Ginekoloq Aydan Aslanova

Ginekoloq Aydan Aslanova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ginekoloq Aydan Aslanova, Obstetrician-gynaecologist, Yusif Səfərov küç. 22, Baku.

� Republika Perinatal Mərkəzi

Sübutlu təbabətin standartlarına əsaslanan ginekologiya �
✓Ginekoloji müayinə və konsultasiya ✓Sonsuzluq ✓Hamiləlik və doğuş ✓Ginekoloji əməliyyatlar

Объявление для беременяшек 🤰🏼🔔В рамках научной акции с мая по сентябрь 2024 проводится бесплатная ☝🏼 диагностика - оцени...
17/05/2024

Объявление для беременяшек 🤰🏼🔔

В рамках научной акции с мая по сентябрь 2024 проводится бесплатная ☝🏼 диагностика - оценивание рисков развития диабета у беременных. Эта диагностика включает заполнение подробной анкеты о состоянии вашего здоровья, консультацию эндокринолога и сдачу анализа крови с оценкой нескольких параметров (общий анализ крови, глюкоза натощак, гликогемоглобин, инсулин и т.д.) 🧪

Диабет беременных - это состояние, которое может развиться даже у женщин без изначальных факторов риска, как правило во вторую половину беременности, и может привести к сопутствующим осложнениям: крупный плод, многоводие, преждевременные роды, родовые травмы, гипертензия и преэклампсия, внутриутробная гибель плода, реанимация новорожденных, а также развитие сахарного диабета у матери и ребенка в будущем. Поэтому важно вовремя оценить риски развития этого состояния у беременных.
У женщин с факторами риска (избыточный вес, возраст старше 35 лет, ЭКО, диабет при первой беременности, диабет в семье у близких родственников и т.д.) эта проблема еще более актуальна.

Кто может воспользоваться акцией:
Беременные старше 18 лет, со сроком беременности до 16 недель ✅

Для записи и получения подробной информации можете обращаться по телефону: +994 50 669 06 28 📱

Bir ginekoloq olaraq bəzən qadınları təkcə pasiyent kimi tanımırıq, şəxsi həyatlarından da müəyyən məqamlarına şahid olu...
24/11/2022

Bir ginekoloq olaraq bəzən qadınları təkcə pasiyent kimi tanımırıq, şəxsi həyatlarından da müəyyən məqamlarına şahid oluruq. Təəssüf ki, bəzən bu heç də ürəkaçan məqamlar olmur ⛈️
Bununla bağlı yaranan bir fikrimi paylaşmaq istəyirəm.
Düşünürəm ki, hər bir qadın üçün ən vacib olan özünə qarşı sevginin və hörmətin olmasıdır. Özünə dəyər verə bilmək və ayaqda möhkəm dura bilmək bacarığı qızlarımıza verə biləcəyimiz ən böyük sərvətdir 💖

Hər zaman qadınlarımızı özünə güvənən, özünə dəyər verən, həm fiziki, həm mənəvi sağlamlığına diqqət yetirən, və ən əsası xoşbəxt görmək ümidi ilə 💫

#мысливслух

Bu gün əslində mənim üçün də özəl bir gündür 💜 Bir neçə il əvvəl qızım tələsib vaxtından 1 ay əvvəl doğulmağa qərar verm...
17/11/2022

Bu gün əslində mənim üçün də özəl bir gündür 💜 Bir neçə il əvvəl qızım tələsib vaxtından 1 ay əvvəl doğulmağa qərar vermişdi. Həmin ildən 17 Noyabr - Vaxtından Əvvəl Yenidoğulmuşlar Günü məndə fərqli hisslər oyadır 💜

Ümumiyyətlə, vaxtından qabaq doğuş təhlükəsi - Hamiləliyin Patologiyası şöbəsinə qəbul olunan hamilələrdə ən çox rast gəlinən diaqnozlardan biridir.
Bir çox hallarda gördüyümüz tədbirlər hamiləliyi uzatmağa imkan yaratsa da, bəzən belə hamiləliklər vaxtından əvvəl doğuşla nəticələnir 🐣

Belə bir doğuşunuz olubsa, unutmayın ki, bu növbəti hamiləliyiniz üçün də bir risk faktorudur ⚡ Odur ki, bu barədə mütləq həkiminizə məlumat verin, ən yaxşısı isə yeni yola hamiləlikönü hazırlıqdan başlayın 🌻

17/10/2022

Hər bir hamiləliyin arzuolunan olması diləyi ilə ✨💖

Hamiləlik xəbərimizi belə pozitiv şəkildə qarşıladıq 😉

17/10/2022

Hər bir hamiləliyin arzuolunan olması diləyi ilə ✨💖

PS. Hamiləlik xəbərimizi belə pozitiv ilə qarşıladıq 😉

Bir mama-gienkoloq kimi mənə ən çox verilən suallardan biri nə hamiləliyə, nə ginekoloji problemlərə aid olmayıb. "Dokto...
17/09/2022

Bir mama-gienkoloq kimi mənə ən çox verilən suallardan biri nə hamiləliyə, nə ginekoloji problemlərə aid olmayıb.
"Doktor, neçə yaşınız var?" və cavabında artıq 10 ilə yaxın bu sahədə işlədiyimi eşidəndə gözlərdə olan o təəcüb..əvvələr məni narahat etsə də, indi əksinə xoşuma gəlməyə başlayıb 😄
Əsasən də sonradan müalicə müddətində həmin o inamsızlığın inamla əvəz olunmasını müşahidə etmək ✨😌

Bəs siz necə, cavan və savadlı, kompetent kadrların mümkünlüyünə inananlardansızmı? 😉 Bu mövzuya aid təcrübələrinizi kommentlərdə bölüşə bilərsiz, müzakirə edək 💬

Bir müddətdir ki, heç nə post etmirəm. Yeni ilin başlanğıcı ümumiyyətlə bir qədər ağır keçdi. Odur ki, bu postu yeni nəf...
10/02/2022

Bir müddətdir ki, heç nə post etmirəm. Yeni ilin başlanğıcı ümumiyyətlə bir qədər ağır keçdi. Odur ki, bu postu yeni nəfəslə davam etdirmək ümidi ilə paylaşıram 🌷

PS. Bu qızı mənə oxşatsalar da, sifarişlə hazırlanmayıb əslində 🙂 Təsadüfi olaraq öncəki brelokum qırılandan 2 gün sonra səhifələrin birində qabağıma çıxmışdı 🙃

16/12/2021
Hamiləlik zamanı yaranan qaşınma həm hamiləliklə bağlı səbəblərlə, həm də digər sistem xəstəliklərlə, məsələn dəri, böyr...
05/03/2019

Hamiləlik zamanı yaranan qaşınma həm hamiləliklə bağlı səbəblərlə, həm də digər sistem xəstəliklərlə, məsələn dəri, böyrək, qaraciyər problemləri ilə bağlı ola bilər. Ən yayılmış səbəblərdən biri hamiləlik xolestazıdır ℹ️
⚡Hamiləlik xolestazı hamiləliklə bağlı qaraciyərdə yaranan dəyişikliklər nəticəsində əmələ gəlir. 🔹Əsasən 30 həftədən sonra inkişaf edir.
🔹İlk növbədə ovuc və pəncədən başlayıb, sonra əllər, ayaqlar və bədənə yayılır ✋🦶.
🔹2-4 həftə sonra qaşınma ilə bərabər sarılıq inkişaf edə bilər (20% hallarda).
🔹Həmçinin 50% xəstələrdə sidiyin tündləşməsi, nəcisin isə əksinə rənginin açılması müşahidə oluna bilər.
🔹Bütün bu simptomlar adətən doğuşdan 2-4 həftə sonra keçir. 🔹Növbəti hamiləliklərdə təkrarlanma riski yüksəkdir (70%-ə qədər).
⚡Diaqnostika:
Qanın bioximik analizində qaraciyər sınaqları artır, əsasən də öd turşularının konsentrasiyası.
⚡Döl üçün risklər:
Fetal distress, vaxtından qabaq doğuş, hətta bətndaxili fetal ölüm baş verə bilər.
⚡Doğuş taktikası: 37-38 həftədə doğuş planlaşdırılır. Ağır hallarda dölün ağ ciyərlərinin yetişkənliyini və uşaqlıq boynunun hazırlığını qiymətləndirildikdən sonra, 36 və daha aşağı həftələrdə də hamiləlik sonlandırıla bilər. Hamiləlik xolestazı özlüyündə qeysəriyyə kəsiyi əməliyyatına göstəriş deyil.
⚡Müalicə:
🔹Əsas ilk seçim preparatı - ursodezoksixol turşusudur.
🔹Əlavə simptomatik müalicə üçün antihistaminlər, yerli kremlər istifadə oluna bilər.
🔹Hər 2-4 həftədən bir qaraciyər sınaqları yoxlanmalıdır.
🔹Dölün vəziyyəti kardiotokoqrafiya (KTQ), ultrasəs müayinəsi ilə nəzarətdə saxlanılır.

❔Günün sualı❔Fikirləriniz maraqlıdır 🙂
06/02/2019

❔Günün sualı❔
Fikirləriniz maraqlıdır 🙂

05/02/2019

Address

Yusif Səfərov Küç. 22
Baku
AZ1025

Alerts

Be the first to know and let us send you an email when Ginekoloq Aydan Aslanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share