29/07/2026
Endometrioz nədir?
Şiddətli aybaşı ağrıları normal deyil. Bu, endometriozun əlaməti ola bilər.
**Endometrioz** – uşaqlıq daxilini örtən toxumaya bənzər hüceyrələrin uşaqlıqdan kənarda yerləşməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir.
Ən çox rast gəlinən əlamətlər:
🔹 Şiddətli aybaşı ağrıları
🔹 Cinsi əlaqə zamanı ağrı
🔹 Çanaq nahiyəsində xroniki ağrı
🔹 Güclü və ya nizamsız menstrual qanaxma
🔹 Hamilə qalmaqda çətinlik
🔹 Bağırsaq və ya sidik ifrazı zamanı ağrı (xüsusilə aybaşı dövründə)
❗ Endometrioz vaxtında diaqnoz və müalicə olunmadıqda həyat keyfiyyətini və reproduktiv sağlamlığı mənfi təsir edə bilər.
Uzun müddətdir davam edən ağrılarınız varsa, bunu “normal aybaşı ağrısıdır” deyə qəbul etməyin. Vaxtında ginekoloqa müraciət etmək erkən diaqnoz və düzgün müalicə üçün vacibdir.