Nefroloq Dr. Barat Yusubov

Nefroloq Dr. Barat Yusubov Məqsədimiz pasiyentlərimizi marifləndirməkdir

350-yə yaxın yerli və xarici həkim-mütəxəssislərin qatıldığı Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 1-ci Milli Konqres...
04/03/2025

350-yə yaxın yerli və xarici həkim-mütəxəssislərin qatıldığı Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin 1-ci Milli Konqresini həyata keçirmək qismət oldu.

Biz ölkə səhiyyəsinə böyük töhfələr vermək uğruna bir yola çıxdıq.

Dəyərli kolleqam, Avropa Daxili Xəstəliklər Cəmiyyətinin prezidenti Rikardo Qomez Huelqas şəxsən tədbirimizə qatıldı. Bu həm mənim, həm də ölkəm adına böyük uğurdur.

Azərbaycan Daxili Xəstəliklər Dərnəyi yarandığı gündən xüsusi diqqət göstərən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov başda olmaqla dərnəyin fəaliyyətində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Daxili Xəstəliklər Jurnalı və Azərbaycan Nefrologiya Dializ&Transplantasiya jurnalı elmi (orijinal) məqalə, icmal, klini...
13/12/2024

Daxili Xəstəliklər Jurnalı və Azərbaycan Nefrologiya Dializ&Transplantasiya jurnalı elmi (orijinal) məqalə, icmal, kliniki hallar, qısa məruzələr, klinik protokol və tənqidi bildirişlərin müsabiqəsini elan edir.

Məqalələrinizi 20 yanvar 2025-ci il tarixinədək www.cabinet.ajanc.az portalından qeydiyyatdan keçərək elektron formatda və ya [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Hər iki jurnalın elan etdiyi müsabiqədə iştirak edən şəxslər arasından ayrı-ayrılıqda 1 qalib seçilib, ən yaxşı elmi məqalə müəllifləri olaraq dərnək tərəfindən 500 manat məbləğində mükafatlandırılacaqlar.

Əlavə məlumat üçün +994 50 243 86 71 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Keçən həftə münsif kimi qatıldığım Tələbə Elmi Cəmiyyətin toplantısının sonunda aldığım təşəkkür sertifikatı.Bu toplantı...
09/04/2023

Keçən həftə münsif kimi qatıldığım Tələbə Elmi Cəmiyyətin toplantısının sonunda aldığım təşəkkür sertifikatı.
Bu toplantı mənim üçün sadəcə bu xatirə şəkli ilə bitmədi.
Birincisi, bir ömür boyu azalmayan zövq aldım
İkincisi, Azərbaycanlı tələbənin nə qədər zəki və çalışqan olduğunu gördüm
Üçüncüsü, ATU bizim oxuduğumuz dövürdən çox dəyişib (oxumaq, öyrənmək və yetişmək üçün çox işlər görülüb)

Tətilləri çox sevmirəm, mənə görə deyil.Tək pozitiv tərəfləri ailənlə daha çox vaxt keçirirsən və kitab oxumağa yətərli ...
19/03/2023

Tətilləri çox sevmirəm, mənə görə deyil.
Tək pozitiv tərəfləri ailənlə daha çox vaxt keçirirsən və kitab oxumağa yətərli vaxtın olr.

Həftəsonu I Lənkəran Kitab Sərgisində iştirak etdim. Sərginin sonuncu günü idi. Biz içəri daxil olanda böyük bir izdiham...
16/03/2023

Həftəsonu I Lənkəran Kitab Sərgisində iştirak etdim.

Sərginin sonuncu günü idi. Biz içəri daxil olanda böyük bir izdihamla qarşılaşdıq. Yazıçı Rövşən Abdullaoğlunun çıxışında qonaq qismində iştirak etdim. Oxucuların kitablardakı müxtəlif məqamlarla bağlı düşüncələrini ifadə etmələri, verdikləri suallar çox xoşuma gəldi. Gənclərimizin analitik düşüncəsi, həyata baxış fəlsəfəsi qürurvericidir. Mütaliə, faydalı, düşündürücü kitablara rəğbət bu fəlsəfənin ayrılmaz hissəsidir.

Düzü, ilk dəfə idi belə bir tədbirdə həm də çıxışçı kimi iştirak edirdim. Mütaliəni öz məsləyimin prizmasından dəyərləndirdim. Oxu prosesinin fiziki inkişafımızda roluna toxundum, son elmi təcrübələrdən örnəklər verdim. Bir həkimin necə formalaşdığından, gənclərin uğurlu bir mütəxəssis olmaq üçün nə və nə qədər oxumalı olduqlarından danışdım.

Tədbir sonunda naşirlərlə görüşdük, kitabçılığın inkişafını müzakirə etdik. Ümumi gözləntiləri çox yüksəkdir, bu sektorda sürətli inkişaf olacağına ümidlidirlər.

Lənkərandan çox xoş təəssüratlarla ayrıldıq.

Sərginin bütün iştirakçılarına, təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Növbəti sərgilərdə görüşmək diləyi ilə.

🌺 Əziz Analar, Bacılar, Həyat yoldaşları, Qız övladları sizin xatırlanmaq, sevilmək, dəyərli olmaq gününüz İLİN BİR GÜNÜ...
08/03/2023

🌺 Əziz Analar, Bacılar, Həyat yoldaşları, Qız övladları sizin xatırlanmaq, sevilmək, dəyərli olmaq gününüz İLİN BİR GÜNÜ deyil, hər günüdür
Çox Dəyərlisiniz🎁
Bunu Unutmayaq, Xanımlara hər zaman hiss etdirək❣️

Mart ayının 12-si Lənkərandayıq. Bu dəfə fərqli bir tədbirdə çıxışım olacaq. Belə bir təklifə yox deyə bilməzdim. Düşünü...
06/03/2023

Mart ayının 12-si Lənkərandayıq.

Bu dəfə fərqli bir tədbirdə çıxışım olacaq. Belə bir təklifə yox deyə bilməzdim. Düşünürəm ki, bu mövzu yalnız naşirlərin deyil, bütün cəmiyyətin daim diqqət mərkəzində olmalıdır.

Əziz dostlar, Lənkəranda keçiriləcək birinci kitab sərgisində "Həkimlər nə oxuyur? Həkimin kitab rəfi" mövzusunda maraqlı bir çıxışım olacaq.

Üç gün (10-12 mart tarixlərində) davam edəcək sərginin çox geniş proqramı var. Şəhərimizin əksər nəşriyyatları sərgidə iştirak edəcəklər. Qonaqları böyük endirimlər, maraqlı təqdimatlar, balacaları rəngarəng programlar, nağıl saatları, sevimli yazıçıları ilə görüşlər, bir-birindən maraqlı viktorinalar gözləyir.

Bütün cənub bölgəsi sakinlərini, həftəsonunu fərqli, maraqlı, yaddaqalan keçirmək istəyən dostları bu gözəl tədbirə dəvət edirəm.

Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzi
Tədbir hər gün səhər saatlarından axşama qədər davam edəcək.

🔴BÖYRƏK DAŞINIZ VARMI❓❓❓O ZAMAN, BU ⬇️⬇️⬇️ QİDALANMA MƏSLƏHƏTLƏRİ SİZİN ÜÇÜNDÜR✔️❌Çərəz, ispanaq, və kakao istifadəsini ...
06/03/2023

🔴BÖYRƏK DAŞINIZ VARMI❓❓❓O ZAMAN, BU ⬇️⬇️⬇️ QİDALANMA MƏSLƏHƏTLƏRİ SİZİN ÜÇÜNDÜR✔️

❌Çərəz, ispanaq, və kakao istifadəsini azaltmaq lazımdır. Oksalat maddəsi, demək olar ki hər qidanın tərkibində var. Amma bəzi qidalarda daha çoxdur, buna görə də çərəzi, çay, qəhvə, ispanaq, kakao, çiyələk kimi qidaların qəbulunda diqqətli olun, daha az istifadə etməyə çalışın.

🥩🍖🍗Daşlar proteini sevir, amma həddini aşmadan.

Heyvansal protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Misal olaraq : Bir yemək qəbulu zamanı heyvansal protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin.

💧Böyrəklərinizi su ilə bəsləyin.💦

Sidik vasitəsi ilə orta hesabda 50 maddə süzülərək orqanizmdən atılır. Kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul edin. Amma hər bir insan gündəlik su içərkən sidiyə çıxmağını nəzarətdə saxlamalıdır. Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yaratdığı hiss edirsinizsə, su miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz. Normal su qəbulu və ifrazatı zamanı sidik iysiz və rəngsiz olmalıdır.

01/03/2023

✨YENİ HƏYATIN BAŞLANĞICI-BÖYRƏK TRANSPLANTASİYASI✨

başlanğıc stadiya da olan vəya dializ müalicəsi alan pasientlər dört əllə nəqlinə bağlanmalıdırlar. Hal-hazırda böyrək nəqli son dərəcə müvəffəqiyyətlə aparılır və böyrək çatışmamazlığı olan pasientin uzun və sağlam yaşamasını təmin edən bir yöntəmidir. Xəstələr arasında səhv bir düşüncə var " mən böyrək nəqli üçün uyğun olmaya bilərəm". Əgər pasientdə kardioloji əməliyyata dözə bilməyəcək qədər cidii ürək-damar problemi və ya xərçəng xəstəliyi yoxdursa o zaman böyrək nəqlinə uyğundur. və kimi xəstəlikləri olan pasientlərin mikrobik durumu aktiv deyilsə ola bilərlər.
Sizə böyrək vermək istəyən bir qohumunuz varsa, canlı böyrək nəqli,imkanı yoxdursa, donor nəqli ilə əməliyyat olma şansını nəzərdən keçirin.

Unutmadıq
26/02/2023

Unutmadıq

  Səhiyyə TV-də ölkənin bir qrup nüfuzlu tibbi assosiasiya rəhbərləri ilə görüş keçirilib.Görüşdə tibb yönümlü ictimai t...
24/02/2023


Səhiyyə TV-də ölkənin bir qrup nüfuzlu tibbi assosiasiya rəhbərləri ilə görüş keçirilib.
Görüşdə tibb yönümlü ictimai təşkilatların gələcək fəaliyyətinin koordinasiyası, tibbi assosiasiya və pasiyent təşkilatlarının vahid platformalarda iştirakı, “Heydər Əliyev İli” tədbriləri çərçivəsində konfransların təşkili təşəbbüsləri müzakirə mövzusu olub.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Nefroloq Dr. Barat Yusubov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category