İnci Laboratoriyaları

İnci Laboratoriyaları İnci Laboratoriyalarının rəsmi Facebook səhifəsi

Normadan artıq çəki sadəcə estetik problem deyil — sağlamlıq riskidir.Piylənmə ürək-damar xəstəlikləri, şəkərli diabet, ...
04/03/2026

Normadan artıq çəki sadəcə estetik problem deyil — sağlamlıq riskidir.

Piylənmə ürək-damar xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq və bir çox digər problemlərin yaranma ehtimalını artırır.

Düzgün qidalanma, aktiv həyat tərzi və mütəmadi tibbi yoxlanışlar bu riskləri azaltmağın ən vacib yollarındandır.

Bu gün – Ümumdünya Piylənmə ilə Mübarizə Günü bizə sağlam seçimlər etməyi bir daha xatırladır.

Sağlamlığınızı gecikdirməyin!

03/03/2026

Check-up niyə vacibdir❓

Bir çox ciddi xəstəliklər ilkin mərhələdə simptomsuz keçir. Check-up müayinəsi risk faktorlarını və gizli gedən prosesləri vaxtında aşkar edərək ağırlaşmaların qarşısını almağa kömək edir. Erkən diaqnostika həm müalicə müddətini azaldır, həm də həyat keyfiyyətini qoruyur.

Düzgün check-up isə sadəcə analiz paketi deyil.

Müayinə fərdin yaşı, cinsi, ailəvi anamnezi və həyat tərzinə uyğun planlanmalı, nəticələr isə həkim tərəfindən kompleks şəkildə qiymətləndirilməlidir.

👩‍⚕️ İnci Laboratoriyalarının Mərkəz filialının şöbə müdiri, T.ü.F.D. Leyla Məmmədova

🔥 Od çərşənbəniz mübarək!Od çərşənbəsi yenilənmənin və yeni başlanğıcların rəmzidir. Bu xüsusi günün hər birinizə sağlam...
03/03/2026

🔥 Od çərşənbəniz mübarək!

Od çərşənbəsi yenilənmənin və yeni başlanğıcların rəmzidir. Bu xüsusi günün hər birinizə sağlamlıq, rahatlıq və xoş xəbərlər gətirməsini arzulayırıq. ✨

Bayram abu-havası evinizdən, sevinc ürəyinizdən əskik olmasın!

26 Fevral – Xocalı soyqırımından 34 il ötür.Faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edirik.
26/02/2026

26 Fevral – Xocalı soyqırımından 34 il ötür.

Faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edirik.

📍 İNCİ CLINIC artıq Gəncədə!Laborator və patoloji xidmətlərimiz Gəncə şəhərində də əlçatandır!Dəqiq analiz, etibarlı nət...
24/02/2026

📍 İNCİ CLINIC artıq Gəncədə!

Laborator və patoloji xidmətlərimiz Gəncə şəhərində də əlçatandır!
Dəqiq analiz, etibarlı nəticə və peşəkar yanaşma ilə sağlamlığınız bizim nəzarətimizdədir.

📌 Ünvan: Gəncə şəhəri, Fətulla Həsənov küç. 7
(3 nömrəli xəstəxananın yaxınlığı)

📞 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: +994 51 229 49 75

Sağlamlığınızı etibarlı əllərə həvalə edin!

💧 Baharın müjdəçisi olan çərşənbələrdən ilki - su çərşənbəsi münasibəti ilə hər birinizi təbrik edirik!
24/02/2026

💧 Baharın müjdəçisi olan çərşənbələrdən ilki - su çərşənbəsi münasibəti ilə hər birinizi təbrik edirik!

22 Fevral – Ümumdünya Ensefalitlə Mübarizə Günü 🧠Ensefalit – beyin toxumasının iltihabıdır və vaxtında müdaxilə edilməzs...
22/02/2026

22 Fevral – Ümumdünya Ensefalitlə Mübarizə Günü 🧠

Ensefalit – beyin toxumasının iltihabıdır və vaxtında müdaxilə edilməzsə ciddi fəsadlara səbəb ola bilər.

Yüksək hərarət, şiddətli baş ağrısı, şüur bulanıqlığı və qıcolmalar kimi əlamətlər olduqda gecikmədən həkimə müraciət etmək vacibdir.

Unutmayın ki, erkən diaqnoz həyat xilas edir!

🌙 Bu gündən müqəddəs Ramazan ayı başlayır.Bu ayda oruc tutanların sağlamlığını qoruması xüsusilə vacibdir. Düzgün qidala...
19/02/2026

🌙 Bu gündən müqəddəs Ramazan ayı başlayır.

Bu ayda oruc tutanların sağlamlığını qoruması xüsusilə vacibdir. Düzgün qidalanma, kifayət qədər maye qəbulu və balanslı rejim əsas şərtlərdəndir. 💧🥗

Sağlam Ramazan üçün tövsiyələr:
✨ İmsak və iftarda yüngül, enerji verən və lifli qidalara üstünlük verin;
✨ Duzlu və yağlı yeməklərdən uzaq durun;
✨ Yeməkləri aramla və yaxşı çeynəyərək qəbul edin;
✨ İftarı şorba və süd məhsulları ilə açmaq daha uyğundur;
✨ Şirniyyatı yeməkdən 1–2 saat sonra qəbul edin 🍰;
✨ İftardan sonra qısa piyada gəzinti həzmi asanlaşdırır 🚶‍♂️

⚠️ Qeyd: Hamilə qadınlara, şəkərli diabet, ürək-damar və digər xroniki xəstəlikləri olanlara, yetkinlik yaşına çatmayanlara və kimyəvi terapiya alan pasiyentlərə oruc tövsiyə edilmir.

Allah tutulan orucları və edilən duaları qəbul etsin ✨

🎗 15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə GünüdürUşaq xərçəngi ilə mübarizə erkən diaqnoz, düzgün ...
15/02/2026

🎗 15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Uşaq xərçəngi ilə mübarizə erkən diaqnoz, düzgün müalicə və güclü mənəvi dəstək tələb edir.

Hər bir uşağın sağlam və xoşbəxt gələcək haqqı var.
Maariflənək, dəstək olaq, ümid olaq. 💛

Address

Bül Bül рr. 58G
Baku
AZ1014

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 20:00

Telephone

+994124648920

Alerts

Be the first to know and let us send you an email when İnci Laboratoriyaları posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to İnci Laboratoriyaları:

Shortcuts

Share

Category