Endokrinolog Musayeva Gunel

Endokrinolog  Musayeva Gunel Bu səhifə endokrinoloji xəstəliklər haqqında maarifləndirmə məqsədilə açılmışdır.

47th Annual Meeting of the European Thyroid Association (ETA) / 5-8 Sentyabr/ Porto, Portugal 🇵🇹.
11/09/2026

47th Annual Meeting of the European Thyroid Association (ETA) / 5-8 Sentyabr/ Porto, Portugal 🇵🇹.

47th Annual Meeting of the European Thyroid Association (ETA) , 5-8 Sentyabr,Porto, 🇵🇹.
11/09/2026

47th Annual Meeting of the European Thyroid Association (ETA) , 5-8 Sentyabr,Porto, 🇵🇹.

20.06.2026  təşkilatçılığı ilə Yeni Klinikada “Dünya Qalxanabənzər vəz gününə” həsr olunmuş konfrans keçirildi. Konfrans...
22/06/2026

20.06.2026 təşkilatçılığı ilə Yeni Klinikada “Dünya Qalxanabənzər vəz gününə” həsr olunmuş konfrans keçirildi. Konfransda tiroid camiasında dünyaca tanınan Prof.Seyfettin İlgan və Prof. Dr. Alptekin Gürsoyun da iştirakı elmi-praktiki cəhətdən xüsusilə önəmli idi. Bu möhtəşəm konfransda mənim də öz növbəmdə “Tiroid hormonları və ürək:kardiometabolik risklərin görünməyən tərəfi” adlı təqdimatım oldu. Həm məsuliyyətli, həm də qürurverici idi. 🫶🏻🙂

🎾 Alexander Zverev – Əsl çempionluq yalnız kubok qazanmaq deyil🏆Bəzən insanlar çempionluğu yalnız qaldırılan kubokla ölç...
09/06/2026

🎾 Alexander Zverev – Əsl çempionluq yalnız kubok qazanmaq deyil🏆

Bəzən insanlar çempionluğu yalnız qaldırılan kubokla ölçürlər. Amma əsl çempionluq görünməyən mübarizələri də qazanmaqdır. Alexander Zverev 4 yaşından şəkərli diabet tip1 diaqnozu ilə yaşayır. Uşaq yaşlarından bu xəstəliklə mübarizə aparsa da, heç vaxt arzularından vaz keçmədi. Hər məşqdə, hər oyunda yalnız rəqiblərinə deyil, eyni zamanda diabetin gətirdiyi çətinliklərə də qalib gəlməli oldu.

Nəhayət, illərlə davam edən əzmkarlığın mükafatı gəldi – Zverev ilk Böyük Dəbilqə (Grand Slam) titulunu qazanaraq dünya tennis tarixində öz adını yazdırdı. Bu qələbə sadəcə bir turnirin qalibiyyəti deyil, bütün diabetli insanlar üçün böyük bir ümid mesajıdır: Xəstəlik arzuların qarşısını ala bilməz.

29 yaşlı, 1.98 m boyu olan Alexander Zverev sübut etdi ki, insanı güclü edən maneələrin olmaması deyil, onlara baxmayaraq irəliləməsidir.

2026-cı ilin mart ayında FDA həftədə bir dəfə vurulan ilk bazal insulini təsdiqləyib. Dərmanın adı Awiqli (insulin icode...
03/06/2026

2026-cı ilin mart ayında FDA həftədə bir dəfə vurulan ilk bazal insulini təsdiqləyib. Dərmanın adı Awiqli (insulin icodec). Bu preparat tip 2 diabetli böyüklərdə qan şəkərinin nəzarəti üçün istifadə olunur və gündəlik bazal insulin inyeksiyalarını həftədə bir inyeksiya ilə əvəz edə bilir. ‼️Tip 1 diabeti olan şəxslərdə təsdiq olunmayıb.

FreeStyle Libre Duo diabetli şəxslər üçün hazırlanmış innovativ sensor sistemidir. Bu cihaz həm qlükoza (qan şəkəri), hə...
03/06/2026

FreeStyle Libre Duo diabetli şəxslər üçün hazırlanmış innovativ sensor sistemidir. Bu cihaz həm qlükoza (qan şəkəri), həm də keton səviyyələrini davamlı izləməyə imkan verir.

✨ Üstünlükləri:
🔹 Qlükoza və keton monitorinqi bir cihazda
🔹 Ketoasidoz riskinin daha erkən aşkarlanmasına kömək edir
🔹 Gecə və gün ərzində davamlı məlumat təqdim edir
🔹 Xəstənin vəziyyətindəki dəyişiklikləri daha tez görməyə imkan verir
🔹 Daha məlumatlı və təhlükəsiz müalicə qərarlarını dəstəkləyir

❗ Niyə vacibdir?
Yüksək keton səviyyələri diabetik ketoasidozun (DKA) əlaməti ola bilər. DKA təcili tibbi müdaxilə tələb edən ciddi vəziyyətdir. Qlükoza ilə yanaşı ketonların da davamlı izlənməsi risklərin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər.

2026-cı ilin may ayında ABŞ FDA-sı inhalyasiya olunan sürətli təsirli insulin olan Afrezza preparatını 6 yaş və daha böy...
03/06/2026

2026-cı ilin may ayında ABŞ FDA-sı inhalyasiya olunan sürətli təsirli insulin olan Afrezza preparatını 6 yaş və daha böyük uşaqlarda istifadə üçün təsdiqləyib. Bu təsdiq həm 1-ci tip, həm də 2-ci tip diabetli uşaqları əhatə edir. ‼️Vacib məqamlar:

* Yeməyə başlayarkən inhalyator vasitəsilə qəbul edilir.
* 1-ci tip diabetdə uzunmüddətli (bazal) insulinlə birlikdə istifadə olunmalıdır.
* Astma və ya KOAH kimi xroniki ağciyər xəstəlikləri olanlarda istifadə olunmur.
* Müalicəyə başlamazdan əvvəl və sonradan mütəmadi olaraq ağciyər funksiyası (spirometriya) yoxlanmalıdır.

02.05.2026 Gəncə şəhərində keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin regional iclasına dəvət etdiklərinə görə təşək...
04/05/2026

02.05.2026 Gəncə şəhərində keçirilən Azərbaycan Kardiologiya Cəmiyyətinin regional iclasına dəvət etdiklərinə görə təşəkkür edirəm❤️ .2009

40th International Society of Gynecological Endocrinology (ISGE) Annual Congress, March 4–6, 2026, Rome, Italy✨
28/03/2026

40th International Society of Gynecological Endocrinology (ISGE) Annual Congress, March 4–6, 2026, Rome, Italy✨

March 2026/Rome, Italy🇮🇹.
28/03/2026

March 2026/Rome, Italy🇮🇹.

Address

Üzeyir Hacıbəyli 112, Səbail
Baku
AZ1010

Telephone

+994557684447

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinolog Musayeva Gunel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Endokrinolog Musayeva Gunel:

Shortcuts

Share