Inter Diagnostic

Inter Diagnostic Интер Диагностик - современная медицинская лаборатория с лучшими врачами в Республике

25/05/2026
İNFAKTLAR CAVANLAŞIR⚠️ 40 yaşı tamam olmuş hər kəs infarkt və onun əlamətləri barədə bilməli🫀 İNFAKT HƏMİŞƏ KİNODAKI KİM...
13/05/2026

İNFAKTLAR CAVANLAŞIR
⚠️ 40 yaşı tamam olmuş hər kəs infarkt və onun əlamətləri barədə bilməli

🫀 İNFAKT HƏMİŞƏ KİNODAKI KİMİ OLMUR…

Filmlərdə insan birdən sinəsindən tutub yıxılır. Lakin real həyatda infarkt çox vaxt fərqli görünür — xüsusilə qadınlarda və diabeti olan xəstələrdə.

⚠️ DİQQƏT — Bu əlamətlər infarkt ola bilər:

🔸 Sinədə təzyiq, sıxıntı (filimdəki kimi şiddətli ağrı yox)
🔸 Çiyində, sol qolda, çənədə, kürəkdə və mədə bölgəsində ağrı
🔸 Səbəbsiz nəfəs darlığı və təngənəfəslik
🔸 Soyuq tər, halsızlıq
🔸 Ürək bulanması, qusma (xüsusilə qadınlarda)
🔸 Mədə nahiyəsində “yemək həzm olunmur, ciddi köp” hissi

📊 Vacib fakt: Qadınlarda infarktın simptomları fərqli və daha incə olur — bu səbəbdən də çox vaxt gec aşkarlanır və daha çox ölümlə nəticələnir.

⏰ VAXT ÜRƏKDİR! İlk simptomdan 90 dəqiqə ərzində ürək əzələsini qidalandıran qan damarı açılmazsa — ürək dayanır və həyat sonlanır…

🚨 Şübhəniz varsa — dərhal 103-ə zəng edin!

10 May — Heydər Əliyevin doğum günüdür.Azərbaycan xalqının tarixində mühüm iz qoymuş liderin xatirəsi daim ehtiramla anı...
10/05/2026

10 May — Heydər Əliyevin doğum günüdür.
Azərbaycan xalqının tarixində mühüm iz qoymuş liderin xatirəsi daim ehtiramla anılır. 🇦🇿

9 May — Qələbə Günüdür 🇦🇿Bu şanlı gündə qəhrəmanlarımızı hörmət və ehtiramla anırıq.Qələbə ruhu daim yaşasın! ✨
09/05/2026

9 May — Qələbə Günüdür 🇦🇿
Bu şanlı gündə qəhrəmanlarımızı hörmət və ehtiramla anırıq.
Qələbə ruhu daim yaşasın! ✨

Unutqanlığı azaltmaq və yaddaşı gücləndirmək üçün sadə, amma vacib vərdişlər böyük rol oynayır.Bu paylaşımda beyin sağla...
08/05/2026

Unutqanlığı azaltmaq və yaddaşı gücləndirmək üçün sadə, amma vacib vərdişlər böyük rol oynayır.
Bu paylaşımda beyin sağlamlığını qorumağa kömək edən gündəlik addımları bir araya gətirdik.
🧠 Sağlam beyin, sağlam həyat deməkdir.

8 May – Beynəlxalq Talassemiya GünüdürTalassemiya irsi qan xəstəliyidir və valideynlərdən uşağa gen vasitəsilə keçir. Xə...
08/05/2026

8 May – Beynəlxalq Talassemiya Günüdür

Talassemiya irsi qan xəstəliyidir və valideynlərdən uşağa gen vasitəsilə keçir. Xəstəliyin ağır formalarına, əksər hallarda, qan qohumluğu olan nikahlarda təsadüf edilir. Buna görə də 1 iyun 2015-ci ildən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunur və müayinədən keçən şəxslərin hər birinə müvafiq tibbi-genetik tövsiyələr verilir. Bununla yanaşı, 1 iyul 2025-ci il tarixdən ölkəmizdə qohum nikahları rəsmən qadağan olunub.

Elmi araşdırmalar göstərir ki, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin üzə çıxma riski olduqca yüksəkdir. Məhz bu səbəbdən bir sıra ölkələrin qanunvericiliyində qohum nikahları ilə bağlı analoji qadağalar tətbiq edilir.

STATİNLƏR HAQQINDA 5 ƏN BÖYÜK MİFİnsanlar tez-tez soruşurlar: “Doktor, statin mənə zərər verməzmi?”Gəlin elmi həqiqətlər...
07/05/2026

STATİNLƏR HAQQINDA 5 ƏN BÖYÜK MİF

İnsanlar tez-tez soruşurlar: “Doktor, statin mənə zərər verməzmi?”

Gəlin elmi həqiqətlərə baxaq:

❌ MİF 1: “Statin qaraciyəri zədələyir”
✅ HƏQİQƏT: Ciddi qaraciyər zədələnməsi çox nadirdir < %0.001. Müntəzəm yoxlamalarla tam qarşısı alına bilər.

❌ MİF 2: “Statin əzələ ağrısına səbəb olur”
✅ HƏQİQƏT: Məhz statin qəbuluna bağlı real əzələ problemi yalnız xəstələrin 1–5%-də olur. Adətən dozanı azaltmaqla və ya başqa statinə keçməklə bu problem həll olunur.

❌ MİF 3: “Statin xərçəng yarada bilər”
✅ HƏQİQƏT: Yanlış! Hətta yeni böyük tədqiqatlar bunu inkar edib.

❌ MİF 4: “Bir dəfə başlasan, statini ömür boyu içəcəksən”
✅ HƏQİQƏT: Doğrudur — çünki xolesterinin orqanizmdə təbii istehsalı davam edir, genetik riskiniz də qalmaqdadır. Lakin statini dayandırsanız, ürək və beyin damarlarının tıxanması riski artmış olur.

❌ MİF 5: “Bitkisel dərmanlar statinləri əvəz edir”
✅ HƏQİQƏT: Heç bir bitkisel preparat p*s xolesterin olan LDL-i statin qədər azalda bilmir. Sarımsaq, qırmızı düyü, omega-3 yağları — xolesterini azaltmağa kömək edir, lakin effektivliyinə görə statinləri əvəz edə bilmir.

🫀 Vacib həqiqət: Statinlər 20 ildən çoxdur ki, istifadə edilir və təsirləri daim araşdırılır.
💊 Nəticə: Statinlər milyonlarla insanın həyatını qurtarıb.
💊 Məsələn, ABŞ-da yaşı 60+ olan hər iki adamdan biri statin qəbul edir.

⚠️ Lakin: Statin hər kəsə təyin edilmir. Qərar fərdi risklər nəzərə alınaraq verilməlidir.

Hipertoniya xəstəliyi niyə təhlükəlidir.🟥 SƏSSİZ QATİL — HİPERTONİYA🩺 Niyə “səssiz qatil” deyirlər?Çünki hipertoniya çox...
06/05/2026

Hipertoniya xəstəliyi niyə təhlükəlidir.
🟥 SƏSSİZ QATİL — HİPERTONİYA

🩺 Niyə “səssiz qatil” deyirlər?

Çünki hipertoniya çox vaxt simptomsuz olur — və insan hiss etmədən aylar və illər yüksək təzyiqlə yaşayır, sonra isə birdən:

❌ İnsult
❌ infarkt
❌ Böyrək çatışmazlığı
❌ Ürək çatışmazlığı
❌ Görmənin ciddi pozulması

✅ Normal təzyiq:

Address

Xan Şuşinski Küçəsi 12
Baku
AZ1007

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00

Telephone

+994124495150

Website

Alerts

Be the first to know and let us send you an email when Inter Diagnostic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Inter Diagnostic:

Share

Category