25/07/2026
ORCH paneli — hamiləlik zamanı anaya və dölə zərər verə biləcək infeksiyaların diaqnozunda istifadə olunan mühüm bir testdir. TORCH qısaltması aşağıdakı infeksiyaları əhatə edir:
• Toxoplasmosis
• Rubella (məxmərək)
• Cytomegalovirus (CMV)
• Herpes Simplex Virus (HSV)
Toksoplazmoz:
Körpələrdə anadangəlmə toksoplazmoz müşahidə oluna bilər. Müalicə edilmədikdə bu infeksiya korluq, karlıq və əqli geriliyə səbəb ola bilər.
Məxmərək (Rubella):
Uşaqlıqda keçirilən məxmərək infeksiyası əksər hallarda yüngül keçirilsə də, hamiləlik dövründə, xüsusilə ilk üç ayda anaya yoluxduqda döl üçün ciddi təhlükələr yaradır. Bu, doğuşdan sonra əlilliyə və müxtəlif inkişaf problemlərinə səbəb ola bilər.
Sitomeqalovirus (CMV):
Bu virus hamiləlik zamanı dölə keçərək müxtəlif anormallıqlara yol aça bilər. Çox zaman simptomsuz keçsə də, infeksiya ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən qan testləri vasitəsilə müayinənin aparılması vacibdir.
Herpes Simplex Virus (HSV):
HSV tip 2 infeksiyası cinsiyyət orqanlarında yaralar və lezyonlara səbəb olur. Əgər doğuş zamanı aktiv infeksiya aşkar olunarsa, körpənin təhlükəsizliyi üçün keysəriyyə əməliyyatı tövsiyə edilir. Hamiləlikdən əvvəl HSV üçün skrininq məsləhət görülür. Əgər bu mümkün deyilsə, hamiləlik dövründə müayinənin aparılması vacibdir, çünki virus nadir hallarda da olsa, plasenta vasitəsilə dölə keçə bilər.
Nəticə olaraq,TORCH infeksiyaları ölkəmizdə geniş yayılmışdır. Bu səbəbdən hamilə qadınlarda və yeni doğulmuş körpələrdə bu infeksiyaların erkən aşkarlanması, vaxtında diaqnoz və müalicə tədbirlərinin görülməsi körpənin sağlamlığını qorumaq üçün həyati əhəmiyyət daşıyır.
📌Ünvan: Bakı, Ziya Bünyadov 34
☎️Əlaqə: +994502097555
pro-ZZ Baku
keșfetteyiz