22/03/2026
Həddindən artıq duru sperma kifayət qədər yaygın bir haldır və əksər hallarda təhlükəli deyil, lakin müəyyən vəziyyətləri və ya problemləri göstərə bilər.
Mümkün səbəblər:
✔️Tez-tez boşalma - eyakulyasiya (gündəlik və ya gündə bir neçə dəfə) – spermanın yetkinləşməyə vaxtı yoxdur
✔️Spermatazoidlərin sayının az olması (oliqospermiya)
✔️Hormonal disbalansı (məsələn, testosteronun aşağı olması)
✔️Iltihab (prostatit,cinsi infeksiyaları)
✔️Çatışmazlıqlar (sink, B vitaminləri, D vitamini)
✔️Stress, yorğunluq, p*s yuxu
✔️Həddindən artıq spirtli içki qəbulu və ya siqaret çəkməyi
Nə vaxt normaldır?
Əgər:
🔸ağrı yoxdursa
🔸xoşagəlməz qoxu yoxdursa
🔸normal rəng (ağ/bozumtul)
🔸erektil disfunksiya yoxdursa
— onda bu, sadəcə fərdi xüsusiyyət və ya müvəqqəti vəziyyət ola bilər.
Nə vaxt müayinə lazım olur?
Əgər aşağıdakılar varsa, həkimə (uroloq/androloq) müraciət edin:
🔺hamiləlik problemləri
🔺libidonun azalması
🔺ağrı və ya yanma
🔺rəng dəyişikliyi (sarı, yaşıl, qanlı)
🔺şiddətli cinsi zəiflik, hormonal simptomlar
Nə etmək olar :🔻Boşalmalar arasında 2-3 gün fasilə verin
🔻Yuxunu yaxşılaşdırın (7-8 saat)
🔻Qidalanmaya əlavə edin:
sink (balqabaq toxumu, ət)
selen (qoz-fındıq)
zülal
🔻Kifayət qədər su için
🔻Alkoqol və siqareti məhdudlaşdırın
🔻Fiziki aktivliyi artırın
Kömək edə biləcək testlər:
🔶Spermoqramma
🔶Ümumi və sərbəst testosteronun təyini
🔶Prolaktin
🔶Prostat vəzin ultrasəs müayinəsini
🔶Qanda Zink, vitamin D təyini
🔶 Cinsi yolla keçən infeksiyaların müayinəsi