Cərrah Proktoloq.Endoskopist Anar Əliyev

Cərrah Proktoloq.Endoskopist Anar Əliyev Anar Əliyev +994503110018
Proktoloq Cərrah Endoskopist. T.E.N

Yoğun bağırsaq polipləri. Poliplər səssiz inkişaf edə bilərYoğun bağırsaq polipləri çox vaxt heç bir şikayət yaratmır və...
08/08/2026

Yoğun bağırsaq polipləri.
Poliplər səssiz inkişaf edə bilər

Yoğun bağırsaq polipləri çox vaxt heç bir şikayət yaratmır və yalnız kolonoskopiya zamanı aşkarlanır.
Yoğun bağırsaq poliplərinin müxtəlif növləri mövcuddur. Onların hamısı xərçəngə çevrilmir, lakin bəzi polip növləri zaman keçdikcə bədxassəli dəyişiklik göstərə bildiyi üçün erkən aşkarlanması xüsusi əhəmiyyət daşıyır.

Risk faktorları:
✔️ 45 yaşdan yuxarı olmaq
✔️ Ailədə bağırsaq xərçəngi
✔️ Piylənmə
✔️ Siqaret və qeyri-sağlam qidalanma

Kolonoskopiya poliplərin erkən aşkarlanması və eyni zamanda götürülməsi üçün ən effektiv üsuldur.

Konsultasiya üçün:
📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital



07/08/2026

📍 Etimad məsafə tanımır.

Bu gün qəbulumda Almaniyadan gələn pasiyentimizi müayinə etdik. O, mədə problemləri ilə bağlı müraciət edərək, mənə güvəndiyi və qəbul üçün uzun müddət gözləmək istəmədiyi üçün Azərbaycana gəldiyini bildirdi.

Pasiyentlərimizin etimadı bizim üçün ən böyük məsuliyyətdir. Hər bir müraciətə dəqiq diaqnoz, fərdi yanaşma və peşəkar müalicə prinsipi ilə yanaşmağa davam edirik.
Konsultasiya üçün:

📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital

A**l fistulaA**l fistula öz-özünə sağalmırA**l fistula a**s ətrafında yaranan iltihabın dəriyə açdığı anormal ka**ldır. ...
06/08/2026

A**l fistula

A**l fistula öz-özünə sağalmır

A**l fistula a**s ətrafında yaranan iltihabın dəriyə açdığı anormal ka**ldır. Ən çox a**l absesdən sonra inkişaf edir.

Əlamətləri:
✔️ Davamlı irinli ifrazat
✔️ Təkrarlayan şişkinlik
✔️ Ağrı və narahatlıq
✔️ Paltarın tez-tez çirklənməsi

Fistulanın yalnız dərmanla tam sağalması mümkün deyil. Müalicə üsulu fistulanın yerləşməsinə və mürəkkəbliyinə uyğun olaraq cərrahi şəkildə müəyyən edilir.

☝🏻Unutmayın ki, fistulanın xarici dəliyi bəzən bağlanıb sonra yenidən açıla bilər. Bu isə problemin sağaldığı anlamına gəlmir. Əksinə, iltihab daxildə davam edə bilər və xəstəlik zamanla daha mürəkkəb hala gələ bilər.

Erkən diaqnostika a**l sfinkterin qorunması və uğurlu nəticə üçün böyük əhəmiyyət daşıyır.

Konsultasiya üçün:
📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital

**lFistula

05/08/2026

🩺Son illərdə mədə-bağırsaq xəstəliklərinin artmasının əsas səbəblərindən biri qidalanma vərdişlərimizin dəyişməsidir.

💙Hazır qidalar, həddindən artıq yağlı və şəkərli məhsullar, fast-food, qazlı içkilər və nizamsız qidalanma mədə və bağırsaq sisteminə ciddi yük yaradır.

Bunun nəticəsində qastrit, reflüks, qəbizlik, yoğun bağırsaq problemləri və digər həzm sistemi xəstəlikləri daha tez-tez rast gəlinir.

Sağlam bağırsaq sağlam həyat deməkdir. Təzə və lifli qidalar qəbul etmək, kifayət qədər su içmək və qidalanma rejiminə əməl etmək bir çox mədə-bağırsaq xəstəliklərinin qarşısını almağa kömək edir.

Əgər uzun müddət davam edən qarın ağrısı, köp, qəbizlik, ishal və ya nəcisdə qan kimi əlamətlər varsa, mütləq həkim müayinəsindən keçin. Erkən diaqnoz hər zaman daha uğurlu müalicə deməkdir.

Konsultasiya üçün:

📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital





A**l absesi gecikdirməyinA**l abses a**s ətrafında irin toplanması nəticəsində yaranan kəskin iltihabdır.A**l abseslərin...
04/08/2026

A**l absesi gecikdirməyin

A**l abses a**s ətrafında irin toplanması nəticəsində yaranan kəskin iltihabdır.A**l abseslərin əksəriyyəti a**s daxilində yerləşən kiçik vəzilərin infeksiyalaşması nəticəsində yaranır. İrin toplandıqca toxumalarda təzyiq artır və bu da xəstələrin hiss etdiyi güclü, döyünən ağrının əsas səbəbi olur.

Əsas əlamətlər:
🔹 Güclü döyünən ağrı
🔹 Şişkinlik
🔹 Qızartı
🔹 Hərarət

Abses partlasa belə, problem tam həll olunmuş hesab edilmir. Çünki sonradan a**l fistula inkişaf edə bilər.

Vaxtında müayinə və düzgün cərrahi müdaxilə həm ağrını azaldır, həm də ağırlaşmaların qarşısını alır.

Konsultasiya üçün:
📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital

**lAbses

Divertikulyoz və divertikulit – fərq nədir?Bu iki termin tez-tez qarışdırılır. Halbuki onların mənası və yanaşması fərql...
01/08/2026

Divertikulyoz və divertikulit – fərq nədir?

Bu iki termin tez-tez qarışdırılır. Halbuki onların mənası və yanaşması fərqlidir.

🩺Divertikulyoz – yoğun bağırsaq divarında kiçik kisəciklərin (divertikulların) əmələ gəlməsidir. Bir çox insanda heç bir şikayət yaratmadan təsadüfən aşkarlanır.

🩺Divertikulit isə həmin divertikulların iltihablaşmasıdır və artıq müalicə tələb edən vəziyyətdir.

Divertikulit zamanı aşağıdakı əlamətlər yarana bilər:

✔ Sol aşağı qarın nahiyəsində ağrı
✔ Qızdırma
✔ Qəbizlik və ya ishal
✔ Ümumi halsızlıq

Diaqnoz həkim müayinəsi, laborator a**lizlər və lazım gəldikdə qarın boşluğunun kontrastlı kompüter tomoqrafiyası (KT) ilə dəqiqləşdirilir. Müalicə xəstəliyin ağırlıq dərəcəsinə uyğun planlaşdırılır. Bəzi hallarda dərman müalicəsi kifayət etsə də, ağırlaşmış vəziyyətlərdə cərrahi müdaxilə lazım ola bilər.

☝🏻Vaxtında müraciət etmək mümkün ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

Konsultasiya üçün:

📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital



31/07/2026

"9 ilə yaxın bu problemlərlə yaşadım..."

Pasiyentimizin sözlərinə görə, uzun illər hemoroid, a**l fistul və a**l çat səbəbindən əziyyət çəkib. Daha əvvəl keçirdiyi 4 əməliyyat səbəbindən növbəti cərrahi müdaxilə ilə bağlı tərəddüd edirdi.

Bu gün isə əməliyyatdan 1 həftə sonra özünü yaxşı hiss etdiyini və əməliyyatdan sonrakı dövrdə ağrıkəsici istifadəsinə ehtiyac duymadığını bildirir.

🔎 Hər pasiyentin xəstəliyi və sağalma prosesi fərqlidir. Müalicə üsulu və nəticələr xəstəliyin mərhələsindən, yanaşı problemlərdən və fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.

📌 Proktoloji problemləri illərlə təxirə salmayın. Vaxtında müraciət həm müalicəni asanlaşdıra, həm də mümkün ağırlaşmaların qarşısını almağa kömək edə bilər.

Konsultasiya üçün:

📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital



**lFistul

Babasil yoxsa a**l çat? Fərqi nədir?A**l nahiyədə ağrı və qanaxma hər zaman babasil demək deyil. Bu şikayətlər a**l çat ...
30/07/2026

Babasil yoxsa a**l çat? Fərqi nədir?

A**l nahiyədə ağrı və qanaxma hər zaman babasil demək deyil. Bu şikayətlər a**l çat zamanı da müşahidə oluna bilər. Düzgün diaqnoz isə düzgün müalicənin əsas şərtidir.

🩺Babasil (Hemoroid)

• A**l nahiyədə şişkinlik və düyünlər
• Qanaxma adətən ağrısız olur
• Qaşınma və narahatlıq hissi yarana bilər

🩺A**l çat

• Defekasiya zamanı kəskin, bıçaqvari ağrı
• Ağrı defekasiyadan sonra da davam edə bilər
• Az miqdarda parlaq qırmızı qan müşahidə oluna bilər

Bu iki xəstəlik oxşar əlamətlər versə də, müalicə üsulları fərqlidir. Özbaşına dərman istifadəsi problemi uzada və xəstəliyin gedişini ağırlaşdıra bilər.

☝🏻Şikayətləriniz davam edirsə, mütləq cərrah-proktoloq müayinəsindən keçin.

Konsultasiya üçün:

📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital


**lÇat

29/07/2026

🍉 Meyvə və tərəvəzlər sağlam qidalanmanın vacib hissəsidir. Lakin normadan artıq nitrat və digər kimyəvi qalıqlar olan məhsullar sağlamlıq üçün risk yarada bilər.

🔎 Belə hallarda qarın ağrısı, ishal, ürəkbulanma, qusma və həzm pozğunluğu kimi əlamətlər müşahidə oluna bilər. Bu təsirlər xüsusilə uşaqlarda daha ağır keçə bilər.

✅ Meyvə və tərəvəz seçərkən mövsümi məhsullara üstünlük verin, iri ölçülü və şübhəli görünüşlü məhsullardan ehtiyatlı olun. İstifadədən əvvəl onları yaxşı yuyun və zədələnmiş və ya rəngi dəyişmiş hissələri kəsərək istifadə edin.

📌 Qida qəbulundan sonra davamlı qusma, ishal və ya ümumi vəziyyətin pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət edin.

Konsultasiya üçün:
📲 +994503110018 (WhatsApp aktivdir)
🩺 PhD. Dr. Anar Əliyev
Ümumi cərrah. Cərrah-proktoloq və Endoskopist
📍HTC Cliniva Hospital



Address

HTC Cliniva Hospital
Baku

Alerts

Be the first to know and let us send you an email when Cərrah Proktoloq.Endoskopist Anar Əliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cərrah Proktoloq.Endoskopist Anar Əliyev:

Shortcuts

Share

Category