Uşaq Bərpa Mərkəzi

Uşaq Bərpa Mərkəzi Mərkəz uşaq və yeniyetmələrə reabilitasiya xidmətləri göstərir.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzində 1 ayından 18 yaşa kimi olan uşaq və yeniyetmələrə reabilitasiya xidmətləri göstərilir.

📍Mərkəzdə aşağıdakı xəstəliklər müalicə olunur:
- Lor orqanları xəstəlikləri
- Allergik xəstəliklər
- Tənəffüs yollarının xəstəlikləri
- Sinir sisteminin xəstəlikləri
- Dayaq-hərəkət sisteminin xəstəlikləri
- Revmatik xəstəliklər
- Mədə-ba

ğırsaq orqanlarının xəstəlikləri
- Psixoloji narahatlıqlarla müşahidə olunan xəstəliklər
- Nitq qüsurları ilə müşahidə olunan xəstəliklər

📍 Mərkəzdə aşağıdakı mütəxəssislər fəaliyyət göstərir:
- Pediatr
- Nevropatoloq
- Fizioterapevt
- Kardioloq
- Stomatoloq
- Lor həkimi
- Oftalmoloq
- Allerqoloq
- Ultrasəs həkimi
- Müalicəvi bədən tərbiyəsi həkimi
- Klinik laboratoriya
- Loqoped
- Psixoloq

01/06/2026
Hər bir uşaq xoşbəxt böyüməyə, sevgi və qayğı görməyə laiqdir. Bayramınız mübarək əziz uşaqlar✨
01/06/2026

Hər bir uşaq xoşbəxt böyüməyə, sevgi və qayğı görməyə laiqdir. Bayramınız mübarək əziz uşaqlar✨

Qurban Bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.Bu müqəddəs bayramın ailələrinizə sağlamlıq, rifah, bə...
27/05/2026

Qurban Bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.

Bu müqəddəs bayramın ailələrinizə sağlamlıq, rifah, bərəkət və mənəvi rahatlıq gətirməsini arzulayırıq. Allah edilən duaları və kəsilən qurbanları qəbul etsin.

Qurban Bayramınız mübarək olsun!

25.05.2026-cı il tarixində Respublika Pediatriya Mərkəzi PHŞ-nin Uşaq Bərpa Mərkəzində Ümumdünya Xəstə Təhlükəsizliyi Gü...
26/05/2026

25.05.2026-cı il tarixində Respublika Pediatriya Mərkəzi PHŞ-nin Uşaq Bərpa Mərkəzində Ümumdünya Xəstə Təhlükəsizliyi Günü ilə əlaqədar təlim keçirilmişdir.

Təlim zamanı xəstə təhlükəsizliyinin əhəmiyyəti, təhlükəsiz tibbi xidmətin təşkili və pasiyent məmnuniyyətinin artırılması istiqamətində maarifləndirici məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.E.Rəhimov 2001-2003-cü illər...
20/05/2026

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.

E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.

2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.

2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqəda...
10/05/2026

Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar TƏBİB-in kollektivi Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Respublika Pediatriya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir ...
10/05/2026

Respublika Pediatriya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Respublika Pediatriya Mərkəzinin rəhbər heyəti, tabeli tibb müəssisələrinin baş həkimləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, səhiyyə sisteminin inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində göstərdiyi xidmətlərdən bəhs olunub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa film nümayiş etdirilib, onunla bağlı xatirələr bölüşülüb.

09/05/2026

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzində uşaqların erkən inkişafı və inkişaf çətinlikləri mövzusunda təqdi...
08/05/2026

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzində uşaqların erkən inkişafı və inkişaf çətinlikləri mövzusunda təqdimat keçirilib. Təqdimatda erkən inkişaf dövrünün əhəmiyyəti, uşağın inkişafına təsir edən risk və qoruyucu faktorlar, inkişaf çətinliklərinin yayılma tezliyi, erkən aşkarlanma, qarşısının alınması və erkən müdaxilənin vacibliyi haqqında ətraflı məlumat verilib.

05/05/2026

Address

Bakı10, Mirəli Qaşqay 84
Baku
3701

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+99412 4401631

Website

Alerts

Be the first to know and let us send you an email when Uşaq Bərpa Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uşaq Bərpa Mərkəzi:

Shortcuts

Share

Category