ATU I Müalicə-Profilaktika Fakültəsi

ATU I Müalicə-Profilaktika Fakültəsi Azərbaycan Tibb Universiteti I Müalicə-Profilaktika Fakültəsinin rəsmi facebook səhifəsi. (c)

Dəyərli izləyicilər!Sizi 28, 29, 30 Aprel tarixlərində keçiriləcək I Müalicə-Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiy...
25/04/2026

Dəyərli izləyicilər!

Sizi 28, 29, 30 Aprel tarixlərində keçiriləcək I Müalicə-Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi konfransına dəvət edirik!

Sondakı QR kodu oxudaraq konfransın proqramı ilə tanış ola bilərsiniz!

Dəyərli izləyicilər!Fakültəmizin V kurs, 121i1a qrup tələbəsi Aytac Yüzbəyova “Keyfiyyət Elçisi” təşəbbüsü çərçivəsində ...
12/04/2026

Dəyərli izləyicilər!
Fakültəmizin V kurs, 121i1a qrup tələbəsi Aytac Yüzbəyova “Keyfiyyət Elçisi” təşəbbüsü çərçivəsində təşkil olunan təlim proqramında iştirak etmiş və proqramın qaliblərindən biri olmuşdur!

“Keyfiyyət Elçisi” təşəbbüsü təhsilalanların Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və təşviqində mühüm rol oynayır. Proqram çərçivəsində iştirakçılar Ali təhsildə keyfiyyət təminatı, institusional və proqram akkreditasiyası üzrə əsas anlayışları mənimsəmiş, real nümunələr üzərindən təhlillər aparmış və praktik bacarıqlar əldə etmişlər.

Bu nailiyyət tələbələrin keyfiyyət təminatı proseslərində daha fəal iştirakına, gələcəkdə akkreditasiya proseslərində ekspert və ya qiymətləndirici kimi çıxış etməsinə zəmin yaradır və Ali təhsildə keyfiyyət mədəniyyətinin inkişafına töhfə verir.

Tələbəmizlə qürur duyur və ona gələcək fəaliyyətlərində uğurlar arzu edirik!🤍

Hörmətli izləyicilər!Fakültəmizin IV kurs tələbələri Cəfərova Nuray və Sadıxova Ləman 26 mart 2026-cı il tarixində Latvi...
05/04/2026

Hörmətli izləyicilər!
Fakültəmizin IV kurs tələbələri Cəfərova Nuray və Sadıxova Ləman 26 mart 2026-cı il tarixində Latviya Respublikasının paytaxtı Riqa şəhərində təşkil olunmuş “University of Latvia 2026 Medicine and Health Sciences” mövzusunda beynəlxalq elmi konfransda müasir tibbin aktual problemlərinə həsr olunmuş tələbə elmi tədqiqat işlərini təqdim ediblər.

👩‍🔬Cəfərova Nuray mamalıq və ginekologiya sahəsi üzrə (mamalıq və ginekologiya kafedrası) “Gestational Tachycardia: An Underestimated Clinical Red Flag” mövzusunda elmi-tədqiqat işini təqdim edib.
👩‍🔬Sadıxova Ləman isə oftalmologiya sahəsi üzrə (oftalmologiya kafedrası) “Ophthalmic Complications After COVID-19” mövzusunda elmi-tədqiqat işini təqdim edib.

Konfransın yekunlarına əsasən, təqdim edilən tezislər Scopus beynəlxalq elmi bazasında indeksləşən (Q3) “Proceedings of the Latvian Academy of Sciences” jurnalında dərc olunmaq üçün qəbul edilib!

Tələbələrimizlə qürur duyuruq!🤍

Tanış olun!I Müalicə-Profilaktika Fakültəsinin Təşkilat Heyəti✨️
29/03/2026

Tanış olun!
I Müalicə-Profilaktika Fakültəsinin Təşkilat Heyəti✨️

Bayramınız mübarək!🤍
20/03/2026

Bayramınız mübarək!🤍

08/03/2026

Dəyərli xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayırıq!🤍

Əziz tələbələr!Nəzərinizə çatdırmaq istəyirik ki, tezislərin son göndərilmə tarixi 27 fevraldır!
19/02/2026

Əziz tələbələr!
Nəzərinizə çatdırmaq istəyirik ki, tezislərin son göndərilmə tarixi 27 fevraldır!

12/02/2026

I Müalicə-Profilaktika Fakültəsi təqdim edir:

23/01/2026

20/01/2026
31/12/2025

I Müalicə-profilaktika fakültəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə dəyərli professor-müəllim heyətini və əziz tələbələri səmimi qəlbdən təbrik edir!

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when ATU I Müalicə-Profilaktika Fakültəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ATU I Müalicə-Profilaktika Fakültəsi:

Shortcuts

Share