01/02/2019
KÖRPƏNIZİN YUXU REJİMİNİ NECƏ NİZAMLAMALI?!
Hamımız uşaqlarımızı tez yuxuya getməsini istəyirik. Ancaq bəzən nə qədər çalışsaqda bir şəkildə yatmaq bilmirlər. Nənələrimizdən qalma üsul olaraq ayaqda sallanma, yorğan arasına qoyub sallamaq kimi etmədiyimiz üsullar qalmır Normal yuxu rejimi uşaqdan uşağa dəyişməklə birlikdə,qarnı doyan, altı təmizlənən uşaqlar günün bir çox hissəsini yuxuda keçirirlər. Amma bəzi uşaqlarda heç bir problem olmasa da yatmırlar, oyaq qalırlar.
BƏS NƏ ETMƏK LAZIMDIR.
✅ Heç narahat olmayın, buraxın uşağınız özü yuxu rejiminə özü qərar versin. Zorla yatızdırmayın.
✅ Oyandığında ya ağlayanda qucağınıza alın. Ona yalnız olmadığını hiss etdirin.
✅ Rahat paltarlar geyindirin.
✅ Gün içində aktiv olmasına şərait yaradın. Onunla oyun oynayın, musiqi söyləyin,normal ev içi səslərlə dolu bir mühit hazırlayın.
✅ Yatma vaxtından əvvəl yuyundurun, sevib oxşayın, lay-lay söyləyin.
✅ Uşağınızın yuxusu gəlibsə amma oyaqdırsa yatağına yatızdırın, yatağı yuxuya getməsini tezləşdirəcəkdir.
✅ Əmzik verin,sakitləşməsinə köməklik edəcəkdir.
✅ Uşağınızı yatağınıza almayın, bu uşağın öz-özünə yuxuya getməsini çətinləşdirər və həmişə sizinlə yatmaq istiyər.
Unutmamaq lazımdır ki, uşaqların yuxu rejimini tutdurmaları vaxt alır.Uşağın sinir sistemi inkişaf etdikcə yuxu və oyaq qalması da rejimə düşəcək.Səbrli olmaq lazımdır.
-
T.ü.F.D Naimə Hüseynova
Pediatr
Tel: 055 457 73 44
Ünvan: Caspian İnternational Hospital
Bakı ş., Badamdar, 1-ci yaşayış massivi, 31