24/11/2025
Azərbaycan Neyrocərrahlar Assosiasiyası (ANEA) və International Cadaver Academy (ICA) birgə əməkdaşlıq çərçivəsində çox önəmli və uğurlu bir layihəni həyata keçirmişdir. Azərbaycan neyrocərrahiyyəsi tarixində ilk dəfə Kadaverik Tədris Kursu təşkil olunmuşdur.
Bu tip təlimlər xüsusilə gənc həkimlərin peşəkarlığının artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə böyük təkan verir. Eyni zamanda kəllə əsası və beyin anatomiyasının kadavra üzərində praktiki öyrənilməsinə geniş imkan yaradır.
Bu kursun gerçəkləşməsində əməyi keçən təşkilat komitəsinin üzvlərinə —
Dr. Nicat Bayramlıya, Dr. Turab Qasımova, Dr. Qardaşxan Kərimzadəyə, Dr. Tural Rəcəbova, həmçinin kursun həmsədri və Assosiasiyamızın İdarə Heyətinin rəhbəri Dr. Rövşən Xəlilzadəyə, ICA-nı təmsil edən Elşən bəyə və İradə xanıma texniki dəstəyə görə təşəkkürümüzü bildiririk.
Kursun yüksək səviyyədə təşkil olunmasına xüsusi dəstək göstərən Eldar Bayramova isə dərin minnətdarlığımızı ifadə edirik.
———————————————————————-az