Respublika Diaqnostika Mərkəzi

Respublika Diaqnostika Mərkəzi Peşəkar həkimlərə və geniş tibbi infastrukturaya malik, pasiyent yönümlü, müasir tibb müəssisəsidir.
(330)

Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda 2016-cı ildən indiyə kimi 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır. Pasiyentlərin təhlükəsizliyini, məxfiliyini, səhiyyə xidmətlərinin davamlı təkm

illəşdirilməsini təmin etmək məqsədilə Mərkəzimizdə keyfiyyət və nəzarətə xüsusi diqqət ayrılmışdır. Buraya həmçinin, infeksiyaya nəzarət və biotəhlükə qaydaları da daxildir. Kompleks 1,6 hektarı əhatə edən, ictimai nəqliyyata və metroya yaxın ərazidə yerləşir. Kompleks bir-biri ilə əlaqələndirilmiş Diaqnostika Mərkəzi, Ürək Mərkəzi, İnzibati bina, o cümlədən, Oftalmologiya, Qan Bankı, çamaşırxana, və mərkəzləşdirilmiş oksigen təchizatı stansiyasından ibarətdir. Kompleksin ərazisində pasiyentlərin keyfiyyətli istirahəti üçün qapalı qış parkı, açıq havada yaşıllıq zonası, yeməkxana, kafe və gözləmə zalları mövcuddur. Bundan əlavə, pasiyentlərin, işçilərin və ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə 100-dən yuxarı avtomobil tutumlu yeraltı və açıq avtomobil dayanacaqları da yaradılmışdır. Mərkəzin bütün bölmələri əhatə etməklə, ümumilikdə 116 çarpayı fondu vardır. Bundan əlavə, Mərkəzdə tibbi texnologiyalar, cihaz və avadanlıqlarla tam təmin olunmuş 10 cərrahi əməliyyat otağı və 2 angioqrafiya otağı mövcuddur. Respublika Diaqnostika Mərkəzi yerli və əcnəbi pasiyentlərə çoxşaxəli və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edir.

04/08/2026

Baş gicəllənməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və bəzi hallarda ciddi nevroloji problemlərin əlaməti kimi qiymətləndirilə bilər.

Nevrologiya sahəsində uzunillik təcrübəyə malik həkim-nevroloq Rəna Əmirova bu videoda baş gicəllənməsinin əsas səbəbləri, müşayiət edən əlamətlər və təxirəsalınmaz tibbi yardım tələb edən hallar barədə ətraflı məlumat verir.

Ətraflı məlumat və müraciət üçün:
📞 913
📲 WP: 050 229 81 90

Ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində dəqiq qiymətləndirmə və vaxtında müdaxilə uğurlu nəticənin əsas ş...
03/08/2026

Ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində dəqiq qiymətləndirmə və vaxtında müdaxilə uğurlu nəticənin əsas şərtlərindəndir.

Respublika Diaqnostika Mərkəzinin invaziv kardioloqu Dr. Şahin Xəlilov müasir diaqnostik və invaziv müalicə üsullarından istifadə edərək pasiyentlərə beynəlxalq tibbi standartlara uyğun xidmət göstərir. Fərdi yanaşma və peşəkar təcrübə ilə ürək sağlamlığınız etibarlı əllərdədir.

Ətraflı məlumat və müraciət üçün:
📞 913
📲 WP: 050 229 81 90

30/07/2026

Yuxarı ətraf arteriyalarının dopler müayinəsi damarların qan dövranını qiymətləndirməyə və mümkün problemləri erkən mərhələdə aşkar etməyə kömək edir.

Xüsusilə xolesterin səviyyəsi yüksək olan və şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün bu müayinə damar sağlamlığının izlənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

👩🏻‍⚕️ Radioloq Leyla İsmayılova tərəfindən həyata keçirilən müayinə haqqında ətraflı məlumatı videoda izləyə bilərsiniz.

Ətraflı məlumat və müraciət üçün:
📞 Zəng: 913
📲 WP: 050 229 81 90

RDM-də tibbi xidmətin keyfiyyəti yalnız müasir avadanlıq və həkim peşəkarlığı ilə deyil, həm də pasiyentə göstərilən diq...
28/07/2026

RDM-də tibbi xidmətin keyfiyyəti yalnız müasir avadanlıq və həkim peşəkarlığı ilə deyil, həm də pasiyentə göstərilən diqqətli və məsuliyyətli qayğı ilə formalaşır.

Tibb bacılarımız pasiyentlərin müayinə, müalicə və stasionar xidmət prosesində həkim göstərişlərinin dəqiq icrasını, davamlı tibbi nəzarəti və pasiyent rahatlığını təmin edirlər. Onların diqqəti, məsuliyyəti və peşəkar yanaşması hər bir pasiyentin özünü güvəndə hiss etməsində mühüm rol oynayır.

Ətraflı məlumat və müraciət üçün:
📞 Zəng: 913
📲 WP: 050 229 81 90

23/07/2026

Rahat nəfəs almaq həyat keyfiyyətinə birbaşa təsir edən vacib amillərdən biridir.

Burun çəpərinin əyriliyi davamlı burun tutulması, nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus problemləri, xoruldama və yuxu keyfiyyətinin pozulması kimi şikayətlərə səbəb ola bilər. Müasir diaqnostika və cərrahi müalicə üsulları sayəsində bu problemin effektiv həlli mümkündür.

Respublika Diaqnostika Mərkəzinin otorinolarinqoloq uzmanı Dr. Elxan Zərgərov tərəfindən həyata keçirilən müayinə və müalicə ilə sağlam nəfəs almağa doğru ilk addımı atın.

Ətraflı məlumat və müraciət üçün:
📞 Zəng: 913
📲 WP: 050 229 81 90

Nevrologiya sahəsində uzunillik elmi və praktik fəaliyyəti ilə tanınan professor Rəna Şirəliyeva Respublika Diaqnostika ...
20/07/2026

Nevrologiya sahəsində uzunillik elmi və praktik fəaliyyəti ilə tanınan professor Rəna Şirəliyeva Respublika Diaqnostika Mərkəzində pasiyentlərin xidmətindədir.

Tibb elmləri doktoru, professor və “Əməkdar Elm xadimi” fəxri adına layiq görülən Rəna Şirəliyeva nevrologiya sahəsində 100-dən artıq elmi əsərin, dərslik və monoqrafiyaların müəllifidir. O, beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi təmsil etmiş, Azərbaycan nevrologiyasının inkişafına mühüm töhfələr vermişdir.

Peşəkar yanaşma, zəngin təcrübə və elmi biliklərin vəhdəti ilə sağlamlığınızı etibarlı əllərə etibar edin.

Ətraflı məlumat və müraciət üçün:
📞 Zəng: 913
📲 WP: 050 229 81 90

17/07/2026

Bağırsaq keçməzliyi təcili müdaxilə tələb edən və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilən cərrahi patologiyalardan biridir.

Respublika Diaqnostika Mərkəzində bu diaqnozla müraciət edən pasiyent üzərində təcili əməliyyat Ümumi Cərrah, Avropa Kolorektal Board sertifikatının ölkəmizdə ilk sahibi Dr. İlqar İsmayılov tərəfindən həyata keçirilmişdir.

Müasir cərrahi yanaşmalar, dəqiq diaqnostika və peşəkar tibbi komandanın koordinasiyalı fəaliyyəti mürəkkəb cərrahi halların uğurlu idarə olunmasında mühüm rol oynayır.

Ətraflı məlumat və müraciət üçün:
📞 Zəng: 913
📲 WP: 050 229 81 90

10/07/2026

KT və MRT pasiyentlər tərəfindən ən çox qarışdırılan və haqqında tez-tez suallar ünvanlanan radioloji müayinə üsullarıdır.

Bu müayinələrin hər biri fərqli texnologiyaya əsaslanır və müxtəlif klinik göstərişlər əsasında təyin olunur. Aralarındakı əsas fərqləri bilmək həm müayinə prosesini daha düzgün anlamağa, həm də diaqnostik yanaşma barədə məlumatlı olmağa kömək edir.

Müayinələrin xüsusiyyətləri, üstünlükləri və tətbiq sahələri haqqında ətraflı məlumat üçün videonu izləyin.

Ətraflı məlumat və müraciət üçün:
📞 Zəng: 913
📲 WP: 050 229 81 90

Address

Tbilisi Prospekti, 147
Baku
AZ1122

Telephone

913

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Diaqnostika Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Diaqnostika Mərkəzi:

Shortcuts

Share

Category