Funda Hospital

Funda Hospital 🏥 Sağlamlığınızı bizə etibar edin!
☎ *0777
☎ (012)5675582
📱 (055)5499363 Медицинская компания

🩺 Əməliyyat otağında hər saniyə diqqət, hər hərəkət dəqiqlik tələb edir.Burada peşəkarlıq, təcrübə və komanda işi eyni m...
10/09/2026

🩺 Əməliyyat otağında hər saniyə diqqət, hər hərəkət dəqiqlik tələb edir.

Burada peşəkarlıq, təcrübə və komanda işi eyni məqsəd üçün bir araya gəlir: pasiyentin sağlamlığı.

💙 Funda Hospital – sağlamlığınız etibarlı əllərdə

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

08/09/2026

‼️Səhərlər qrip kimi oyanırsınızsa, bu videonu mütləq izləyin.

Bəlkə də bunun səbəbi düşündüyünüz kimi deyil! 🤔

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

🚨 Qaraciyər xəstəlikləri uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə bilər.Lakin bəzi dəyişikliklərə diqqət ye...
04/09/2026

🚨 Qaraciyər xəstəlikləri uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə bilər.

Lakin bəzi dəyişikliklərə diqqət yetirmək vacibdir:

Davamlı halsızlıq və yorğunluq
◾İştahanın azalması, ürəkbulanma
◾Qarının sağ üst nahiyəsində narahatlıq və ya ağrı
◾Dərinin və gözlərin saralması
◾Sidiyin tündləşməsi
◾Ayaqlarda və ya qarında şişkinlik
◾Səbəbsiz qaşınma

👉 Bu əlamətlər yalnız qaraciyər xəstəliklərinə xas deyil. Lakin davamlı olduqda və ya bir neçə simptom birlikdə müşahidə edildikdə, səbəbi dəqiqləşdirmək üçün həkim müayinəsi vacibdir.

‼️ Qaraciyər problemlərini yalnız ağrı yarananda düşünmək gec ola bilər. Vaxtında müayinə və analizlər qaraciyərin vəziyyətini qiymətləndirməyə və mümkün problemləri erkən aşkar etməyə kömək edir.

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

Kəmal Hacıyev / Professor, allerqoloqTəhsil və elmi fəaliyyət• 1979-cu ildə Tibb İnstitutunu bitirmişdir.• 1980-ci ildə ...
31/08/2026

Kəmal Hacıyev / Professor, allerqoloq

Təhsil və elmi fəaliyyət

• 1979-cu ildə Tibb İnstitutunu bitirmişdir.
• 1980-ci ildə internaturanı başa vurmuşdur.
• Daha sonra aspiranturada təhsil almışdır.
• 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
• 1993-cü ildə respirator allerqologiya sahəsi üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və professor elmi adını almışdır.

Peşə fəaliyyəti

• Əmək fəaliyyətinə Tibb İnstitutunun II kursunda oxuyarkən sanitar kimi başlamış, daha sonra tibb qardaşı vəzifəsində çalışmışdır.
• 1980–1987-ci illərdə Təcili Tibbi Yardım xidmətində həkim kimi fəaliyyət göstərmişdir.
• 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Uşaq xəstəlikləri kafedrasında allerqologiya üzrə assistent vəzifəsinə qəbul olunmuşdur.
• 1993-cü ildən etibarən həmin kafedrada professor kimi fəaliyyət göstərmişdir.
• 1988–2003-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş allerqoloqu vəzifəsində çalışmışdır.
• Eyni zamanda Neftçilər Klinikasında allerqoloq-konsultant kimi fəaliyyət göstərmişdir.
• 2014-cü ildən etibarən fəaliyyətini əsasən klinik həkimlik istiqamətində davam etdirmiş və müxtəlif klinikalarda allerqoloq kimi çalışmışdır.
• 2017-ci ildən Funda Hospitalda allerqoloq kimi fəaliyyət göstərir.

İxtisasartırma və beynəlxalq təcrübə

• ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yerləşən elmi sağlamlıq mərkəzində ixtisasartırma keçmişdir.
• Moskva şəhərində Seçenov Universitetində ixtisasartırma proqramında iştirak etmişdir.
• Türkiyənin Ankara şəhərində Dr. Sami Ulus klinikasının allerqologiya şöbəsində ixtisasartırma keçmişdir.
• Allerqologiya və immunologiya sahələri üzrə beynəlxalq konfranslarda mütəmadi iştirak etmişdir.

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

28/08/2026

🦠 Qrip düşündüyümüz qədər sadə infeksiya deyil!

Xüsusilə uşaqlarda qısa müddətdə ağırlaşmalara səbəb ola bilər. Bəs qrip peyvəndi hər il niyə yenilənir və onun əsas məqsədi nədir?

Ətraflı videoda! ⬆️

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

🇦🇿 Bu gün Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı...
26/08/2026

🇦🇿 Bu gün Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Funda ailəsi adından Mehriban xanımı təbrik edir, zəngin fəaliyyətində uğurlar arzulayırıq! ♥️

24/08/2026

‼️Yuxu pozuntusu və xroniki stress hormonlarınızı poza bilərmi?

Gündəlik həyatımızdakı bəzi vərdişlər hormonal balansımıza düşündüyümüzdən daha çox təsir göstərə bilər. Ətraflı videoda!

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

‼️Sidikdə leykositlərin çox olması nə deməkdir?Sidikdə leykositlərin, yəni ağ qan hüceyrələrinin çox olması sidik yollar...
21/08/2026

‼️Sidikdə leykositlərin çox olması nə deməkdir?

Sidikdə leykositlərin, yəni ağ qan hüceyrələrinin çox olması sidik yollarında iltihabi prosesin ola biləcəyinə işarə edə bilər.

Ən çox rast gəlinən səbəblərdən biri sidik yolları infeksiyasıdır. Bu zaman sidiyə çıxarkən yanma, tez-tez sidiyə getmə, qarnın aşağı hissəsində ağrı, həmçinin sidiyin rəngində və qoxusunda dəyişiklik kimi əlamətlər müşahidə oluna bilər.

Lakin sidikdə leykositlərin çox olması hər zaman infeksiya demək deyil. Analiz nümunəsinin düzgün götürülməməsi, bəzi böyrək və sidik yolları xəstəlikləri, eləcə də digər səbəblər leykositlərin sayının artmasına səbəb ola bilər.

Analizdə leykositlərin yüksək olmasına əsaslanaraq özbaşına antibiotik qəbul etmək düzgün deyil. Analiz nəticəsi digər göstəricilər və pasiyentin şikayətləri ilə birlikdə həkim tərəfindən qiymətləndirilməlidir.

💙 Funda Hospital – sağlamlığınızın hər detalına diqqətlə yanaşırıq.

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

Bağırsaq mikroflorası orqanizmin ümumi sağlamlığına təsir edən mühüm faktorlardan biridir.Bağırsaqda trilyonlarla faydal...
19/08/2026

Bağırsaq mikroflorası orqanizmin ümumi sağlamlığına təsir edən mühüm faktorlardan biridir.

Bağırsaqda trilyonlarla faydalı və zərərli bakteriya yaşayır və onların balansı həzm sisteminin düzgün işləməsi, immunitetin gücləndirilməsi və hətta psixi sağlamlıq üçün vacibdir.

Bağırsaq mikroflorasını necə qorumaq olar?
🥦 Fermentləşdirilmiş qidalar (qatıq, kefir, turşu kələm) faydalı bakteriyalarla zəngindir.
🍎Tərəvəzlər, meyvələr və tam taxıllı məhsullar mikrofloranın sağlam qalmasına kömək edir.
🚫 Şəkər və konservantlar zərərli bakteriyaların artmasına səbəb olur.
💧 Su bağırsaqların düzgün işləməsinə və mikrofloranın balanslı qalmasına kömək edir.
🏃‍♂️ Mütəmadi idman bağırsaq mikroflorasının müxtəlifliyini artırır.
💊 Antibiotiklər zərərli bakteriyalarla yanaşı faydalı mikroorqanizmləri də məhv edə bilər.

Sağlam bağırsaq mikroflorası güclü immunitet və ümumi rifah üçün vacibdir. Balanslı qidalanaraq və sağlam həyat tərzi keçirərək mikrofloranızı qoruyun!

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

⚠️ Heç bir əlamətiniz yoxdursa, cinsi yolla ötürülən infeksiya ola bilməz? Əslində, bu, həmişə belə deyil.Bəzi cinsi yol...
17/08/2026

⚠️ Heç bir əlamətiniz yoxdursa, cinsi yolla ötürülən infeksiya ola bilməz? Əslində, bu, həmişə belə deyil.

Bəzi cinsi yolla ötürülən infeksiyalar uzun müddət heç bir simptom vermədən orqanizmdə qala bilər. İnsan özünü tam sağlam hiss etsə də, infeksiyanı bilmədən partnyoruna ötürə bilər.

Xüsusilə xlamidiya, qonoreya, trixomonoz, HPV və bəzi digər infeksiyalar bəzi insanlarda simptomsuz keçə və ya çox zəif əlamətlərlə özünü göstərə bilər.

• Heç bir şikayətin olmaması infeksiyanın olmadığı demək deyil.
• Qorunmasız cinsi əlaqə infeksiyaya yoluxma riskini artırır.
• Partnyorunuzda infeksiya aşkarlanıbsa, özünüzdə heç bir simptom olmasa belə, müayinədən keçmək vacibdir.
• Şübhəli hallarda özbaşına antibiotik qəbul etmək əvəzinə həkimə müraciət etmək və uyğun müayinələrdən keçmək daha doğrudur.

Funda Hospital – sağlamlığınızla bağlı bilmədiklərinizi vaxtında öyrənin! ✅

📱 +994555499363
☎️ *0777 / 0125675582⁣⁣
📌 Nərimanov r., Hidayətzadə küç.163

Address

Funda Hospital
Baku

Alerts

Be the first to know and let us send you an email when Funda Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Funda Hospital:

Shortcuts

Share

Category