Uzman Ginekoloq Dr. Rahshanda Aslanova

Uzman Ginekoloq Dr. Rahshanda Aslanova Normal və riskli hamiləliklər, normal doğuş və keysəriyyə əməliyatı, sonsuzluq müalicəsi və süni mayalanma, bütün ginekoloji əməliyatlar, USM

No scrubs this time ✨
05/09/2026

No scrubs this time ✨

Kişinin sağlamlığı gələcək uşağın sağlamlığına necə təsir edir?
25/08/2026

Kişinin sağlamlığı gələcək uşağın sağlamlığına necə təsir edir?

Elmi işimizin tam nəticələri European Medical Journal (EMJ) Reproductive Health jurnalının yeni buraxılışında dərc olund...
19/08/2026

Elmi işimizin tam nəticələri European Medical Journal (EMJ) Reproductive Health jurnalının yeni buraxılışında dərc olundu. ❤️

Hər bir elmi işin arxasında uzun bir yol dayanır. Bu yolun nəticəsini artıq dərc olunmuş şəkildə görmək isə ayrıca bir sevincdir💞

Bir-birini anlayan, motivasiya edən və uğuruna sevinən insanlarla bir arada olmaq gözəldir. 🤍
22/07/2026

Bir-birini anlayan, motivasiya edən və uğuruna sevinən insanlarla bir arada olmaq gözəldir. 🤍

Cinsi həyat haqqında bilmədikləriniz👩🏻‍⚕️
21/07/2026

Cinsi həyat haqqında bilmədikləriniz👩🏻‍⚕️

Son vaxtlar süni intellektdən əvvəlkindən daha çox istifadə edirəm.İşdə, elmi məqalələrdə, məlumat axtarışında, mətnlərl...
12/07/2026

Son vaxtlar süni intellektdən əvvəlkindən daha çox istifadə edirəm.
İşdə, elmi məqalələrdə, məlumat axtarışında, mətnlərlə işləyərkən, hətta gündəlik həyatımda belə.
Və etiraf edim ki, AI bir çox işi həqiqətən asanlaşdırır. Vaxta qənaət edir, yeni ideyalar verir, bəzən isə heç düşünmədiyin bir istiqaməti göstərir.
Amma özüm üçün bir şeyi də müşahidə etmişəm.
Hazır cavabı almaq nə qədər asanlaşırsa, özün düşünməmək də bir o qədər asanlaşır.
Əsas məsələ AI-dan istifadə edib-etməməyimiz deyil. Onsuz da istifadə edəcəyik və getdikcə daha çox istifadə edəcəyik.
Əsas məsələ budur: biz AI-dan istifadə edəcəyik, yoxsa zamanla düşünməyi də ona həvalə edəcəyik?

Texnologiya inkişaf etdikcə, insanın ən böyük üstünlüyü daha çox məlumat bilmək deyil. Düşünməyi bacarmaq olacaq.

Bəs siz necə düşünürsünüz? Süni intellekt bizi tənbəlləşdirəcək, yoxsa daha güclü edəcək?

Bəzən səyahət yeni şəhərlər kəşf etmək demək deyil. Bəzən səyahət, cəmi bir neçə anlıq da olsa, hələ də yaşayan bir tari...
08/07/2026

Bəzən səyahət yeni şəhərlər kəşf etmək demək deyil. Bəzən səyahət, cəmi bir neçə anlıq da olsa, hələ də yaşayan bir tarixin bir parçasına çevrilməkdir.
London kimisə heyrətləndirməyə çalışmır. O, sadəcə öz tarixini yaşayır. Burada keçmiş muzey divarları arasında qalmayıb – o, Biq Benin əzəmətində, kral ənənələrində, qədim memarlıqda, sakit parklarında və əsrlər boyu qorunub saxlanılan dəyərlərə olan hörmətdə yaşayır.

Bu il ilk dəfə olaraq Azərbaycan Avropanın ən böyük reproduktiv tibb və sonsuzluq konqresi olan ESHRE-də elmi posterlə t...
06/07/2026

Bu il ilk dəfə olaraq Azərbaycan Avropanın ən böyük reproduktiv tibb və sonsuzluq konqresi olan ESHRE-də elmi posterlə təmsil olunur.

Posterin hazırlanmasında iştirak edən Medilux EKO komandasının dəyərli həkimlərinə Uzman Ginekoloq Kamal Niftiyev Məmmədli Xumar və embrioloq Kursat Yaramancı -ya , səmimi təşəkkürümü bildirirəm.

Bir komanda olaraq birlikdə daha böyük uğurlara imza atacağımıza inanır, hər birinizə yeni nailiyyətlər arzulayıram.

Bu gün böyük oğlumuz Cavad ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Georgia Institute of Technology-d...
08/05/2026

Bu gün böyük oğlumuz Cavad ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Georgia Institute of Technology-dən məzun oldu. 4 İllik bakalavr proqramını cəmi 2 ilə və fərqlənmə ilə tamamladı. Bu, tamamilə onun öz istəyi, əzmi və zəhmətinin nəticəsidir.
Ümid edirik ki, o, seçdiyi sahədə iz buraxacaq, insanlara fayda verəcək və öz fərqini yaradacaq.
Səninlə qürur duyuruq💖

Address

Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994552260635

Alerts

Be the first to know and let us send you an email when Uzman Ginekoloq Dr. Rahshanda Aslanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Ginekoloq Dr. Rahshanda Aslanova:

Shortcuts

Share