22/08/2026
✨ Avqustun 20-də Bakı Psixologiya Mərkəzi Məktəb Psixologiyası üzrə Peşəkar Akademiya Proqramına başlayıb.
Proqram çərçivəsində 6 saat davam edən intensiv təlimin ilk günündə iştirakçılar məktəb psixoloqunun fəaliyyətində vacib olan nəzəri və praktik biliklər qazanıblar.
🔹 Siniflər üzrə hazırlanmış psixoloji iş dəftərləri
🔹 Məktəb psixoloqunun peşəkar sənədləri və onlarla işləmə nümunələri
🔹 İbtidai siniflər üçün adaptasiya, emosiya, davranış istiqamətində hazırlanmış illüziyalı, metaforik nağıllar və praktik çalışmalar
🔹 Yuxarı siniflər üçün koqnitiv davranış terapiyası (CBT) və psixodrama əsaslı texnikalar
🔹 Risk qrupunun müəyyənləşdirilməsi, fəaliyyət planının qurulması və qrup çalışmaları
🔹 Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə iş üzrə fəaliyyət planı
🔹 İstedadlı şagirdlərin müəyyənləşdirilməsi, fəaliyyət planı və inkişaf yönümlü qrup çalışmaları
✨ İştirakçılar hazır materialların məktəb mühitində tətbiq xüsusiyyətlərini və müxtəlif yaş qrupları ilə iş zamanı necə istifadə olunmasını praktik nümunələr üzərindən öyrəndilər.