Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu

Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu Elmi-Tədqiqat Kardiologiya institutu
Ünvan: АZ1072, Bakı şəhəri, N.Nərimanov rayonu, Fətəli Xan Xoyski 101

09/09/2026
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri” qrupunun üzvlərinə serti...
04/09/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Gülnaz Dadaşova könüllü fəaliyyətinin sevindirici hal olduğunu bildirərək qeyd edib ki, könüllülük çərçivəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib. O, həmçinin vurğulayıb ki, institutda təşkil olunan müxtəlif təqdimatlar, maarifləndirici seminarlar və elmi çıxışlar könüllülərin peşəkar inkişafına mühüm töhfə verir.
Tədbir çərçivəsində könüllülər tərəfindən hazırlanmış təqdimatlar nümayiş olunub, onların fəaliyyəti və əldə etdikləri nailiyyətlər barədə məlumat verilib.
Çıxışının sonunda professor könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirin sonunda “ETKİ könüllüləri” qrupunun üzvlərinə sertifikatlar təqdim olunub.

Journal of Heart Disease and Therapy növbəti 3-cü buraxılışında beynəlxalq müəlliflərin növbəti dəyərli elmi işi ilə oxu...
02/09/2026

Journal of Heart Disease and Therapy növbəti 3-cü buraxılışında beynəlxalq müəlliflərin növbəti dəyərli elmi işi ilə oxucularını sevindirəcək.
Journal of Heart Disease and Therapy - dünyanın müxtəlif ölkələrindən alim və həkimləri bir araya gətirən beynəlxalq elmi platformadır. Jurnal həm onlayn, həm də çap formatında nəşr olunur.
Onlayn ISSN nömrəsi 3078-4514, çap versiyasının ISSN nömrəsi isə 3105-1316-dır. Hər iki ISSN nömrəsi Beynəlxalq ISSN Mərkəzi tərəfindən rəsmi qeydiyyata alınmışdır. (portal.issn.org⁠)
Jurnal orijinal tədqiqat məqalələri, icmal məqalələri, klinik hallar (case report), ekspert rəyləri və redaksiya yazıları dərc edir. (j-hdt.com⁠)
Jurnal beynəlxalq elmi nəşr standartlarına uyğun olaraq ciddi resenziya prosesindən istifadə edir və elmi etikaya xüsusi önəm verir.
Məqalələr müstəqil ekspertlər tərəfindən qiymətləndirilir və yalnız elmi keyfiyyət meyarlarına cavab verdikdən sonra nəşr olunur. (j-hdt.com⁠)
JHDT Crossref sistemində qeydiyyatdan keçmişdir və məqalələrə DOI identifikatorları təqdim olunur. Bundan əlavə, jurnalın məqalələri müxtəlif beynəlxalq elmi platformalarda və indekslərdə görünür. Jurnalın Impact Factor göstəricisi hazırda qiymətləndirmə mərhələsindədir. (j-hdt.com⁠)

Kardiologiyada innovativ texnologiyalar: Azərbaycan nümayəndə heyəti AlmaniyadaSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiolog...
30/08/2026

Kardiologiyada innovativ texnologiyalar: Azərbaycan nümayəndə heyəti Almaniyada

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova rəhbərliyində nümayəndə heyəti Almaniyada kardiologiya və tibbi texnologiyalar sahəsində aparıcı yeniliklərlə tanış olub.
Səfər çərçivəsində Siemens Healthineers-in Forchheim şəhərində yerləşən innovasiya və istehsal mərkəzində müasir KT və MRT texnologiyaları, süni intellekt əsaslı görüntüləmə imkanları, həmçinin yeni nəsil foton sayğaclı sensor texnologiyaları təqdim edilib.
Nümayəndə heyəti Erlangen Universitet Klinikasında kardiologiya, angioqrafiya, radiologiya və müasir görüntüləmə sistemləri ilə də tanış olub.
Səfərin əsas istiqamətlərindən biri müasir tibbi texnologiyaların Azərbaycanda kardiologiyanın inkişafına tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Münhen şəhərində keçirilən görüşlərdə Siemens Healthineers rəhbərliyi ilə müasir kardiologiyanın gələcəyi, innovativ texnologiyalar və ürək-damar xəstəliklərinin erkən aşkarlanması imkanları müzakirə edilib.
Professor Gülnaz Dadaşova qeyd edib ki, bu cür beynəlxalq təcrübə mübadiləsi Azərbaycanda kardioloji xidmətlərin daha da inkişaf etdirilməsi və ən müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda Almaniyanın Münhen şəhərində dünyanın aparıcı kardiologiya tədbirlərindən biri – ESC Congress 2026 keçirilir.Avr...
29/08/2026

Hazırda Almaniyanın Münhen şəhərində dünyanın aparıcı kardiologiya tədbirlərindən biri – ESC Congress 2026 keçirilir.
Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın müxtəlif ölkələrindən aparıcı kardioloqlar və tibb mütəxəssisləri bir araya gəlir. Tədbir çərçivəsində ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsində ən son elmi yeniliklər, müasir klinik yanaşmalar, innovativ texnologiyalar və süni intellektin kardiologiyada tətbiqi müzakirə olunur.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova da mötəbər beynəlxalq tədbirdə iştirak edir.
Konqresdə iştirak Azərbaycan kardiologiyasının beynəlxalq elmi platformalarda layiqincə təmsil olunması, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və yeni elmi əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Professor Gülnaz Dadaşova qeyd edib ki, ESC Congress dünyanın aparıcı mütəxəssislərinin bir araya gəldiyi mühüm elmi platformalardan biridir. Burada əldə etdiyimiz yeni biliklərin və təcrübələrin ölkəmizdə kardiologiyanın inkişafına töhfə verəcək.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyə...
27/08/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlər davam etdirilir.

İnstitutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesi və onlara yaradılmış şəraitlə yaxından tanış olub. Baxış zamanı pasiyentlərlə və tibb heyəti ilə görüş keçirilib, göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra avqust ayının əvvəlindən fəaliyyətə başlayan könüllülərlərin fəaliyyəti ilə tanışlıq olub. Könüllülər institutda pasiyentlərin və onların yaxınlarının məlumatlandırılması, istiqamətləndirilməsi, eləcə də xəstəxanada olduqları müddətdə onlara dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.
İnstitut rəhbərliyi könüllülərin fəaliyyətinin pasiyentyönümlü xidmətlərin inkişafına və tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

26/08/2026
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilibKardiologiya İnstitutunda İnstitutun könüllüləri ilə interaktiv gö...
14/08/2026

Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib

Kardiologiya İnstitutunda İnstitutun könüllüləri ilə interaktiv görüş keçirilib. Görüşdə İnstitutun direktoru, professor Gülnaz Dadaşova, direktor müalicə işlər üzrə müavini Afiyəddin İsgəndərov və könüllülər iştirak ediblər.
Görüşün əsas məqsədi könüllülərlə birbaşa fikir mübadiləsi aparmaq, onların təklif və təşəbbüslərini dinləmək, eləcə də gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.
Söhbət zamanı könüllülər İnstitutun fəaliyyətinin daha da inkişaf etdirilməsi, gənclərin proseslərə cəlb olunması və müxtəlif istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi ilə bağlı öz ideya və təkliflərini səsləndiriblər. Rəhbərlik tərəfindən irəli sürülən fikirlər və könüllülərin təklifləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnstitutun direktoru professor Gülnaz Dadaşova çıxışında könüllülərin fəallığının və təşəbbüskarlığının əhəmiyyətini vurğulayaraq bildirib.
Görüş zamanı könüllülərin qarşıdakı dövrdə həyata keçiriləcək layihələrdə daha fəal iştirakı, yeni təşəbbüslərin hazırlanması və İnstitutla könüllülər arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Səmimi və açıq fikir mübadiləsi şəraitində keçən görüş qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, yeni ideyaların formalaşdırılması və gələcək fəaliyyət üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyə...
05/08/2026

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlər davam etdirilir.

İnstitutun direktoru, professor Gülnaz Dadaşova stasionar şöbələrdə palatalara baxış keçirərək pasiyentlərin sağlamlıq vəziyyəti, müalicə prosesi və onlara yaradılmış şəraitlə yaxından tanış olub. Baxış zamanı pasiyentlərlə və tibb heyəti ilə görüş keçirilib, göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra avqust ayının əvvəlindən fəaliyyətə başlayan könüllülərlə tanışlıq olub. Könüllülər institutda pasiyentlərin və onların yaxınlarının məlumatlandırılması, istiqamətləndirilməsi, eləcə də xəstəxanada olduqları müddətdə onlara dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
İnstitut rəhbərliyi könüllülərin fəaliyyətinin pasiyentyönümlü xidmətlərin inkişafına və tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Address

Fətəli Xan Xoyski 101
Baku
AZ1072

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi EImi-Tədqiqat Kardiologiya İnstitutu:

Shortcuts

Share

Category