Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq

Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq, Surgeon, Azerbaycan, Baku.

Proktoloji infeksiyalar - a**l apse, fistula və bağırsaq vərəmi - çox zaman gecikdirilmiş və ya düzgün müalicə olunmamış...
24/11/2025

Proktoloji infeksiyalar - a**l apse, fistula və bağırsaq vərəmi - çox zaman gecikdirilmiş və ya düzgün müalicə olunmamış iltihabların nəticəsi olaraq yaranır.

Ağrı, şişlik, irin axıntısı, hərarət və uzunmüddətli sağalmayan yaralar kimi əlamətlər gözardı edilməməlidir.

📌 A**l apse – a**l bölgədə irin toplanmasıdır; vaxtında açılıb təmizlənməzsə fistulaya çevrilə bilər.

📌 Fistula – a**s daxilindən dərinin səthinə açılan patoloji yol; daim axıntı və infeksiyalarla müşayiət olunur.
📌 Bağırsaq vərəmi – nadir, amma ciddi infeksiyadır; qarın ağrısı, ishal və çəki itkisi ilə özünü göstərə bilər.

Vaxtında müraciət erkən diaqnoz və uğurlu müalicənin açarıdır.
Sağlamlığınızı gecikdirməyin.

**lapse

A**l bölgənin gigiyenası vacib olsa da, həddindən artıq yuma - xüsusilə sabun, duş geli və isti su ilə - dərinin təbii q...
21/11/2025

A**l bölgənin gigiyenası vacib olsa da, həddindən artıq yuma - xüsusilə sabun, duş geli və isti su ilə - dərinin təbii qoruyucu qatını zədələyə bilər.
Bu qat zəiflədikdə qaşınma, yanma, quruluq və hətta çat yaranması kimi problemlər ortaya çıxır.

📍Düzgün gigiyena çox yumaq deyil, düzgün yumaqdır.

Gündəlik duş zamanı ilıq su kifayətdir; sabun və ya ətirli məhlullar isə a**l bölgədə qıcıqlanma yarada bilər.

Davamlı qaşınma, yanma və ya quruluq hissi varsa, bu, artıq həssaslığın artdığını göstərir və həkim tərəfindən qiymətləndirilməlidir. Bədəninizə qulluq edərkən balansı qorumaq ən vacib addımdır. 🩺

**lGigiyenası

Bağırsaq vərəmi və a**l apse - bağırsaq və a**l nahiyədə yaranan iltihabi infeksiyalardır. Bu xəstəliklər ağrı, irin top...
17/11/2025

Bağırsaq vərəmi və a**l apse - bağırsaq və a**l nahiyədə yaranan iltihabi infeksiyalardır. Bu xəstəliklər ağrı, irin toplanması və toxuma zədələnməsi ilə müşayiət olunur və gecikdirildikdə daha ciddi fəsadlara səbəb ola bilər.

A**l nahiyədə ağrı, qızartı, şişlik, istilik artması, irin axması, tualet zamanı güclü ağrı və ya temperatur yüksəlməsi kimi əlamətlər infeksiyanın göstəricisidir. Bu hallarda müalicəni gecikdirmək apse, fistula və xroniki iltihaba gətirib çıxara bilər.

Ev üsulları və özbaşına istifadə olunan kremlər problemi həll etmir, əksinə, infeksiyanı daha da dərinləşdirə bilər.

Proktoloji infeksiyalar vaxtında düzgün müayinə və müasir müalicə ilə tam nəzarət altına alınır.
Bədəninizin siqnallarını ciddiyə alın - erkən müraciət ağırlaşmaların qarşısını alır. 🩺

**lApse

Bəzən insanlar bu cür şikayətləri “keçər” deyib vaxtında həkimə müraciət etmirlər. Amma proktoloji problemlər çox vaxt s...
10/11/2025

Bəzən insanlar bu cür şikayətləri “keçər” deyib vaxtında həkimə müraciət etmirlər. Amma proktoloji problemlər çox vaxt sadə mərhələdə aşkarlananda asanlıqla müalicə olunur.🩺

Əgər tualet zamanı ağrı, qan gəlməsi, uzunmüddətli qəbizlik və ya qaşınma kimi şikayətlər varsa, buna laqeyd yanaşmaq düzgün deyil. Bu əlamətlər bədənin sizə “diqqət et mənə” mesajıdır.

Unutmayın: vaxtında müraciət – həm ağrısız, həm də qısa müddətli müalicə deməkdir.
Bədəninizə qulaq asın, sağlamlığınızı ertələməyin. ❤️

Bu gün qürur, minnətdarlıq və sevgini eyni anda hiss etdiyimiz gündür.Bayrağımızın hər dalğası azadlığın səsi kimidir.🇦🇿...
09/11/2025

Bu gün qürur, minnətdarlıq və sevgini eyni anda hiss etdiyimiz gündür.

Bayrağımızın hər dalğası azadlığın səsi kimidir.🇦🇿

Qanla, canla, dua ilə yazılmış tarix- 8 Noyabr! 🇦🇿Bu gün qürurla deyirik: Qarabağ Azərbaycandır!
08/11/2025

Qanla, canla, dua ilə yazılmış tarix- 8 Noyabr! 🇦🇿

Bu gün qürurla deyirik: Qarabağ Azərbaycandır!

Bağırsaq hərəkətlərində dəyişiklik, sadəcə narahatlıq deyil, bəzən ciddi xəstəliklərin xəbərçisidir. ⚠️💡 Qəbizlik, ishal...
07/11/2025

Bağırsaq hərəkətlərində dəyişiklik, sadəcə narahatlıq deyil, bəzən ciddi xəstəliklərin xəbərçisidir. ⚠️

💡 Qəbizlik, ishal, qarında şişkinlik və ya qeyri-sabit bağırsaq vərdişləri varsa, bu, bağırsaq hərəkət pozğunluğunun əlaməti ola bilər.
Səbəbi bəzən stress, bəzən isə həzm sistemindəki funksional və ya struktur problemlər olur.

🩺 Müayinə və düzgün qidalanma ilə bu pozğunluqların qarşısını almaq mümkündür.
Vaxtında diaqnoz = rahat həyat.

Bağırsaq polipləri kiçik və zərərsiz görünsə də, zamanla böyüyərək şişə və hətta xərçəngə çevrilə bilər. 🩺Əlamətlər çox ...
07/11/2025

Bağırsaq polipləri kiçik və zərərsiz görünsə də, zamanla böyüyərək şişə və hətta xərçəngə çevrilə bilər. 🩺

Əlamətlər çox vaxt gizlidir — buna görə vaxtında kolonoskopiya və müayinə həyati əhəmiyyət daşıyır.

👉 Əgər ailənizdə bağırsaq xərçəngi riski varsa və ya uzunmüddətli həzm problemləriniz var, profilaktik müayinəni gecikdirməyin.

Su orqanizmin və xüsusilə də bağırsaq sisteminin düzgün işləməsi üçün vacib amildir.Yetərsiz su qəbulu qəbizliyə, nəcis ...
31/10/2025

Su orqanizmin və xüsusilə də bağırsaq sisteminin düzgün işləməsi üçün vacib amildir.
Yetərsiz su qəbulu qəbizliyə, nəcis sərtləşməsinə və nəticədə babasil, a**l çat kimi proktoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.
Gündəlik kifayət qədər su içmək — bağırsaq hərəkətlərini tənzimləyir, toksinlərin orqanizmdən çıxmasına kömək edir və ümumi rahatlıq yaradır.

💧 Unutma: hər gün 2–2.5 litr su — sağlam bağırsaq üçün ən sadə addımdır!

**lÇat

Peria**l abses – a**l nahiyədə (a**s ətrafında) irin toplanması ilə xarakterizə olunan infeksion bir xəstəlikdir. Adətən...
24/10/2025

Peria**l abses – a**l nahiyədə (a**s ətrafında) irin toplanması ilə xarakterizə olunan infeksion bir xəstəlikdir. Adətən a**l vəzlərin iltihabı nəticəsində yaranır.

Əsas əlamətləri: a**l nahiyədə ağrı, şişkinlik, qızartı, bəzən qızdırma və oturarkən narahatlıqdır. Müalicə adətən cərrahi yolla irin boşaldılması və antibiotiklərin qəbulu ilə aparılır.

Vaxtında müalicə olunmadıqda fistula (irin yolu) əmələ gələ bilər.

**lAbses **lSağlamlıq

Göbək yırtığı, qarın divarında zəiflik nəticəsində bağırsaq və ya qarın içi toxumaların göbək nahiyəsindən çıxmasıdır. U...
20/10/2025

Göbək yırtığı, qarın divarında zəiflik nəticəsində bağırsaq və ya qarın içi toxumaların göbək nahiyəsindən çıxmasıdır. Uşaqlarda çox rast gəlinir və adətən təhlükəsizdir, bəzən öz-özünə bağlanır. Böyüklərdə isə ağrı, narahatlıq və ya komplikasiya olduqda cərrahi müdaxilə tələb oluna bilər.

Əlamətləri: göbəkdə şişlik, öskürək və ya ağlama zamanı şişkinliyin artması, bəzən ağrı.

Diqqət: Şişlik qırmızı, bərk və ağrılı olarsa, dərhal həkimə müraciət etmək lazımdır.

Müstəqilliyimiz daim olsun, bu günün qüruru hər zaman içimizdə yaşasın.
18/10/2025

Müstəqilliyimiz daim olsun, bu günün qüruru hər zaman içimizdə yaşasın.

Address

Azerbaycan
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994502344314

Alerts

Be the first to know and let us send you an email when Op.dr. firuza humbataliyeva genel cərrah-proktoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category