Mərkəzi Neftçilər Xəstəxanası

Mərkəzi Neftçilər Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ – kateter vasitəsilə aorta qapağının protezləşdirilməsi əməliyyatları ötən ildən e...
28/08/2026

Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ – kateter vasitəsilə aorta qapağının protezləşdirilməsi əməliyyatları ötən ildən etibarən uğurla icra olunur

Mərkəzi Neftçilər Xəstəxanasında ötən ilin iyun ayından etibarən həyata keçirilən TAVİ prosedurları istiqamətdə fəaliyyət uğurla davam etdirilir.

Cari ilin avqust ayı ərzində ağır aorta stenozu olan 5 pasiyent üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Bu, xəstəxanada mürəkkəb və müasir kardioloji prosedurların davamlı şəkildə həyata keçirildiyini göstərir.

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsi açılmadan və ürək dayandırılmadan həyata keçirilən minimal invaziv üsuldur. Prosedur zamanı daralmış aorta qapağı kateter vasitəsilə yeni bioloji qapaqla əvəz olunur. Bu üsul xüsusilə açıq ürək əməliyyatının yüksək risk daşıdığı yaşlı və ağır xəstələr üçün böyük üstünlük yaradır.

TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir və müvafiq tibbi göstəriş olduqda sığorta çərçivəsində qarşılanır.

24/08/2026

Mərkəzi Neftçilər Xəstəxanasının invaziv kardioloqu Şəfəq Nəzirova Baku TV-nin “Baku MED” verilişinə müsahibə verib.

Həkim müsahibəsində ürək-damar xəstəliklərinin əsas risk faktorları, yüksək arterial təzyiq və xolesterinin ürək sağlamlığına təsiri, siqaret və elektron siqaretin ürək-damar sisteminə yaratdığı risklər, eləcə də ürək xəstəliklərinin əsas əlamətləri barədə məlumat verib.

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.Göstərilən xidmətlərlə bağlı rəy və təklifl...
24/08/2026

Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Göstərilən xidmətlərlə bağlı rəy və təkliflərinizi tabeli tibb müəssisəsinin inzibati binasında yerləşdirilən QR kodu skan edərək bizimlə bölüşə bilərsiniz.

Sizin rəyləriniz xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə nəzərə alınır.

Rəyinizi bildirin, xidmətlərin inkişafına dəstək olun!

Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edib
20/08/2026

Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərən...
20/08/2026

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb

Daha ətraflı: https://president.az/az/articles/view/73301

28/07/2026

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Pərizad Baxşəliyeva Baku TV-nin "Baku MED" verilişinə müsahibə verib.

Həkim müsahibəsində köp, ürəkbulanma və qarın ağrısının qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyinin əlaməti olması, bu halların fərqləndirilməsi və vaxtında həkimə müraciətin əhəmiyyəti barədə məlumat verib.

27/07/2026

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Bilurə Həsənova yay mövsümündə isti havanın insan orqanizminə təsiri, yarada biləcəyi sağlamlıq riskləri və onlardan qorunma yolları barədə AZƏRTAC İnformasiya Agentliyinə müsahibə verib.

Müsahibə ilə aşağıdakı link vasitəsilə ətraflı tanış ola bilərsiniz:
Vhttps://azertag.az/xeber/isti_havanin_insan_orqanizmine_menfi_tesiri_ve_ondan_qorunma_usullari___hekim_mesleheti-4337805

Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda da yay aylarında hava temperaturunun yüksəlməsi və anomal istilər müşahidə edilir. Xüsusən Bakı şəhəri və Abşeron yarımadasında, Aran bölgəsində və Naxçıvan Muxtar Respublikasında...

Mərkəzi Neftçilər Xəstəxanasının həkiminin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunubMərkəzi Neftçilər Xəstəxanasının...
27/07/2026

Mərkəzi Neftçilər Xəstəxanasının həkiminin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirhaşim Calalovun müəlliflərindən biri olduğu "Nutritional Status of Hemodialysis Patients in the Azerbaijan Republic: A Retrospective Analysis" adlı elmi məqalə transplantologiya sahəsində nüfuzlu beynəlxalq nəşrlərdən biri olan Experimental and Clinical Transplantation jurnalında dərc edilib.

Məqalədə Azərbaycanda hemodializ alan pasiyentlərin qidalanma vəziyyəti, malnutrisiya və mikroelement çatışmazlıqları retrospektiv şəkildə təhlil olunub.

Həkimimizi bu uğurlu elmi nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

24/07/2026

Address

Y. Səfərov 21
Baku
AZ1025

Telephone

+994124042800

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Neftçilər Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mərkəzi Neftçilər Xəstəxanası:

Shortcuts

Share

Category