01/05/2026
Hörmətli valideyinlər, nəyə diqqət etməli?
* Uşaqda p*s qoxu, dişlərdə saralma, qanayan diş əti varsa — gecikmədən stomatoloqa müraciət edin
* Süd dişləri də çox vacibdir — “onsuz da düşəcək” deyib laqeyd yanaşmaq olmaz.
🦷🦷🦷Övladlarınıza necə kömək edə bilərsiz?
gündəlik gigiyena:
* Uşaq dişlərini gündə 2 dəfə (səhər və yatmazdan əvvəl) fırçalamalıdır
* 10 yaşa qədər(uşağa görə dəyişir) valideyn nəzarəti mütləqdir
* Yumşaq tüklü diş fırçası istifadə edin
* Şirin qida və içkiləri məhdudlaşdırın (xüsusilə yatmazdan əvvəl)
🪥🪥🪥 Diş ipi və dişarası fırça
* Dişlər sıx yerləşibsə, gündə 2-3 dəfə diş ipi istifadə edin
👩⚕️ Professional gigiyena nədir?
Stomatoloq tərəfindən aparılan prosedurdur:
* Diş daşlarının və yumşaq çöküntülərin təmizlənməsi
* Ərpin təmizlənməsi
*Dişlərin cilalanması
📅 Nə qədər tez-tez lazımdır?
* Adətən 6 ayda 1 dəfə
* Amma ev şəraitində gündəlik təmizlik yaxşı səviyyədə deilsə daha tez-tez (3–4 ayda bir)