Uşaq Kardioloqu Dr. Elnur İmanov

Uşaq Kardioloqu Dr. Elnur İmanov İnvaziv Uşaq Kardioloqu Dr. Elnur İmanov uşaqlarda anadangəlmə ürək qüsurlarının və qaza

📍 Gəncə sakinlərinin diqqətinə!23 avqust tarixində T.e.n. Dr. Elnur İmanov Referans Gəncə Tibb Mərkəzində qəbul keçirəcə...
07/08/2026

📍 Gəncə sakinlərinin diqqətinə!

23 avqust tarixində T.e.n. Dr. Elnur İmanov Referans Gəncə Tibb Mərkəzində qəbul keçirəcək.

Qəbul zamanı:
🫀 Uşaq ürək xəstəliklərinin müayinəsi
🤰 Ana bətnində dölün ürəyinin (Fetal Exokardioqrafiya) müayinəsi
🩺 Exokardioqrafiya (EXO)
📈 EKQ-nin çəkilməsi və qiymətləndirilməsi
❤️ Anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsi

Övladınızın ürək sağlamlığını etibarlı əllərə həvalə edin.

📞 Qeydiyyat və ətraflı məlumat üçün:
+994 50 647 41 29

Bu gün mənim adımdan yayılan, guya mənə məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı ictimaiyyətə müraciət edirəm.30 ...
04/08/2026

Bu gün mənim adımdan yayılan, guya mənə məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı ictimaiyyətə müraciət edirəm.

30 ildən artıqdır ki, uşaq kardioloqu kimi çalışıram. Bu müddət ərzində minlərlə uşağın müalicəsində iştirak etmiş, minlərlə ailənin etimadını qazanmışam. Mənim peşə fəaliyyətimi, insanlara və uşaqlara münasibətimi tanıyan hər kəs yayılan iddianın nə qədər absurd olduğunu çox yaxşı anlayır.

Bu gün texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək, cümlələri birləşdirmək və tamamilə saxta material hazırlamaq mümkündür. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Buna baxmayaraq, heç bir texniki ekspertiza aparılmadan, heç bir sübut təqdim olunmadan və mənim mövqeyim tam öyrənilmədən bu materialın ictimaiyyətə çıxarılması qəbuledilməzdir.

Burada media qurumlarına açıq suallarım var:

Bu səs yazısını sizə kim təqdim edib?

Özünü “şikayətçi” adlandıran həmin şəxsin həqiqətən mövcud olduğunu necə təsdiqləmisiniz?

Onun iddialarını hansı sənəd, video, ödəniş qəbzi, bank əməliyyatı və ya başqa faktla yoxlamısınız?

Səs yazısının montaj olunmadığını və ya süni intellekt vasitəsilə hazırlanmadığını hansı ekspertiza ilə müəyyən etmisiniz?

Mənimlə əlaqə saxlamadan, tam və aydın mövqeyimi almadan belə bir materialı dərc etməyə hansı peşəkar və etik əsasla qərar vermisiniz?

Təranə xanımın adı da bu məsələyə daxil edilir və “görəsən, onun xəbəri varmı?” kimi müəmmalı ifadələr işlədilir. Təranə xanım hazırda məzuniyyətdədir. Onun mövqeyi öyrənilibmi? Yoxsa adı sadəcə xəbəri daha qalmaqallı göstərmək üçün mətnə əlavə olunub?

Mənbənin anonim saxlanılması jurnalistikada mümkündür. Amma anonim mənbə hər cür əsassız iddianın arxasında gizlənmək üçün vasitəyə çevrilməməlidir. Media öz mənbəsinin kimliyini ictimaiyyətə açıqlamasa belə, onun real şəxs olduğunu, məlumatın həqiqiliyini və iddianın yoxlanıldığını özü dəqiqləşdirməlidir. Əks halda hər bir media orqanı istənilən səsi özü hazırlayıb “bizə şikayət daxil olub” adı ilə istənilən şəxsin nüfuzuna zərbə vura bilər.

👇👇👇

❤️ Ürək sağlamlığınızı qorumaq üçün düzgün qidalanma vacibdir.Qoz, badam, püstə, fındıq və pekan qozu faydalı yağlar və ...
16/07/2026

❤️ Ürək sağlamlığınızı qorumaq üçün düzgün qidalanma vacibdir.

Qoz, badam, püstə, fındıq və pekan qozu faydalı yağlar və antioksidantlarla ürək-damar sağlamlığını dəstəkləyə bilər. Unutmayın, əsas olan onları ölçülü şəkildə qəbul etməkdir.

👨‍⚕️ T.e.n. Dr. Elnur İmanov
❤️ Uşaq kardioloqu • ATU TTK

📞 +994 50 647 41 29
📞 +994 55 210 30 15

15/07/2026

Hamilə qadınlar diqqət! Bu dərmanlardan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Hamiləlik dövründə bəzi dərmanlar dölün inkişafına, o cümlədən ürək-damar sisteminin formalaşmasına mənfi təsir göstərə bilər. Buna görə hamiləlik zamanı heç bir dərmanı həkim məsləhəti olmadan qəbul etmək olmaz. Həm ana, həm də körpənin sağlamlığı üçün bütün müalicələr mütəxəssis nəzarəti altında aparılmalıdır.

T.e.n. Dr. Elnur İmanov
Uşaq kardioloqu
ATU TTK

Əlaqə üçün:
📞 +99450 647 41 29
📞 +99455 210 30 15

14/07/2026

❓ Ola bilər, ola bilməz? – Ürəklə bağlı doğru bildiklərinizi yoxlayın! ❤️

Bu rubrikada ürək sağlamlığı ilə bağlı ən çox verilən sualları elmi əsaslarla cavablandırırıq.

👨‍⚕️ T.e.n. Dr. Elnur İmanov
❤️ Uşaq kardioloqu • ATU TTK

📞 +994 50 647 41 29
📞 +994 55 210 30 15

13/07/2026

Marfan sindromu olan şəxslərdə ürəklə bağlı ən böyük risk nədir?

Marfan sindromunda ən ciddi ürək-damar riski aortanın (ürəkdən çıxan əsas damar) genişlənməsi və cırılmasıdır. Bundan əlavə, ürək qapaqlarında problemlər də müşahidə oluna bilər. Bu səbəbdən Marfan sindromu olan şəxslərin mütəmadi kardioloji müayinədən keçməsi və həkim nəzarətində olması həyati əhəmiyyət daşıyır.

T.e.n. Dr. Elnur İmanov
Uşaq kardioloqu
ATU TTK

Əlaqə üçün:
📞 +99450 647 41 29
📞 +99455 210 30 15

11/07/2026

10/07/2026

Bu amillər dölün inkişaf pozğunluğuna səbəb ola bilər.

Hamiləlik dövründə bəzi risk faktorları dölün normal inkişafına mənfi təsir göstərə bilər. Buna görə sağlam həyat tərzi, müntəzəm həkim nəzarəti və vaxtında aparılan müayinələr həm ananın, həm də körpənin sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

T.e.n. Dr. Elnur İmanov
Uşaq kardioloqu
ATU TTK

Əlaqə üçün:
📞 +99450 647 41 29
📞 +99455 210 30 15

09/07/2026

Uşaqlarda eşidilən hər ürək küyü əməliyyat tələb etmir. Bir çox küy fizioloji (zərərsiz) olur və müalicəyə ehtiyac olmur. Əsas məsələ küyün səbəbini exokardioqrafiya və kardioloji müayinə ilə dəqiqləşdirməkdir. Vaxtında müayinə düzgün qərarın verilməsi üçün vacibdir.

T.e.n. Dr. Elnur İmanovUşaq kardioloquATU TTK

Əlaqə üçün:📞 +99450 647 41 29📞 +99455 210 30 15

08/07/2026

Nadir rast gəlinən genetik xəstəliklər ürəyin ölçüsünü böyüdə bilərmi?

Bəli, bəzi nadir genetik xəstəliklər ürək əzələsinin qalınlaşmasına və ya ürəyin ölçüsünün böyüməsinə səbəb ola bilər. Bu dəyişikliklər bəzən uzun müddət heç bir əlamət verməsə də, erkən diaqnoz və mütəmadi kardioloji nəzarət mümkün ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

T.e.n. Dr. Elnur İmanov
Uşaq kardioloqu
ATU TTK

Əlaqə üçün:
📞 +99450 647 41 29
📞 +99455 210 30 15

Address

Mərdanov Qardaşları Küç. 100
Baku

Alerts

Be the first to know and let us send you an email when Uşaq Kardioloqu Dr. Elnur İmanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uşaq Kardioloqu Dr. Elnur İmanov:

Shortcuts

Share