayğı, milli-mənəvi dəyərlərə sədaqət, ölkəmizin gələcəyinə inam kimi ali prinsiplərlə səciyyələnir. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr Azərbaycanın sosial, mədəni, səhiyyə və humanitar inkişafına mühüm töhfələr verərək, insanların həyatında əhəmiyyətli izlər qoyub. Xeyirxahlığı, yüksək insani keyfiyyətləri və vətənə xidmət nümunəsi ilə Mehriban xanım Əliyeva xalqımızın böyük sevgi və hörmətini qazanıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoşbəxtlik, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə məsuliyyətli və nəcib fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

Doğum gününüz mübarək, Mehriban xanım!

­sePrezidenti
­sePrezident

26/08/2026

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nigar Məmmədova "Uşaqlıq boynu yetməzliyində cərrahi müdaxilənin əhəmiyyəti" mövzusunda ətraflı məlumat verib. Nigar həkimin çıxışını Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstə...
25/08/2026

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində müxtəlif profilli xəstələrə 24/7 rejimində reanimasiya tədbirləri kompleksi və intensiv terapiya xidmətləri göstərilir. Şöbənin tibb heyəti zəngin təcrübəyə malik, ağır xəstələrə qayğı göstərmək üçün reanimasiya və intensiv terapiya sahəsində ixtisaslaşmış yüksəkixtisaslı mütəxəssislərdən ibarətdir.

Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov və şöbənin anestezioloq-reanimatoloqları Xəyal Məmmədov, Mehdi Əliyev, Rəşad Nəsirli, Şahin Mazanov, Sevda Quliyeva, Könül Həsənova və Günel Cəfərova hər bir pasiyentə diqqət və şəfqətlə yanaşaraq, 24/7 rejimində qayğı göstərir, intubasiya, süni tənəffüs, hemodinamik monitorizasiya, kompleks reanimasiya tədbirlərini, eləcə də cərrahi əməliyyat sonrası baxımdan tutmuş, ağır infeksiyalar, şok, poliorqan çatışmazlığı və digər həyati riskli vəziyyətlərdə xəstələrin sağlamlığını qorumaq və bərpasını sürətləndirmək üçün fəaliyyət göstərirlər.

Şöbə müasir və texnoloji avadanlıqlarla təchiz olunub, bu da dünyada qəbul olunmuş standartlar və anestezioloji protokollar əsasında istənilən növ anesteziyanın həyata keçirilməsinə, habelə xəstənin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrlərini seçmək mümkündür. Bu da öz növbəsində xəstənin tam komfortunu və qısa bir müddət ərzində reabilitasiyasını təmin edir.

Şöbədə mürəkkəb cərrahi əməliyyatlardan sonra reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrin vəziyyətinin fasiləsiz monitorinqi həyata keçirilir. Müasir oksigen funksiyası monitorları vasitəsilə arterial təzyiqin invaziv və qeyri-invaziv ölçülməsi, nəbz, mərkəzi venoz təzyiq, qaz mübadiləsi, bədən temperaturu, orqan fəaliyyətləri və qan oksigenlə zənginliyi kimi həyati vacib funksiyalar daim nəzarət altında saxlanılır. Cərrahi əməliyyatlardan sonra reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələrə nəzarət və müalicə tətbiq edilir.

Hospitalımızın ən böyük üstünlüyü isə odur ki, hər bir xəstə ağırlıq dərəcəsindən asılı olmayaraq - 24/7 rejimində tam təhlükəsiz və yüksək peşəkarlıqla reanimasiya şöbəsinə qəbul edilərək, sağlamlığı üçün etibarlı və şəfqətli tibbi xidmət alır.

“Həkimlərimizi tanıyın!” rubrikamızda yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və ağır vəziyyətlərdə düzgün qərar qəb...
25/08/2026

“Həkimlərimizi tanıyın!” rubrikamızda yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən, Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Dr. Rəşad Nəsirlini Sizə təqdim edirik.

İnsan həyatında elə məqamlar var ki, saniyələr belə böyük əhəmiyyət daşıyır. Pasiyentin vəziyyətinin qəfil ağırlaşdığı, həyati funksiyaların ciddi nəzarət tələb etdiyi anlarda həkimin biliyi, təcrübəsi və çevik qərarvermə qabiliyyəti xüsusi önəm daşıyır. Anestezioloq-reanimatoloq Rəşad Nəsirli məhz belə kritik məqamlarda pasiyentin yanında olan, onun həyati funksiyalarının qorunmasına və vəziyyətinin stabilləşdirilməsinə çalışan, peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkimlərdəndir. 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Dr. Rəşad Nəsirli bu gün də yüksək peşəkarlığı, məsuliyyətli yanaşması və zəngin təcrübəsi ilə pasiyentlərin sağlamlığının və həyatının qorunmasına xidmət edir.

Rəşad həkimin peşəkar fəaliyyət istiqamətləri kifayət qədər genişdir. O, ümumi və regional anesteziya, o cümlədən spinal və epidural anesteziya, periferik sinir blokları, traxeyanın intubasiyası və ekstubasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və qeyri-invaziv monitorinq, ağciyərlərin invaziv və qeyri-invaziv ventilyasiyası, traxeostomanın açılması, ağrı terapiyası pompasının (PCA) tətbiqi, lumbal punksiya və onurğa beyin mayesinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürəkdaxili inyeksiyaların yeridilməsi kimi tibbi prosedurları həyata keçirir. Rəşad Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/resad-nesirli.

Tibbə aparan yol – təhsil və ilk peşəkar addımlar

Dr. Rəşad Nəsirlinin həkimlik fəaliyyətinə gedən yolu Azərbaycan Tibb Universitetindən başlayıb. O, 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.

2005–2006-cı illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsində internatura keçərək ixtisas üzrə ilkin peşəkar təcrübəsini formalaşdırıb. Tibb sahəsində nəzəri biliklərlə yanaşı, praktiki təcrübənin də mühüm əhəmiyyət daşıdığını əsas götürən Rəşad həkim sonrakı illərdə fəaliyyətini müxtəlif aparıcı tibb müəssisələrində davam etdirib.

Peşəkar fəaliyyət

Dr.Rəşad Nəsirli əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Travmatologiya və Ortopediya İnstitutunun Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi başlayıb. O, 2015-ci ilə qədər bu tibb müəssisəsində çalışıb.
2011–2015-ci illərdə eyni zamanda B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. Həmin illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində də çalışan Rəşad həkim fərqli klinik vəziyyətlərlə qarşılaşaraq zəngin peşəkar təcrübə qazanıb. Rəşad həkimin uzun illər ərzində müxtəlif tibb müəssisələrində qazandığı təcrübə onun mürəkkəb klinik vəziyyətlərə peşəkar yanaşmasına mühüm zəmin yaradıb.

Beynəlxalq təcrübə və davamlı inkişaf

Dr. Rəşad Nəsirli müxtəlif illərdə Türkiyədə və digər ölkələrdə keçirilən beynəlxalq tibbi tədbirlərdə, konfrans və təkmilləşdirmə proqramlarında iştirak edib. O, 2011-ci ildə Türkiyənin Ankara şəhərində Dışkapı Eğitim ve Araştırma Xəstəxanasında 3 aylıq təkmilləşdirmə kursunda, 2011–2013-cü illərdə Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya Hematoloji Konfranslarında, 2015-ci ildə Ankarada təşkil olunan İntensiv Terapiya Dərnəyinin konqresində, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Birinci Beynəlxalq Transplantasiya Konqresində fəal iştirak edib. Rəşad həkim 2018-ci ildə Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunda 1 aylıq təkmilləşdirmə kursu keçib, daha sonra Malatyada Qaraciyər Nəqli Xəstəxanasında anesteziya üzrə xüsusi kursda iştirak edib.

O, 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Rəşad həkim eyni zamanda Azərbaycan İntensiv Terapiya Assosiasiyasının üzvüdür.

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118



“Azterminalkompleks” İctimai Birliyinin Bakı şöbəsinin Aksizli mallar şöbəsinin inspektoru Xanım Hüseynovanın Mərkəzi Gö...
24/08/2026

“Azterminalkompleks” İctimai Birliyinin Bakı şöbəsinin Aksizli mallar şöbəsinin inspektoru Xanım Hüseynovanın Mərkəzi Gömrük Hospitalına ünvanladığı təşəkkür məktubunu təqdim edirik.

“Mən, Xanım Hüseynova, həyatımın ən gözəl və unudulmaz günlərindən birini yaşayıram – ilk dəfə ana olmuşam. Övladımı qucağıma aldığım bu əlamətdar gündə yaşadığım böyük sevinc hissi ilə yanaşı, mənə göstərilən diqqət və qayğıya görə ürəkdən təşəkkür etmək istəyirəm.

Gömrükçülər və onların ailə üzvləri üçün yaradılan yüksək səviyyəli tibbi şəraitə və göstərilən diqqətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayevə, rəis müavini Nahidə Mahmudovaya, mama-ginekoloq Dr. Sədi Allahverdiyevə və pediatr-neonatoloq Minazər Abdullayevaya dərin minnətdarlığımı bildirirəm.

Bu mənim üçün çox özəl və unudulmaz gündür. Övladımı qucağıma almağımda əməyi olan hər birinizə göstərdiyiniz diqqət, qayğı və səmimi münasibət üçün səmimi qəlbdən təşəkkür edirəm.”

Hörmətlə,

Xanım Hüseynova
“Azterminalkompleks” İctimai Birliyinin Bakı şöbəsinin Aksizli mallar şöbəsinin inspektoru

📞 (012) 404-08-08
🏨 Bakı, K.Kazımzadə, 118



24/08/2026

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Dr. Sədi Allahverdiyev “Histeroskopiya nədir?” mövzusunda ətraflı məlumat verib. Süjeti Sizə təqdim edirik.

Address

Kazim Kazimzade Str. 118
Baku
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mərkəzi Gömrük Hospitalı / Central Customs Hospital:

Shortcuts

Share