Endokrinoloq Fərhad Burzu

Endokrinoloq Fərhad Burzu Bütün növ Endokrinoloji Xəstəliklərin Dəqiq Müayinəsi, Təqibi və Düzgün Müalicəsi

Yüksək təzyiqi salmağa kömək edən✔️ Çuğundur şirəsi – Tərkibindəki nitratlar damarların genişlənməsinə kömək edərək qan ...
07/08/2026

Yüksək təzyiqi salmağa kömək edən✔️ Çuğundur şirəsi – Tərkibindəki nitratlar damarların genişlənməsinə kömək edərək qan təzyiqinin azalmasını dəstəkləyə bilər.
✔️ Kaliumla zəngin şirələr (nar, kök, portağal, gavalı) – Kalium orqanizmdən artıq natriumun xaric olunmasına kömək edir və təzyiqin tənzimlənməsini dəstəkləyir.
✔️ Yağsız süd – Kalsium, kalium və D vitamini sayəsində ürək-damar sağlamlığını dəstəkləyə bilər.
✔️ Hibiskus çayı – Tərkibindəki antioksidantlar damarların rahatlamasına kömək edə və qan təzyiqinə müsbət təsir göstərə bilər.

⚠️ Unutmayın: Heç bir içki yüksək təzyiqi təkbaşına müalicə etmir. Ən yaxşı nəticə sağlam qidalanma, fiziki aktivlik, duzun azaldılması və həkimin təyin etdiyi müalicə ilə birlikdə əldə olunur.

Osteoporoz diaqnozu qoyulan bir çox insan kalsium əlavələrinin müalicənin əsas hissəsi olduğunu düşünür. Lakin yeni araş...
05/08/2026

Osteoporoz diaqnozu qoyulan bir çox insan kalsium əlavələrinin müalicənin əsas hissəsi olduğunu düşünür. Lakin yeni araşdırma göstərir ki, hər kəsin əlavə kalsium qəbul etməsinə ehtiyac olmaya bilər.
“Osteoporosis International” jurnalında 17 iyul 2026-cı ildə dərc olunan tədqiqatda gündəlik qidalanma ilə kifayət qədər kalsium qəbul edən və osteoporoz dərmanları istifadə edən yaşlı qadınlar araşdırılıb. Nəticələrə görə, əlavə kalsium preparatları bud sümüyünün mineral sıxlığını (BMD) və sümük möhkəmliyini artırmayıb. Əksinə, qida ilə əlavə zülal qəbul edən qadınlarda sümük əriməsi müalicəsinin effektivliyi daha yüksək olub.
Kalsium əlavəsi təyin edilməzdən əvvəl pasiyentin qida ilə nə qədər kalsium qəbul etdiyi qiymətləndirilməlidir. Araşdırmanın bəzi məhdudiyyətləri olsa da, nəticələr göstərir ki, osteoporozun uğurlu müalicəsində dərmanlarla yanaşı, kifayət qədər zülal qəbulunu təmin edən balanslı qidalanma da mühüm rol oynayır.
Qeyd olunan araşdırma müəyyən xəstə qrupu üzərində aparılmışdır və bütün pasientlərə şamil olunmaya bilər. Unutmamaq lazımdır ki, osteoporoz metabolik bir xəstəlikdir. Əmələ gəlməsində və sağalmasında da bir çox qidalanma və həyat faktorları da rol oynayır.

🥗 Toyuq, moruq və qoz salatı – klassik toyuq salatında fərqli və sağlam yanaşma.🍋 Limonlu, şüyüdlü krevet və avokado sal...
03/08/2026

🥗 Toyuq, moruq və qoz salatı – klassik toyuq salatında fərqli və sağlam yanaşma.
🍋 Limonlu, şüyüdlü krevet və avokado salatı – limonun təravəti, şüyüdün ətri və avokadonun kremli teksturası ilə yüngül seçim.
🫘 Paxla salatı – tərəvəz, paxlalılar və zeytun yağı ilə Aralıq dənizi tipli qidalanmanın faydalarını bir araya gətirir.
🥦Brokoli salatı – brokoli, qoz və günəbaxan tumları ilə həm qidalı, həm də doyumlu seçim.
💜 Bənövşəyi kələm, alma və qoz salatı – yerkökü, çuğundur və quşüzümü ilə zənginləşdirilmiş, vitamin və lif baxımından dəyərli salat.

Kiçik dəyişikliklər böyük fərq yarada bilər. Rəngarəng salatları gündəlik menyunuza əlavə edərək həm sağlamlığınızı, həm də enerjinizi dəstəkləyin!

Uzun illər ərzində hətta həkimlər də gündə 1-2 qədəh alkoqolun, xüsusilə qırmızı şərabın ürək sağlamlığı üçün faydalı ol...
28/07/2026

Uzun illər ərzində hətta həkimlər də gündə 1-2 qədəh alkoqolun, xüsusilə qırmızı şərabın ürək sağlamlığı üçün faydalı ola biləcəyini düşünürdülər. Lakin son illərdə aparılan daha keyfiyyətli tədqiqatlar bunun doğru olmadığını göstərir.
•Yeni araşdırmalara əsasən, gündə cəmi 1 porsiya alkoqol belə bəzi xərçəng növləri, ürək-damar və qaraciyər xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Eyni zamanda, az miqdarda alkoqol qəbulunun sağlamlıq üçün əhəmiyyətli bir faydası aşkar edilməyib. Əvvəlki araşdırmalarda alkoqol qəbul etməyən insanların hamısı ömürboyu içki içməyən şəxslər deyildi. Onların arasında sağlamlıq problemlərinə görə alkoqolu tərgitmiş insanlar da var idi. Bu isə nəticələri təhrif edirdi. Digər tərəfdən, az miqdarda alkoqol qəbul edən şəxslər daha sağlam qidalanır, daha çox hərəkət edir və ümumilikdə daha sağlam həyat tərzi sürürdülər. Buna görə də onların sağlamlığını yalnız alkoqolla əlaqələndirmək düzgün deyildi.
🍷Sağlamlıq baxımından ən təhlükəsiz alkoqol miqdarı sıfırdır. Buna görə də "qırmızı şərab ürək üçün faydalıdır" kimi geniş yayılmış fikirlər artıq elmi sübutlarla dəstəklənmir.
Ona görə də alkoqol nədəsə xeyirdir fikri ilə xəyallara dalıb sağlamlıq tədbirlərinizi tərgitməyin.

Bəs siz bu qidanı tez-tez alırsız?
24/07/2026

Bəs siz bu qidanı tez-tez alırsız?

Statinofobların gözü aydın!!Amerika Qida və Dərman Administrasiyası (FDA) ilk dəfə olaraq statin olmayan aşağı sıxlıqlı ...
22/07/2026

Statinofobların gözü aydın!!
Amerika Qida və Dərman Administrasiyası (FDA) ilk dəfə olaraq statin olmayan aşağı sıxlıqlı xolesterin fraksiyasını azaldan tabletini (PCSK9 qrupundan) təsdiq etmişdir. Preparatın eyni zamanda heteroziqot ailəvi hiperxolesterolemiyada (HeFH) da istifadəsi təsdiq olunmuşdur. Bu qrupdan (PCSK9) olan 6 ayda bir istifadə olunan inyeksiya forması bir neçə vaxtdır ki, istifadədədir. Lipidologiyada indiyədək statin olmayan digər preparatlar da mövcud idi (bem*doy turşusu, ezeti*b). Faz 3 çalışmasında hər iki preparat və bunların kombinasiyası ilə də müqayisəli araşdırma da təqdim olunmuşdur. Enlic*ide (Lipf*dra-Merck) adlı preparat 20mg dozada təqdim olunmuşdur. İstifadə zamanı 6-8 saatlıq aclıq tələb olunur. Tablet qəbul olunduqdan sonra 30 dəqiqə qida qəbul etməmək tövsiyyə olunur.
👉24 həftəlik digər tədqiqatda 3207 hiperxolesterolemiyalı aterosklerotik kardiovaskulyar xəstəliyi olan və HeFH-lı pasient iştirak etmişdir. Tədqiqat zamanı preparat 56-59% daha effektiv olmuşdur.
Eyni zamanda qeyd olunan preparat böyrək çatışmazlığının da bütün dövrlərində verilə bilən preparatlar sırasına daxildir ki, bu da statinlərdən üstün xüsusiyyət hesab olunur (daha çox rozuvastatin).
Uzun illərdir xolesterin azaldan statin qrupu preparatlar geniş təyin olunur. Xüsusilə, rozuvas*tin (daha az atorvas*tin) bir çox ixtisas sahələri tərəfindən geniş təyin olunan preparatlar sırasina aiddir. Son 10 ildə bir neçə digər qrup preparatların kəşfi bu eranın bitməsi barədə xəbər verir.

P.s. Belə çox da ürəklənməyin 1 qutusunun qiyməti 315$-dır. İTS sizə stend taxılandan sonra belə 5-7 manatlıq bədbaxt “hindistanski” atorvastatini almır, qaldı ki, 315$-a Merck-in Enlic*id-ini alacaq😁.
Hər şey yaxşı olacaq, bəlkə də.

Farhad Burzu

Diabetik ayaq ağırlaşmaları 2-ci tip şəkərli diabetin ən ciddi fəsadlarından biridir və xora, infeksiya, hətta amputasiy...
17/07/2026

Diabetik ayaq ağırlaşmaları 2-ci tip şəkərli diabetin ən ciddi fəsadlarından biridir və xora, infeksiya, hətta amputasiyaya səbəb ola bilər. ENDO 2026 konqresində təqdim olunan yeni araşdırma GLP-1 reseptor aqonistləri ilə SGLT2 inhibitorlarının bu riskə təsirini müqayisə edib.
5 il ərzində 630 mindən çox xəstənin məlumatlarının təhlili göstərib ki, GLP-1 preparatları qəbul edənlərdə osteomielit, diabetik ayaq xorası və aşağı ətraf amputasiyası riski daha aşağı olub. SGLT2 inhibitorları qəbul edənlərdə isə diabetik periferik neyropatiya riski cüzi azalsa da, bu, diabetik ayaq ağırlaşmalarının qarşısını almaq üçün kifayət etməyib. (Yadımızdadır ki, uzun illər boyu mövcud olan daha əvvəlki SGLT2 inhibitorları diabetik ayaq problemlərini ağırlaşdırdığına görə biz endokrinoloqlar tərəfindən istifadə olunmurdu).
Mütəxəssislər vurğulayırlar ki, SGLT2 inhibitorları ürək və böyrəklərin qorunmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də müalicə hər bir xəstə üçün fərdi seçilməli, xüsusilə diabetik ayaq riski yüksək olan şəxslərdə ayaqlara müntəzəm nəzarət və profilaktik tədbirlər əsas prioritet olmalıdır. Tədqiqat müşahidə xarakterli olduğundan, nəticələrin gələcək klinik araşdırmalarla təsdiqlənməsinə ehtiyac var.

Bir fincan qəhvənin bağırsaqlara təsiri düşündüyünüzdən fərqli ola bilər☕✨
15/07/2026

Bir fincan qəhvənin bağırsaqlara təsiri düşündüyünüzdən fərqli ola bilər☕✨

Dünya futbolunun super ulduzu Erling Haaland gündəlik təxminən 6000 kalori qəbul edir və menyusuna heyvanın daxili orqan...
12/07/2026

Dünya futbolunun super ulduzu Erling Haaland gündəlik təxminən 6000 kalori qəbul edir və menyusuna heyvanın daxili orqanlarını (ürək, qaraciyər) və çiy süd daxil edir.
Bəs bu pəhriz adi insanlar üçün nə dərəcədə sağlamdır? Ekspertlərin fikrincə 6000 kalori adi insan üçün çox yüksək olsa da, Haaland kimi nəhəng bədən quruluşuna (196 sm, 94 kq) malik və ağır məşq edən elit idmançılar üçün bu normaldır. O, sadəcə çəkisini qorumaq üçün belə 3500 kalori yandırmalıdır. Menyusuna daxil etdiyi ürək və qaraciyər vitaminlərlə zəngindir və faydalıdır. Haaland kimi insanlar çox keyfiyyətli və etibarlı mənbələrdən məhsul əldə edə bilərlər.Lakin çiy süd pastörizə olunmadığı üçün zərərli bakteriya riski daşıyır və sıravi insanlara çiy süd içmələri tövsiyə edilmir.
👉Həddindən çox qırmızı ət və zülal qəbulu ürək-damar sisteminə zərər verə bilər. Normal insan üçün gündə bədən çəkisinin hər kiloqramına 1 qram protein bəs edir.
Haalandın pəhrizinin ən yaxşı tərəfi təbii və işlənməmiş qidalara üstünlük verməsidir. Lakin onun arxasında böyük maddi imkanlar və xüsusi mütəxəssis komandası dayanır. Sağlam olmaq üçün onun eynisini təkrarlamağa ehtiyac yoxdur. Ölçülü protein, bol meyvə və tərəvəz yemək tamamilə kifayətdir.
Norveç komandasının uduzmasından təəssüf edərək Haalandın qidalanma tərzi məlumatlarını sizlərlə bölüşdük.

Farhad Burzu





Address

Ak Həsən Əliyev Küç. 15
Baku
1001

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 15:00

Telephone

+994506119805

Website

Alerts

Be the first to know and let us send you an email when Endokrinoloq Fərhad Burzu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Endokrinoloq Fərhad Burzu:

Shortcuts

Share

Category