Shabnam Sadigova

Shabnam Sadigova • Psychotherapy
• S*x Therapy

www.shabnamsadigova.com Project:

https://www.instagram.com/sexophonetalks/

Nəticə etibarilə, uzunmüddətli münasibətdə inkişaf etmək müəyyən mənada yas prosesindən keçməyi tələb edir. Həqiqi yaxın...
22/07/2026

Nəticə etibarilə, uzunmüddətli münasibətdə inkişaf etmək müəyyən mənada yas prosesindən keçməyi tələb edir. Həqiqi yaxınlıq qura bilmək üçün hər iki tərəf münasibətin əvvəlində xəyal etdiyi “mükəmməl” partnerin itkisi ilə barışmalıdır. Onlar, eyni zamanda, qarşı tərəfin arzuladığı hər şey ola bilməyəcəkləri ilə bağlı ağrılı həqiqətlə də üzləşməlidirlər.

Qarşılıqlı məhdudiyyətlərin bu şəkildə qəbul edilməsi uğursuzluğun göstəricisi deyil; əksinə, həqiqi sevginin ilkin şərtidir. Cütlük “ideal”dan vaz keçməklə “real” olana yer açır və ortaq bir çılğınlıqdan qarşılıqlı anlayışa əsaslanan, çətinliklərə davamlı münasibətə doğru irəliləyir.

İdealizasiyadan həqiqətə: Cütlüklərin şüurxarici dinamikası Münasibətlərdə idealizasiya və reallıq Cütlüklər münasibətlərə adətən müəyyən dərəcədə idealizasiya ilə, yəni partnerin yalnız müsbət keyfiyyətlərinə fokuslanaraq başlayırlar. Bu, mütləq şəkild....

Cinsi çətinlikləri həmişə yalnız bir peşə sahəsinin çərçivəsində izah etmək mümkün olmur.Ereksiya ilə bağlı problem ürək...
14/07/2026

Cinsi çətinlikləri həmişə yalnız bir peşə sahəsinin çərçivəsində izah etmək mümkün olmur.
Ereksiya ilə bağlı problem ürək-damar sağlamlığı, hormonal amillər, dərman istifadəsi, psixoloji gərginlik və münasibət kontekstinin birlikdə nəzərdən keçirilməsini tələb edə bilər. Cinsi birlikdəlik zamanı yaranan ağrı isə ginekoloji amillər, çanaq dibi əzələlərinin funksiyası, ağrı mexanizmləri, eləcə də insanın emosional və seksual təcrübəsi ilə əlaqəli ola bilər.
Bu, hər pasiyentin mütləq bir neçə mütəxəssisə müraciət etməli olduğu demək deyil. Əsas məsələ tək bir baxışın məhdudiyyətlərini görmək və yönləndirmə və ya mütəxəssislərarası əməkdaşlığın hansı hallarda klinik baxımdan zəruri olduğunu müəyyən etməkdir.
Psixoterapiya, seksual tibb və reproduktiv psixi sağlamlıq sahələrindəki iş təcrübəm mənə bu yanaşmanın əhəmiyyətini dəfələrlə göstərib. Məqsəd bədəni, psixikanı və münasibəti ayrı-ayrı sahələrə bölmək deyil. Məqsəd onların bir insanın həyatında bir-birinə necə təsir etdiyini anlamaqdır.

ADHD adətən diqqət çatışmazlığı, impulsivlik və hiperaktivliklə əlaqələndirilir. Lakin son illər tədqiqatlarda ADHD-nin ...
10/07/2026

ADHD adətən diqqət çatışmazlığı, impulsivlik və hiperaktivliklə əlaqələndirilir. Lakin son illər tədqiqatlarda ADHD-nin başqa bir aspektinə daha çox diqqət yetirilir: interosepsiya.

İnterosepsiya bədənin daxilindən gələn siqnalları hiss və qavrama qabiliyyətidir. Aclıq, susuzluq, yorğunluq, ağrı, əzələ gərginliyi, bədən temperaturu, toxluq hissi, ürək döyüntüsündəki dəyişikliklər və ya tualet ehtiyacı bu sistemin bir hissəsidir. Çox vaxt bu siqnallar arxa planda qalır və yalnız kifayət qədər gücləndikdə diqqətimizi cəlb edir.

Davamını oxumaq üçün:
https://shabnamsadigova.com/adhd

Bu şəkli universitetə (UAM) son dəfə gedərkən çəkdim. Həmin anı yadda saxlamaq istədim: bir mərhələnin tamamlandığını və...
30/06/2026

Bu şəkli universitetə (UAM) son dəfə gedərkən çəkdim. Həmin anı yadda saxlamaq istədim: bir mərhələnin tamamlandığını və uzun bir prosesin sona çatdığını hiss etdiyim anı.

Dilini bilmədiyim bir ölkədə həmin dildə Seks və Cüt Terapiyası üzrə ixtisaslaşma təhsili almaq, eyni zamanda yeni bir mədəniyyətə və sistemə uyğunlaşmaq mənim üçün həm akademik, həm də şəxsi inkişaf baxımından fərqli bir təcrübə oldu.

Psixoterapiya sözlə işləyən bir peşədir. Buna görə də bu il mənim üçün yalnız bir ixtisaslaşma mərhələsi deyil, eyni zamanda bu sahəni başqa bir dildə, ispan dilində dinləməyi, klinik müzakirə etməyi və düşünməyi inkişaf etdirdiyim bir dövr oldu.

Geriyə baxanda, bu təcrübəni fərqli edən əsas məqamın da məhz bu olduğunu düşünürəm.

20/06/2026

ADHD haqqında danışarkən adətən diqqətin xarici dünyaya yönəldilməsi ilə bağlı çətinlikləri nəzərdə tutulur.

Halbuki məsələ yalnız xaricdə baş verənlərə diqqət yetirməkdən ibarət deyil.

Araşdırmalar göstərir ki, DEHB olan bəzi insanlar bədəndən gələn siqnalları, məsələn aclığı, susuzluğu, yorğunluğu, ağrını, gərginliyi və emosional dəyişiklikləri hiss etmək və şərh etməkdə də daha çox çətinlik yaşaya bilərlər.

Hazırda bununla bağlı daha geniş bir yazı üzərində çalışıram.

Tezliklə paylaşacağam.

Tez-tez gözdən qaçırdığımız başqa bir fərq:İlk cinsi əlaqə ilə ağrılı cinsi əlaqə eyni şey deyil.İlk əlaqə: tanış olmaya...
05/06/2026

Tez-tez gözdən qaçırdığımız başqa bir fərq:

İlk cinsi əlaqə ilə ağrılı cinsi əlaqə eyni şey deyil.

İlk əlaqə: tanış olmayan, gərgin və ya emosional olaraq yüklü hiss oluna bilər.
Amma davamlı, kəskin, yandırıcı və ya təkrarlanan ağrı “sadəcə ilk dəfədir” deyə normallaşdırılmamalıdır.

Ağrı dözülməli olan bir şey deyil.

Bəzən o, bədənin diqqət, qayğı və düzgün qiymətləndirmə tələb etdiyini göstərən bir siqnaldır. Bəzi ədəbiyyatlarda buna: bədənin yardım çığlığı da deyilir.

Gəlin, bu ikisini bir-birindən ayıraq.

Boşalma ilə orqazm eyni şey deyil.Onlar çox vaxt eyni anda baş verir. Buna görə də bir çox insan bu sözləri sanki eyni t...
02/06/2026

Boşalma ilə orqazm eyni şey deyil.

Onlar çox vaxt eyni anda baş verir. Buna görə də bir çox insan bu sözləri sanki eyni təcrübəni ifadə edirmiş kimi işlədir. Lakin klinik baxımdan bunlar fərqli proseslərdir.

Boşalma spermanın xaric olunmasıdır.

Orqazm isə kulminasiyanın subyektiv təcrübəsidir: həzz, rahatlama, ritmik hisslər və cinsi oyanmanın psixofizioloji zirvəsi.

Kişilərin çoxu bu ikisini bir-birindən ayırmır, çünki onların cinsi təcrübəsində bu iki hal demək olar ki, eyni anda baş verir. Görünən hadisə görünməyənin sübutuna çevrilir.

Amma bunlar bir-birindən ayrı da baş verə bilər.

- Kişi boşalma olmadan orqazm yaşaya bilər.
- Qaneedici orqazm olmadan boşala bilər.
- Gec boşalma, anejakulyasiya və ya orqazmla bağlı çətinlik yaşaya bilər.

Bu fərq vacibdir, çünki hər “boşalma problemi” orqazm problemi demək deyil, eləcə də hər orqazm çətinliyi spermanın xaric olunması ilə bağlı olmur.

Seksual tibbdə dil önəmlidir. Düzgün təsvir düzgün klinik qiymətləndirmənin bir hissəsidir.

Yazının tamamını oxumaq üçün: shabnamsadigova.com
29/05/2026

Yazının tamamını oxumaq üçün: shabnamsadigova.com

İnsanlar niyə baxır?İnsanlar bir çox fərqli səbəbdən pornoqrafiyaya müraciət edirlər. Bunlardan bəziləri aşağıdakılardır...
22/05/2026

İnsanlar niyə baxır?
İnsanlar bir çox fərqli səbəbdən pornoqrafiyaya müraciət edirlər. Bunlardan bəziləri aşağıdakılardır:

Masturbasiya və ya tərəf-müqabili ilə cinsi əlaqə zamanı stimullaşdırıcı vasitə kimi;
Fantaziya qurmaq və gündəlik qayğılardan uzaqlaşmaq üçün;
Öz cinsəlliklərini araşdırmaq, nələrin onları həyəcanlandırıb-həyəcanlandırmadığını kəşf etmək üçün;
Şəxsi kimliklərini dərk etmək üçün - bir çox LGBTQ+ fərdləri başqa yerdə tapa bilmədikləri təmsilçiliyi pornoqrafiyada tapırlar;
Seks və onun müxtəlif növləri haqqında məlumat öyrənmək üçün.

Pornoya baxmaq təhlükəlidirmi? Ehtimal ki, son bir il ərzində pornoqrafiya haqqında çox şey eşitmisiniz: Kimlər baxa bilər? Baxmaq nə dərəcədə doğrudur? Müasir dünyada bunun hər hansı bir mənası varmı? Bunlar olduqca vacib və düşündürücü suallardır. Pornoqrafiyanın m...

Address

Baku

Opening Hours

Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Shabnam Sadigova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shabnam Sadigova:

Shortcuts

Share

Category