01/08/2026
📢 Hörmətli izləyicilərim və pasiyentlərim!
Son vaxtlar bir məsələni sizinlə bölüşmək istəyirəm.
Mənim paylaşımlarımın əksəriyyəti öz tibbi praktikamdakı real klinik hallara əsaslanır. Məqsədim hər hansı dərmanı reklam etmək və ya satmaq deyil.
Məsələn, paylaşımda Mounjaro haqqında yazıram. Təəssüf ki, bəzən insanlar yazını tam oxumadan yalnız dərmanın adını görür və dərhal zəng edib soruşurlar: “Doktor, Mounjaro neçəyədir?”
❗ Mən dərman satmıram.
Mən həkim kimi həmin preparatın:
* təsir mexanizmini,
* üstünlüklərini,
* mümkün yan təsirlərini,
* göstəriş və əks-göstərişlərini izah etməyə çalışıram.
Bu, yalnız arıqlama dərmanlarına aid deyil. Endokrinologiyada çox müxtəlif mövzular var və mənim məqsədim maarifləndirməkdir.
Hər pasiyent fərqlidir. Bir dərman bir insana uyğun ola bilər, digərinə isə əks-göstəriş ola bilər. Buna görə mənim yanaşmam “dərmanı satmaq” yox, “pasiyenti qiymətləndirmək və düzgün qərar verməkdir.”
💬 Sizdən xahişim odur ki, paylaşımları tam oxuyun. Əksər sualların cavabı məhz yazının içində olur.
Mən sizin sağlamlığınız üçün məlumat paylaşıram, reklam üçün yox.
Diqqətinizə və anlayışınıza görə təşəkkür edirəm! 🙏