Endokrinoloq Dr. Aliya Qurbanova

Endokrinoloq Dr. Aliya Qurbanova 👩‍⚕️ ATU, Həkim Endokrinoloq | 20+ illik təcrübə
🩺Hormonal sağlamlığınıza peşəkar yanaşma
🏥 28 saylı ŞP | Lafromed Klinikası
📞 +994 51 940 84 82

👩‍⚕️ ATU, Həkim Endokrinoloq | 20+ illik təcrübə
🩺 Hormonal sağlamlığınıza peşəkar yanaşma
📍 28 saylı ŞP | Lafromed Klinikası
📲 +994 51 940 84 82

💉 GLP-1 istifadəsində dietoloq və həkim nəzarəti niyə vacibdir?GLP-1 qrupuna aid dərmanlar iştahanı azaltmağa və qan şək...
12/08/2026

💉 GLP-1 istifadəsində dietoloq və həkim nəzarəti niyə vacibdir?

GLP-1 qrupuna aid dərmanlar iştahanı azaltmağa və qan şəkərinin tənzimlənməsinə kömək edə bilər. Lakin bu preparatlar yalnız həkim nəzarəti altında istifadə edilməlidir.

Dərmanın düzgün seçilməsi, dozasının mərhələli artırılması və mümkün yan təsirlərin izlənməsi təhlükəsiz müalicənin əsas hissəsidir. Eyni zamanda, kifayət qədər zülal qəbul edilmədikdə və düzgün qidalanma planı olmadıqda yalnız piy deyil, əzələ kütləsi də itirilə bilər.

Məhz buna görə endokrinoloq müalicəni idarə edir, dietoloq isə fərdi qidalanma planı hazırlayaraq sağlam və davamlı çəki azalmasına kömək edir.

👩‍⚕️ GLP-1 dərmanları təkbaşına möcüzə yaratmır. Ən yaxşı nəticə həkim nəzarəti, düzgün qidalanma və sağlam həyat tərzi ilə birlikdə əldə olunur.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

🦴 Menopauza dövründə osteoporoz riski niyə artır?Menopauza ilə birlikdə estrogen hormonunun səviyyəsi azalır. Estrogen i...
10/08/2026

🦴 Menopauza dövründə osteoporoz riski niyə artır?

Menopauza ilə birlikdə estrogen hormonunun səviyyəsi azalır. Estrogen isə sümük toxumasının qorunmasında mühüm rol oynayır.

Bu səbəbdən menopauzadan sonra sümük kütləsi daha sürətlə azala bilər və osteoporoz (sümük əriməsi) riski artır. Xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər və ilk əlamət bəzən kiçik yıxılmadan sonra baş verən sınıq olur.

Riski azaltmaq üçün:
✔️ Kalsium və D vitamini ehtiyacını düzgün qarşılamaq,
✔️ Müntəzəm fiziki aktivlik etmək,
✔️ Siqaret və həddindən artıq alkoqoldan uzaq durmaq,
✔️ Lazım olduqda sümük mineral sıxlığını (DEXA) yoxlatdırmaq vacibdir.

👩‍⚕️ Menopauza sümük sağlamlığınıza daha çox diqqət yetirməli olduğunuz dövrdür. Vaxtında müayinə osteoporozun erkən aşkarlanmasına və sınıqların qarşısının alınmasına kömək edə bilər.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

🤰 Hamiləlik diabeti qalıcı olurmu?Xeyr. Gestasion diabet (hamiləlik diabeti) əksər qadınlarda doğuşdan sonra aradan qalx...
07/08/2026

🤰 Hamiləlik diabeti qalıcı olurmu?

Xeyr. Gestasion diabet (hamiləlik diabeti) əksər qadınlarda doğuşdan sonra aradan qalxır. Lakin bu, gələcəkdə şəkərli diabet riskinin olmadığı anlamına gəlmir.

Hamiləlik diabeti keçirmiş qadınlarda sonrakı illərdə, xüsusilə 2-ci tip şəkərli diabetin inkişaf riski daha yüksək ola bilər. Buna görə doğuşdan sonra qan şəkərinin nəzarətdə saxlanılması və həkim tövsiyəsinə uyğun müayinələrin aparılması vacibdir.

Sağlam qidalanma, normal bədən çəkisinin qorunması və müntəzəm fiziki aktivlik gələcək riskin azalmasına kömək edə bilər.

👩‍⚕️ Hamiləlik diabeti bitə bilər, amma sağlamlığınıza nəzarət davam etməlidir. Vaxtında müayinə gələcək problemlərin qarşısını almaqda mühüm rol oynayır.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

❓ Kilo verə bilmirəm. Hansı analizləri verməliyəm?Bu, endokrinoloqların ən çox eşitdiyi suallardan biridir. Amma unutmam...
05/08/2026

❓ Kilo verə bilmirəm. Hansı analizləri verməliyəm?

Bu, endokrinoloqların ən çox eşitdiyi suallardan biridir. Amma unutmamaq lazımdır ki, hər kəs üçün eyni analiz siyahısı yoxdur.

Çəki artımının və ya arıqlaya bilməməyin səbəbi bəzən həyat tərzi ilə əlaqəli olsa da, bəzi hallarda hormonal və ya metabolik problemlər də rol oynaya bilər.

Həkim müayinəsindən sonra ehtiyac olduqda aşağıdakı analizlər tövsiyə oluna bilər:

✔️ TSH və sərbəst T4 – qalxanabənzər vəzin fəaliyyətini qiymətləndirmək üçün.
✔️ Aclıq qan şəkəri və HbA1c – şəkərli diabet və ya gizli şəkər riskini müəyyən etmək üçün.
✔️ İnsulin və insulin müqavimətinin qiymətləndirilməsi – uyğun pasiyentlərdə.
✔️ Lipid profili – xolesterin və trigliserid səviyyəsini yoxlamaq üçün.
✔️ Vitamin D və B12 – yalnız ehtiyac olduqda və həkim məsləhəti ilə.

⚠️ Yadda saxlayın: Analizləri özbaşına vermək düzgün diaqnoz qoymağa kömək etməyə da bilər. Ən doğru yanaşma əvvəlcə endokrinoloq müayinəsindən keçmək, sonra isə şikayət və klinik vəziyyətə uyğun analizləri seçməkdir.

👩‍⚕️ Arıqlamağa mane olan səbəbi tapmaq üçün ilk addım düzgün müayinə və fərdi qiymətləndirmədir.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

Səhər heç nə yeməmisiniz, amma şəkəriniz niyə yüksək çıxır?Səhər acqarına qan şəkərinin yüksək olması hər zaman axşam ço...
03/08/2026

Səhər heç nə yeməmisiniz, amma şəkəriniz niyə yüksək çıxır?

Səhər acqarına qan şəkərinin yüksək olması hər zaman axşam çox yemək yediyiniz anlamına gəlmir.

Gecə saatlarında orqanizm oyanmağa hazırlaşarkən kortizol, böyümə hormonu və qlükaqon kimi hormonlar ifraz olunur. Bu hormonlar qaraciyərə qana qlükoza buraxmaq siqnalı verir ki, bədən yeni günə enerji ilə başlasın. Bu hadisə tibbdə "Sübh fenomeni (Dawn phenomenon)" adlanır.

Sağlam insanlarda insulin bu artımı tarazlaşdırır. Lakin insulin müqaviməti və ya şəkərli diabet zamanı bu mexanizm kifayət qədər işləmədiyi üçün səhər acqarına qan şəkəri normadan yüksək ola bilər.

Əgər səhər şəkəriniz mütəmadi olaraq yüksək çıxırsa, bunu təsadüfi hal kimi qəbul etməyin. Düzgün qiymətləndirmə və müalicə planı üçün endokrinoloqa müraciət etmək vacibdir.

👩‍⚕️ Sağlamlığınızı təsadüfə buraxmayın. Vaxtında müayinə və düzgün nəzarət gələcək fəsadların qarşısını almağa kömək edə bilər.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

Şəkəri tam kəsmək doğrudurmu?"Şəkəri tam kəssəm, daha sağlam olaram?"Bu sual endokrinoloqlara ən çox verilən suallardan ...
31/07/2026

Şəkəri tam kəsmək doğrudurmu?

"Şəkəri tam kəssəm, daha sağlam olaram?"

Bu sual endokrinoloqlara ən çox verilən suallardan biridir.

Əlavə edilmiş şəkərin həddindən artıq qəbulu sağlamlıq üçün zərərli olsa da, bütün karbohidratları və ya şəkəri tamamilə həyatınızdan çıxarmaq hər zaman düzgün yanaşma deyil.

Beyin və bir çox orqan enerji üçün əsasən qlükozadan istifadə edir. Orqanizm bu qlükozanı yalnız şirniyyatdan deyil, tam taxıllardan, meyvələrdən, paxlalılardan və digər sağlam karbohidrat mənbələrindən də əldə edir.

Əsas məqsəd:
✔️ rafinə edilmiş şəkərin miqdarını azaltmaq,
✔️ balanslı qidalanmaq,
✔️ porsiyalara nəzarət etmək
və qidalanmanı fərdi sağlamlıq vəziyyətinə uyğun planlaşdırmaqdır.

🌿 Sağlam qidalanma qadağalar üzərində deyil, düzgün seçimlər və balans üzərində qurulur.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

Hormon dərmanları kökəldir?"Hormon dərmanı qəbul edirəm, ona görə kökəlmişəm."Bu fikir çox yayılıb. Amma həmişə doğru de...
29/07/2026

Hormon dərmanları kökəldir?

"Hormon dərmanı qəbul edirəm, ona görə kökəlmişəm."

Bu fikir çox yayılıb. Amma həmişə doğru deyil.

Bəzi hormonal preparatlar müəyyən hallarda iştahanı artıra, orqanizmdə maye toplanmasına və ya maddələr mübadiləsində dəyişikliklərə səbəb ola bilər. Lakin bu, bütün hormon dərmanlarına aid deyil.

Əksər hallarda çəki artımının əsas səbəbi:
✔️ hormonal xəstəliyin özü,
✔️ fiziki aktivliyin azalması,
✔️ qidalanma vərdişləri
və ya həyat tərzi faktorları olur.

Müalicəni özbaşına dayandırmaq xəstəliyin ağırlaşmasına və hormonal balansın daha da pozulmasına səbəb ola bilər.

🌿 Hormon preparatları yalnız həkim təyinatı ilə, düzgün dozada və nəzarət altında istifadə edilməlidir. Ən doğru yanaşma isə müalicəni sağlam qidalanma və aktiv həyat tərzi ilə birlikdə davam etdirməkdir.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

İnsulin dirəncinin görünməyən əlamətləriİnsulin dirənci uzun müddət heç bir ciddi şikayət vermədən inkişaf edə bilər. Bi...
27/07/2026

İnsulin dirəncinin görünməyən əlamətləri

İnsulin dirənci uzun müddət heç bir ciddi şikayət vermədən inkişaf edə bilər. Bir çox insan yalnız çəki artdıqda və ya analizlərdə dəyişiklik aşkar olunduqda bu problemdən xəbər tutur.

Lakin bədən çox vaxt əvvəlcədən müəyyən siqnallar göndərir:

🔸 Yeməkdən qısa müddət sonra yenidən aclıq hissi yaranması

🔸 Gün ərzində şirin qidalara güclü istək

🔸 Qarın nahiyəsində piylənmənin artması

🔸 Yeməkdən sonra halsızlıq və yuxululuq

🔸 Boyun, qoltuqaltı və ya qasıq nahiyəsində dərinin tündləşməsi (Acanthosis nigricans)

🔸 Konsentrasiyanın zəifləməsi və tez yorulmaq

🔸 Arıqlamağa çalışsanız da çəkinin dəyişməməsi

Bu əlamətlər təkbaşına insulin dirənci demək deyil. Ancaq bir neçəsi birlikdə müşahidə olunursa, endokrinoloq müayinəsi və lazımi laborator analizlər problemin erkən aşkarlanmasına kömək edə bilər.

🌿 Erkən diaqnoz və düzgün həyat tərzi dəyişikliyi insulin dirəncinin irəliləməsinin qarşısını almaqda və gələcəkdə tip 2 diabet riskini azaltmaqda mühüm rol oynayır.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

Piylənmə və sidik turşusu: Aralarındakı əlaqəni bilirsinizmi?Bir çox insan sidik turşusunun yalnız podaqra ilə əlaqəli o...
24/07/2026

Piylənmə və sidik turşusu: Aralarındakı əlaqəni bilirsinizmi?

Bir çox insan sidik turşusunun yalnız podaqra ilə əlaqəli olduğunu düşünür. Halbuki artıq çəki və piylənmə də sidik turşusunun yüksəlməsində mühüm rol oynaya bilər.

Piylənmə zamanı orqanizmdə maddələr mübadiləsi dəyişir, insulin rezistentliyi inkişaf edə bilir və böyrəklərin sidik turşusunu xaric etmə qabiliyyəti zəifləyir. Nəticədə qanda sidik turşusunun səviyyəsi yüksəlir.

Yüksək sidik turşusu isə zamanla oynaq problemləri, böyrək daşları və digər sağlamlıq riskləri ilə əlaqələndirilə bilər.

✅ Sağlam qidalanma
✅ Çəkinin nəzarətdə saxlanılması
✅ Fiziki aktivlik
✅ Kifayət qədər su qəbulu

sidik turşusunun idarə olunmasına kömək edən əsas amillərdəndir.

Unutmayın, artıq çəki təkcə görünüşə deyil, orqanizmdə bir çox göstəricilərə, o cümlədən sidik turşusunun səviyyəsinə də təsir göstərir.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

Ayaqlarda şişkinlik hər zaman ürək xəstəliyinin əlaməti deyil. Bəzən bu vəziyyət endokrin sistemdə baş verən dəyişiklikl...
22/07/2026

Ayaqlarda şişkinlik hər zaman ürək xəstəliyinin əlaməti deyil. Bəzən bu vəziyyət endokrin sistemdə baş verən dəyişikliklərlə də əlaqəli ola bilər.

Endokrinoloq olaraq ayaqlarda şişkinliyə səbəb ola biləcək metabolik və hormonal problemləri də qiymətləndiririk.

Bunlara daxildir:

🔹 Hipotiroidizm – qalxanabənzər vəzinin zəif fəaliyyəti nəticəsində toxumalarda maye toplana bilər və ayaqlarda şişkinlik yarana bilər.

🔹 Şəkərli diabet – uzunmüddətli diabet böyrəklərə və damar sisteminə təsir edərək ayaqlarda ödemin yaranmasına səbəb ola bilər.

🔹 Piylənmə və metabolik sindrom – artıq çəki venoz dövranı çətinləşdirə və ayaqlarda şişkinliyi artıra bilər.

Unutmayın ki, ayaqlarda şişkinlik ürək, böyrək, qaraciyər və damar xəstəlikləri kimi digər səbəblərlə də əlaqəli ola bilər. Buna görə də bu şikayət mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

Əgər ayaqlarınızdakı şişkinlik davamlıdır, günün sonunda artır və ya digər əlamətlərlə müşayiət olunursa, səbəbin müəyyənləşdirilməsi üçün vaxtında müayinədən keçməyiniz tövsiyə olunur.

Qəbula yazılmaq üçün:
📲 +99451 940 84 82 (WhatsApp aktivdir)
🩺Həkiminiz Endokrinoloq:
👩🏻‍⚕️ Dr. Aliyə Qurbanova
📍Koreya Şərq Təbabəti Klinikası

Address

Lafromed Kliniksı. Ünvan: Mərdanov Qardaşları 44
Baku

Opening Hours

Tuesday 15:00 - 18:00
Thursday 15:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Dr. Aliya Qurbanova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share