23/07/2021
Karpman üçbucağı, insan münasibətlərindəki üç əsas problemli rol arasındakı tipik bir əlaqə modelidir. Bu fikrin müəllifi Erik Bernin fikirlərinin davamçısı Stefan Karpmandır .
"Karpman üçbucağı"münasibətlərimizə kənardan baxmağımıza imkan verir.
Münasibətdə üç rol var: qurban, günahlandıran və xilaskar.
1️⃣ Günahlandıran qurbana təzyiq göstərir, nəzarət edir, basdırır, alçaldır və sarkastik yanaşır;
2️⃣ Qurban özünü çarəsiz hiss edir, məsuliyyət götürməkdən imtina edir və kənardan kömək gözləyir;
3️⃣ Xilaskar qurbana kömək etmək üçün qaçır və tez-tez özü bədbəxt olur, çünki özündən çox başqaları haqqında düşünür və buna görə də özünü dərk etmir.
Nümunə olaraq bu üçbucaq modelində olan bir ailəni götürək:
1.Günahlandıran övladını sərt şəkildə böyüdən bir ata ola bilər;
2. Xilaskar , əksinə, çox mehriban, mülayim və uşağın ərköyünləşdiyini görməyən bir ana ola bilər;
3.Uşağın özü isə qurbandır : tənbəl, acizdir və bir çox komplekslə böyüyür.
⠀
Eyni zamanda, valideynlər əbədi müharibə vəziyyətindədirlər, həmişə tərbiyə metodları barədə mübahisə edirlər.
Niyə hər kəs bunu etməyə davam edir?
Fakt budur ki, qurban hər şeyin onun üçün qərar verildiyini sevir. Xilaskar zəiflərə kömək etməkdən ləzzət alır. Günahlandıran özünü üstün vəziyyətdə hiss etməyi sevir.
Mövcud vəziyyətdə hamı rahatdır, buna görə hamı bu oyunu oynamağa davam edir.
Azadlığın açarı fərqindəlikdir.
Fərqində olmağa başlayın - bu üç nəfərdən kimsiniz?
Günahlandıran olarsa, digər insanlara qarşı gözləntiləri aşağı salın və özünüzə tənqidi yanaşın. Xilaskarsınızsa, başqalarının istəmədiyi halda kömək etməyi dayandırın. Yalnız tələb, prioritetlərinizi və imkanlarınızı nəzərə alaraq kömək edin!
Qurban olsanız, özünüzə yazığınız gəlməsin! Sizi incitmirlər, inciməyə qərar verən və həyatınız və qərarlarınız üçün məsuliyyət daşımaq istəməyən sizsiniz.
⠀
Belə bir toksik münasibətdən özünüz çıxa bilərsiniz!
Problemi həll etmək üçün ilk addım problemin olduğunu başa düşmək, problemin fərqinə varmaqdır. Əgər fərqində olub yenə bu münasibətlərdən imtina edə bilmirsinizsə mütəxəssis yardımı alın.
⠀
Əlaqə:
📞+994 50 349 29 84
📧 Email: [email protected]
📌Ünvan: Genesis Psychology
Genezis Psixologiya Mərkəzi
Dəmirçi Plaza, Xocalı prospekti
⠀
___
⠀