17/06/2026
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü 🧡
Hər gün insan sağlamlığını və həyatını ön planda tutaraq böyük məsuliyyətlə çalışan bütün tibb işçilərinə dərin təşəkkürümüzü bildiririk.
Həkimlər, tibb bacıları, laborantlar, təcili yardım əməkdaşları və səhiyyə sisteminin ayrılmaz hissəsi olan bütün peşəkarlar öz bilikləri, zəhmətləri və qayğıları ilə cəmiyyətə dəyər qatırlar.
Bu əlamətdar gündə səhiyyə sahəsində çalışan hər kəsə möhkəm can sağlığı, peşə fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü mübarək!