Dr. Ağakişiyev Aqil

Dr. Ağakişiyev Aqil QASTROENTEROLOQ-HEPATOLOQ
İnvaziv Endoskopist. ERCP Ankara şəhəri. Hacettepe Unversiteti. Patoloji , Gastroenteroloji.

Təhsil və İş təcrübəsi :

2003-2009- Azərbaycan Tibb Universiteti
2009-2010- Qastroenteroloji İxtisasartırma kursu
2005-2010- Dövlət və özəl xəstəxanada “Cərrahi və Terapeftik” yönümlü asistent (həkim köməkçisi) və Həkim
2008- Türkiyə. Bilim Dalında Staj
2010- “Yükseköğretim Kurulu Başkanlığı” Diploma Denglik Belgesi
2010-2013- Gaziantep Üniversitesi Şahinbey Araştırma ve Uygulama Hastanesi İç h

astalıkları Ana Bilim Dalı Gastroenteroloji-Hepatoloji Bilim Dalı Yan Dal Uzmanlık Eğitiminde Üst İxtisas
2013- “Medistyle Hospital”
2014-2019 –“Avrasiya Hospital”
2019-2021- “Ege Hsopital”da Baş Həkim
2021- “Olimp Hospital”da Direktor
2014-2021 - APASL üzvü
201-2021 - EASL üzvü

Gördüyü işlər :
-Endoskopi ve Kolonoskopi;
-Görüntüləmə və invaziv;

Özofagogastroduodenoskopi, Endoskopik biyopsi, Özofageal varis bant ligasyon müalicəsi, Sengstaken-Blakemore tube yerləşdirilməsi, Özofageal varis sklerozan müalicəsi, Non varis GIS qanama sklerozan müalicəsi, Heater probe, Endoskopik yad cisim çıxarılması, Endoskopik polipektomi, Endoskopik Argon Plazma Koagülasyon (APC), Endoskopik bəslənmə tüpü yerləştirilməsi (NJ-Nazojejunal, ND-Nazoduodenal, NG-Nazogastrik), Perkütan Endoskopik Gastrostomi (PEG), Perkütan Gastrojejunostomi, Gastrointestinal darlıkların müalicəsi- Darlıkların Buji dilatasyonu, Gastrointestinal Darlıkların Balon Dilatasyonu, Endoskopik Özofageal Endoprotez, Endoskopik Pilor Balon Dilatasyonu, Özofagus (Bujı ve Balon) Dilatasyonu, Endoskopik Mukozal Rezeksiyon (EMR), Endoskopik Submukozal Diseksiyon (ESD) Kolonoterminal ileoskopi, Kolonoskopik polipektomi, Kolonoskopik darlıkların endoskopik müalicəsi, Kolonanjiodisplazilerin endoskopik müalicəsi. Kolon EMR, Kolon ESD
ERCP –Endoskopik-Retrograd-Colonjio-Pankreatografi
EUS
-EndoUltra Sonografiya

Diaqnostika- “Öd yolları və Pankreas” xəstəliklərinin diaqnostikası
Müalicə- Endoskopik Papillotomi və ya Sfinkteroplasti, Endoskopik Biliyer ya da Pankreatik taş Ekstraksiyonu, Endoskopik Biliyer ya Pankreatik Endoprotez, Biliyer Litotripsi, Endoskopik Biliyer ya Pankreatik Darlık Dilatasyonu,

Qaraciyər Biyopsisi- USG ile dəyərləndirərək tru-cut biopsi
-Ambulator xəstələrin diaqnozu, müalicə və yönləndirilməsi;
-Qastroenteroloji; Özefaqus, mədə-bağırsaq xəstəliklərinin araşdırılması, müalicəsi və yönləndirilməsi
-Hepatoloji;
Virus hepatitləri- Hepatit B, Hepatit C, Hepatit D virusu, eyni zamanda Primer Biliyer Siroz, Primer Sklerozan Kolanjit, Vilson xəstəliyi, Hemokromatozis, Otoimmun Hepatitlər, Potal Ven Trombozu, Budd Chiari Sindromu, digər Qaraciyər, öd kisəsi və öd yolları xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi;
Siroz; Siroz xəstələrinin etiyolojisinin araşdırılması, müalicəsi və yönləndirilməsi. Pankreas (Mədəaltı vəz)
- Mədaltı vəzi xəstəliklərinin araşdırılması, müalicəsi və yönləndirilməsi
-İnflamatuar bağırsaq xəstəlikləri;
-Crohn xəstəliyi. Ülseratif Kolit xəstəliyi
-Stasyanar - Yatan xəstələrin müalicə və izlənməsi
Mükafatlar
-Çox saylı beynəlxalq elmi konfranslarda iştirak ilə bağlı sertifikatlar. Elmi fəaliyyətlər
-Elmi məqalələri: 20-dən çox:

Çoxsaylı xarici elmi konfranslarda və jurnallarda çap olunmuş elmi afişa və məqalələr .
• Hepatosteatozda Anti-HBc Seropozitifligi ile Hiperleptinemi Birlikteliği
• Naiv Kronik Hepatit B hastalarında Lamivudin tedavisinin etkinliği
• Karaciğer Transpalntasyonu ; Gaziantep Tıp Fakultesi Tecrübesi
• Karaciğer Transplantasyonu sonrası immunsupressif tedaviye sekonder yan etkiler
• Kronik Hepatit B hastalarının tedavisinde Telepravir ve Telbivudin karşılaştırılması
• ERCP findings of patients with benign and malignant biliary strictures
• Mean platelet volume as a new fibrosis indicator in Chronic Hepatitis B
• Pituitary failure and secondary adrenal insufficiency presenting with hyponatremia during treatment of a patient with chronic hepat
• Üst GİS endoskopisinde ektopik pankreasın görülme oranı
• Crohn hastalığı; Demografik ve klinik özellikleri
• Nadir bir endoskopi bulgusu: Ardışık pilor
• Gastrik poliplerin çeşit ve sıklığı: Gaziantep Bölgesi
• Perkutan Endoskopik Gastrostomi (PEG) Uygulamalarımız
• GİS darlıkların endoskopik tedavisinde demografik özellikler
• Akalazya tedavisinde pnömatik balon dilatasyonunun etkinliği
• Farklı amaçlarla yapılan üst GİS endoskopisinde ektopik pankreas görülme oranı
• Helikobakteri pilori
• Kolonoskopi işlemi sırasında batına bası ve pozisyon değişmesi rutin bir uygulama mıdır?
• Kolon temizliğinde farklı gün ve aynı gün kolon temizliği yapılmasının karşılaştırılması
• Blue rubre bleb sendromu
• Kriptojenik Karaciğer Hastalıklarında Çölyak Hastalığı etiyoloji faktör ola bilir mi?

Detoks çaylarının çoxu sadəcə laksativ təsirli bitkilərdən ibarətdir (məs. sena yarpağı). Bunlar bağırsağı məcburi boşal...
10/08/2026

Detoks çaylarının çoxu sadəcə laksativ təsirli bitkilərdən ibarətdir (məs. sena yarpağı). Bunlar bağırsağı məcburi boşaldır, amma bunun "toksin təmizləmə" ilə heç bir əlaqəsi yoxdur, sadəcə su və elektrolit itkisidir.
Bədəninizin öz təbii "detoks" sistemi var: qaraciyər və böyrəklər. Onlara lazım olan çay deyil, bol su, lifli qida və hərəkətdir. 💧🥗

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

Bir çox insan qıcqırma hiss etdikdə bunun hökmən reflüks olduğunu düşünür. Halbuki, qıcqırma reflüksün əlamətlərindən bi...
07/08/2026

Bir çox insan qıcqırma hiss etdikdə bunun hökmən reflüks olduğunu düşünür. Halbuki, qıcqırma reflüksün əlamətlərindən biridir.
🔹 Qıcqırma döş qəfəsinin mərkəz nahiyəsində hiss edilən yanma hissidir.
🔹 Reflüks isə mədədə olan turşunun qida borusuna geri qayıtmasıdır.

Reflüks zamanı qıcqırmadan başqa aşağıdakı əlamətlər də müşahidə oluna bilər:
✔️ Ağıza turş və ya acı mayenin gəlməsi;
✔️ Boğazda yanma və ya qıcıqlanma hissi;
✔️ Səs tutulması;
✔️ Davamlı öskürək.

Əgər bu şikayətlər tez-tez təkrarlanırsa, onları normal qəbul etməyin. Səbəbini öyrənmək və düzgün müalicə almaq üçün qastroenteroloqa müraciət edin.

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

05/08/2026

✅ Ülserativ kolit yalnız bağırsaqların sağlamlığına deyil, xəstənin gündəlik həyat keyfiyyətinə də ciddi şəkildə təsir edə bilər. Qanlı ishal, qəfil yaranan defekasiya ehtiyacı və bərk qarın ağrıları zaman keçdikcə iş, təhsil və sosial həyatı əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Ancaq bu o demək deyil ki, vəziyyət çıxılmazdır. Müasir müalicə üsulları ilə xəstəliyi nəzarət altında saxlamaq və uzunmüddətli remissiyaya nail olmaq mümkündür. Əsas odur ki, simptomları gizlətməyin, müayinəni təxirə salmayın və vaxtında qastroenteroloqa müraciət edin.

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

✅ Bağırsaq polipləri çox vaxt özünü büruzə vermir. Bu da onları xüsusilə təhlükəli edir. Əksəriyyəti zərərsiz olsa da, b...
03/08/2026

✅ Bağırsaq polipləri çox vaxt özünü büruzə vermir. Bu da onları xüsusilə təhlükəli edir. Əksəriyyəti zərərsiz olsa da, bəziləri zaman keçdikcə xərçəngə çevrilə bilər.
45 yaşdan yuxarı olanlar, ailəsində bağırsaq xərçəngi tarixçəsi olanlar risk qrupundadırlar. Amma yaxşı xəbər budur ki, erkən aşkarlanan poliplər kolonoskopiya vasitəsilə asanlıqla çıxarılır və xərçəngin qarşısı alınır.
45 yaşdan sonra mütləq kolonoskopiyadan keçin. Bu sadə müayinə həyatınızı xilas edə bilər. 🩺

31/07/2026

✅ Qaraciyər sirrozu nədir və yaranma səbəbləri nələrdir?

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

Hepatit uzun müddət özünü büruzə vermədən inkişaf edə və bu müddət ərzində qaraciyərinizə zərər verməyə davam edə bilər....
28/07/2026

Hepatit uzun müddət özünü büruzə vermədən inkişaf edə və bu müddət ərzində qaraciyərinizə zərər verməyə davam edə bilər. Məhz buna görə də erkən diaqnostika və vaxtında müalicə böyük əhəmiyyət kəsb edir.

Unutmayın:
✅ Hepatitin bir çox növünün qarşısını almaq mümkündür;
✅ Müntəzəm müayinələr və analizlər xəstəliyin erkən aşkarlanmasına kömək edir:
✅ Sağlam həyat tərzi və həkim nəzarəti qaraciyər sağlamlığının qorunmasında mühüm rol oynayır.
✅ Məlumatlı olmaq və vaxtında yoxlanmaq həm öz sağlamlığınızı, həm də yaxınlarınızı qorumağın ən doğru yoludur.

Çölyak xəstəliyi yalnız həzm sistemi ilə bağlı şikayətlərlə özünü göstərmir. Bəzən uzun müddət davam edən yorğunluq, dəm...
27/07/2026

Çölyak xəstəliyi yalnız həzm sistemi ilə bağlı şikayətlərlə özünü göstərmir. Bəzən uzun müddət davam edən yorğunluq, dəmir çatışmazlığı və ya səbəbi bilinməyən köp də bu xəstəliyin əlaməti ola bilər.
Erkən diaqnoz bağırsağın zədələnməsinin qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün böyük əhəmiyyət daşıyır.

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

☀️ İsti havalarda orqanizm daha çox maye itirir. Kifayət qədər su qəbul edilmədikdə həzm sistemi yavaşlaya, qəbizlik, kö...
24/07/2026

☀️ İsti havalarda orqanizm daha çox maye itirir. Kifayət qədər su qəbul edilmədikdə həzm sistemi yavaşlaya, qəbizlik, köp və mədədə narahatlıq yarana bilər.
Yay aylarında qidalanma vərdişləri də dəyişir. Yağlı yeməklər, fast-food, qazlı içkilər və soyuq desertlərin daha çox qəbul edilməsi həzm sistemini yükləyə bilər.
Bundan əlavə, isti havada qidalar daha tez xarab olur. Düzgün şəraitdə saxlanılmayan qidaların qəbulu isə qida zəhərlənməsi və bağırsaq infeksiyalarına səbəb ola bilər.

🍽️ Həzm problemlərinin qarşısını almaq üçün gün ərzində çox su için, yüngül və təzə hazırlanmış qidalara üstünlük verin, meyvə və tərəvəzləri yaxşı yuyun.
Əgər qarın ağrısı, köp, ürəkbulanma, ishal və ya qəbizlik uzun müddət davam edirsə, bunu yalnız isti hava ilə əlaqələndirməyin. Səbəbin müəyyənləşdirilməsi üçün qastroenteroloqa müraciət etmək vacibdir.

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

22/07/2026

✅ ERCP vaxtında olunmasa nələrə səbəb ola bilər?

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

✅ Gilbert sindromu irsi keçən bir sindromdur. B sindrom zamanı qaraciyər bilirubin piqmentini normal şəkildə emal edə bi...
20/07/2026

✅ Gilbert sindromu irsi keçən bir sindromdur. B sindrom zamanı qaraciyər bilirubin piqmentini normal şəkildə emal edə bilmədiyindən qanda bu piqmentin səviyyəsi artır.
Nəticədə bəzi insanlarda gözlərin ağ hissəsində və ya dəridə yüngül saralma müşahidə olunur.
Gilbert sindromu olan insanların əksəriyyəti normal həyat sürür və çox vaxt xüsusi müalicəyə ehtiyac duymur.
Ancaq ac qalmaq, susuzluq, stres, yuxusuzluq, ağır fiziki yüklənmə və ya infeksiyalar bilirubinin səviyyəsini artıra və saralmanın daha çox nəzərə çarpmasına səbəb ola bilər.
Gilbert sindromu adətən ciddi qaraciyər xəstəliyi hesab edilmir. Lakin sarılıq ilk dəfə yaranırsa və ya qarın ağrısı, qızdırma, halsızlıq kimi digər şikayətlərlə müşayiət olunursa, mütləq həkim müayinəsindən keçmək lazımdır.

👨‍⚕️Qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyev
📞+994552605959
📍 Avropa Beynəlxalq Hospital (Bakı şəhər, Mikayıl Müşfiq 2A)
🌐 https://hepatoloq.com

Address

Avropa Beynəlxalq Hospital
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994552605959

Alerts

Be the first to know and let us send you an email when Dr. Ağakişiyev Aqil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Ağakişiyev Aqil:

Shortcuts

Share