02/04/2022
Ümumdünya Autizm Maarifləndirmə Günü 2008-ci ildən etibarən hər il aprelin 2-də qeyd edilir.
Bu tarixin məqsədi autizmli insanlara kömək etmək və onların həyat səviyyəsini yaxşılaşdırmaq zərurətini vurğulamaqdır.
Bu il Araz Supermarket kollektivi ilə birgə “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyindən olan dostlarımızı yenidən qonaq etdik. Uşaqlar atlarla tanışlıqdan sonra terapiyamızda iştirak etdilər. Daha sonra Araz könüllüləri hədiyyələri kiçik dostlarımıza təqdim etdilər.
Klubumuz əlilliyi olan insanlara kömək etmək üçün hippoterapiyadan istifadə etməklə xeyriyyə aksiyaları keçirir. ✨