ATU Tədris Cərrahiyyə Klinikası

ATU Tədris Cərrahiyyə Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası

Tədris Cərrahiyyə Klinikasında uzun illərdir uretra darlığından əziyyət çəkən 28 yaşlı xəstə üzərində mürəkkəb cərrahi ə...
11/08/2026

Tədris Cərrahiyyə Klinikasında uzun illərdir uretra darlığından əziyyət çəkən 28 yaşlı xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub.

ATU-nun Urologiya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı, professor Rauf Nağıyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyat zamanı xəstənin uretrasında olan darlıq aradan qaldırılıb, eyni zamanda sol tərəfli II–III dərəcəli varikosele də cərrahi yolla müalicə olunub.

Xəstənin təxminən 6 yaşından etibarən uretra darlığı problemi ilə mübarizə apardığı məlum olub. Bu müddət ərzində sidik kanalının genişləndirilməsi məqsədilə 2–3 dəfə bujlama proseduru icra edilib.

Əməliyyatdan əvvəl aparılan uretroqrafiya müayinəsində arxa uretra nahiyəsində təxminən 2 santimetr uzunluğunda darlıq müəyyən edilib. Müayinə zamanı tam tıxanmanın olmadığı və kontrast maddənin sidik kisəsinə keçdiyi müşahidə olunub.

Xəstədə eyni zamanda sol tərəfli II–III dərəcəli varikosele aşkarlanıb. Hər iki problemin eyni cərrahi müdaxilə zamanı aradan qaldırılması təmin edilib.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əməliyyatdan sonrakı müşahidəsi davam etdirilir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına qarında kəskin ağrılar, ümumi zəiflik və halsızlıq şikayətləri ilə müraciət edən x...
10/08/2026

ATU-nun Tədris Cərrahiyyə Klinikasına qarında kəskin ağrılar, ümumi zəiflik və halsızlıq şikayətləri ilə müraciət edən xəstəyə vaxtında qoyulan diaqnoz sayəsində həyati əhəmiyyətli əməliyyat uğurla başa çatdırılıb.

Klinikanın Transplantologiya şöbəsinin müdiri Anar Namazovun sözlərinə görə, xəstə təxminən bir həftə əvvəl qarnında qəflətən yaranan və özünü “xəncər sancılmış kimi” büruzə verən kəskin ağrıdan şikayətlənib. İlk vaxtlar bu vəziyyəti soyuqdəymə ilə əlaqələndirərək evdə müalicə olunmağa çalışan xəstə, şikayətlərin get-gedə kəskinləşməsi nəticəsində klinikaya müraciət edib.

Aparılan obyektiv müayinə zamanı xəstədə “taxta qarın” əlaməti aşkarlanıb ki, bu da qarın boşluğunda ciddi patoloji prosesin göstəricisi kimi qiymətləndirilib. Qarın boşluğunun icmal rentgenoqrafiyası və kompüter tomoqrafiyası (KT) müayinələri nəticəsində xəstədə mədə perforasiyası (dəlinməsi) diaqnozu qoyulub.

Qısa müddətli əməliyyatönü hazırlıqdan sonra xəstə laparoskopik üsulla mədə perforasiyasının bərpası əməliyyatına götürülüb. Əməliyyat zamanı qarın boşluğunda təxminən 1 litr irinli maye aşkar edilərək sanasiya olunub. Aparılan təftiş nəticəsində mədədəki perforasiya sahəsi müəyyənləşdirilərək laparoskopik yolla bərpa edilib. Əməliyyatın sonunda qarın boşluğu tam sanasiya və drenaj olunub.

Mütəxəssislər bildirir ki, bu tip hallarda erkən diaqnostika və vaxtında həkimə müraciət həyati əhəmiyyət kəsb edir çünki gecikmiş müalicə ağır fəsadlarla nəticələnə bilər. Eyni zamanda qeyd olunur ki, mədə perforasiyası kimi mürəkkəb patologiyaların laparoskopik (endoskopik, kəsiksiz) üsulla müvəffəqiyyətlə aparılması ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrahiyyə sahəsindəki güclü potensialını bir daha nümayiş etdirir.

ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahı Nigar Sultanova tərəfi...
08/08/2026

ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahı Nigar Sultanova tərəfindən burun nahiyəsində daha əvvəl aparılmış əməliyyatdan sonra yaranmış deformasiya və fəsadlarla bağlı mürəkkəb cərrahi müdaxilə icra olunub.

Pasiyent təxminən 2 il əvvəl burun ucu nahiyəsindən əməliyyat keçirib. Daha sonra burun ucunun formasını dəyişdirmək məqsədilə müxtəlif gel preparatlarından istifadə edib. Müəyyən müddət sonra isə gel preparatlarının tətbiq olunduğu nahiyələrdə şişkinlik və deformasiya meydana gəlib.

Müayinə zamanı gel preparatlarının yalnız burun ucunda deyil, ətraf toxumalara da yayıldığı müəyyənləşdirilib. Bu səbəbdən pasiyentə gel materiallarının toxumalardan xaric edilməsi və burun ucunun formasının cərrahi yolla korreksiyası həyata keçirilib.

Nigar Sultanovanın sözlərinə görə, belə hallarda cərrahi müdaxilə daha mürəkkəb olur. Çünki gel preparatları toxumalar arasında yayılaraq burun ucunun müxtəlif hissələrində dəyişikliklər yarada bilər. Əməliyyatın əhəmiyyətli hissəsi məhz toxumalara yayılmış gel materiallarının mümkün qədər tam şəkildə xaric edilməsinə sərf olunur.

Həkim bildirir ki, burun formasının dəyişdirilməsi məqsədilə tətbiq olunan gel preparatları bəzi hallarda gecikmiş fəsadlara səbəb ola bilər. Bu fəsadlar arasında uzunmüddətli şişkinlik, toxuma deformasiyası, burun ucunda asimmetriya və dəri dəyişiklikləri yer alır. Gel materialının toxumalara yayılması isə sonrakı cərrahi korreksiyanı daha da çətinləşdirə bilər. Aparılan əməliyyat zamanı gel materialları təmizlənib, burun ucunun forması cərrahi üsulla korreksiya olunaraq pasiyentin arzuladığı anatomik görünüşün bərpasına nail olunub.

📅8 Avqust — Beynəlxalq Oftalmoloq GünüGöz sağlamlığı həyat keyfiyyətimizin ən vacib hissələrindən biridir. Vaxtında apar...
08/08/2026

📅8 Avqust — Beynəlxalq Oftalmoloq Günü

Göz sağlamlığı həyat keyfiyyətimizin ən vacib hissələrindən biridir. Vaxtında aparılan müayinə, dəqiq diaqnoz və peşəkar tibbi yanaşma bir çox göz xəstəliklərinin erkən aşkarlanmasına və effektiv müalicəsinə imkan yaradır.

Tədris Cərrahiyyə Klinikası olaraq məqsədimiz pasiyentlərimizə müasir oftalmoloji xidmətlər, etibarlı diaqnostika və fərdi yanaşma təqdim etməkdir.

🔹 Dəqiq diaqnoz
🔹 Müasir müayinə üsulları
🔹 Peşəkar tibbi yanaşma
🔹 Sağlam və aydın gələcək

Bu gün göz sağlamlığımızın qorunması üçün çalışan bütün oftalmoloqları təbrik edir, onların əməyi və fədakarlığına təşəkkür edirik. 💚

📍 Tədris Cərrahiyyə Klinikası
📞 (+994 51) 923 09 23
📧 [email protected]

Sağlamlıq gözləməz — biz də gözləmirik24/7 xidmətinizdəyikATU-nun Tədris Cərrahiyyə Klinikası müasir avadanlıq və yüksək...
07/08/2026

Sağlamlıq gözləməz — biz də gözləmirik
24/7 xidmətinizdəyik

ATU-nun Tədris Cərrahiyyə Klinikası müasir avadanlıq və yüksək ixtisaslı həkim heyəti ilə sağlamlığınızı etibarlı əllərə həvalə edin.

📌TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİ ilə İcbari Tibbi Sığorta tərəfindən ödənilən rahat və keyfiyyətli xidmət!

📍 Ünvan: Mirqasımov küç., 1004-cü məhəllə, Bakı, Azərbaycan
📞 Əlaqə: (+994 51) 923 09 23

📞 Digər nömrələr:
(+994 12) 449 82 54
(+994 12) 440 01 26

📧 [email protected]

✨ Sağlamlığınız bizim prioritetimizdir!

ATU-nun Ümumi Cərrahlıq kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayev tərəfi...
07/08/2026

ATU-nun Ümumi Cərrahlıq kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, professor Elçin Ağayev tərəfindən yoğun bağırsağın bədxassəli şişi və hissəvi bağırsaq keçməzliyi diaqnozu qoyulan xəstə üzərində mürəkkəb cərrahi əməliyyat uğurla icra olunub.

Professor E.Ağayevin sözlərinə görə, pasiyentdə aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində yoğun bağırsağın bədxassəli yeni törəməsinin bağırsaq mənfəzini daraldaraq hissəvi bağırsaq keçməzliyinə səbəb olduğu müəyyən edilib. Xəstənin vəziyyəti multidissiplinar yanaşma çərçivəsində qiymətləndirildikdən sonra cərrahi müalicəyə göstəriş qoyulub.

İcra olunan əməliyyat zamanı sol tərəfli hemikolektomiya aparılıb. Cərrahi müdaxilə çərçivəsində şişlə zədələnmiş yoğun bağırsaq seqmenti onkoloji prinsiplərə uyğun şəkildə, regional limfa düyünləri ilə birlikdə xaric edilib. Daha sonra bağırsağın sağlam ucları arasında kolorektal anastomoz yaradılaraq həzm traktının anatomik və funksional tamlığı bərpa olunub. Əməliyyatın əsas məqsədi bədxassəli törəmənin tam rezeksiyasını həyata keçirmək, bağırsaq keçməzliyini aradan qaldırmaq, xəstəliyin irəliləməsinin qarşısını almaq və pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmaq olub.

Əməliyyat uğurla başa çatıb, xəstə əməliyyatdan sonrakı dövrdə həkim nəzarəti altında müalicəsini davam etdirir.

ATU-nun Travmatologiya və Ortopediya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının travmatoloq-ortoped cərrahı...
06/08/2026

ATU-nun Travmatologiya və Ortopediya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının travmatoloq-ortoped cərrahı İsmixan Mətiyev tərəfindən 70 yaşlı pasiyent üzərində uğurlu total diz oynağının endoprotezləşdirilməsi (total diz artroplastikası) əməliyyatı həyata keçirilib.

Pasiyent 6 il əvvəl tərəfimizdən icra olunan sol diz oynağında aparılmış endoprotezləşdirmə əməliyyatından uğurlu nəticə əldə edib. Rentgenoloji müayinələrdə həmin protezin normal vəziyyətdə olduğu müşahidə edilir. Son dövrlərdə isə sağ diz oynağında deformasiyalaşdırıcı osteoartrozun irəliləməsi, güclü ağrı və hərəkət məhdudiyyəti səbəbindən yenidən Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

Əməliyyat orta hesabla 1 saat davam edib, cərrahi müdaxilə zamanı diz oynağı açılaraq artroz nəticəsində zədələnmiş qığırdaq toxuması və oynaq səthləri xaric edilib, onların yerinə müasir diz endoprotezi implantasiya olunub.

Total diz artroplastikasının əsas məqsədi ağrının aradan qaldırılması, diz oynağının funksiyasının və hərəkət həcminin bərpası, həmçinin pasiyentin gündəlik həyat keyfiyyətinin yüksəldilməsidir.

📅6 Avqust — Dünya Həkimləri Sülh Uğrunda Günü🕊️ Həkimlik yalnız xəstəlikləri müalicə etmək deyil, həm də insan həyatını,...
06/08/2026

📅6 Avqust — Dünya Həkimləri Sülh Uğrunda Günü

🕊️ Həkimlik yalnız xəstəlikləri müalicə etmək deyil, həm də insan həyatını, ümidi və gələcəyi qorumaq missiyasıdır.

Sülhün olduğu cəmiyyətdə sağlamlıq inkişaf edir, insanlar daha təhlükəsiz və güvənli yaşayır. Həkimlər isə bu dəyərlərin qorunmasında mühüm rol oynayırlar.

Bu gün həyatını insanlara xidmətə həsr edən bütün həkimlərə təşəkkür edir, onların peşəkarlığını və fədakarlığını yüksək qiymətləndiririk.

🏥Tədris Cərrahiyyə Klinikasının kollektivi başda olmaqla, bütün həkimlərimizi bu mənalı gün münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı və uğurlu fəaliyyət arzulayırıq.

📍 Tədris Cərrahiyyə Klinikası
📞 (+994 51) 923 09 23
📧 [email protected]

05/08/2026

ATU-nun Urologiya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı Reşad Məmmədov və Urologiya kafedrasının baş laborantı Məmməd Məmmədovun birgə icra etdiyi əməliyyatdan görüntülər

🩺Kolonoskopiyadan qorxmağa ehtiyac varmı?Müasir tibbi şəraitdə aparılan kolonoskopiya bağırsaq sağlamlığının qiymətləndi...
04/08/2026

🩺Kolonoskopiyadan qorxmağa ehtiyac varmı?

Müasir tibbi şəraitdə aparılan kolonoskopiya bağırsaq sağlamlığının qiymətləndirilməsi üçün vacib və dəyərli müayinə üsuludur. Müayinə təcrübəli həkim nəzarətində aparıldıqda adətən təhlükəsiz olur və bir çox xəstəliyin erkən aşkarlanmasına kömək edir.

📌 Nələri bilmək vacibdir?

✔️ Müayinə bağırsağın daxili vəziyyətini qiymətləndirməyə imkan verir
✔️ Polip və digər dəyişikliklərin erkən aşkarlanmasına kömək edir
✔️ Müasir avadanlıqlar sayəsində prosedur daha komfortlu həyata keçirilir
✔️ Həkimin hazırlıq qaydalarına əməl etmək müayinənin keyfiyyəti üçün önəmlidir
✔️ Erkən diaqnostika gələcək ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır
Sağlamlığınızı gecikdirməyin — vaxtında müayinə rahatlıq və güvən yaradır 💚

📍 Ünvan: Mirqasımov küç., 1004-cü məhəllə, Bakı, Azərbaycan
📞 Əlaqə telefonu: (+994 51) 923 09 23
📞 Digər telefonlar: (+994 12) 449 82 54 | (+994 12) 440 01 26
📧 E-mail: [email protected]

Address

Nəsimi Rayonu Səməd Vurğun 155
Baku
1078

Telephone

99412923

Alerts

Be the first to know and let us send you an email when ATU Tədris Cərrahiyyə Klinikası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ATU Tədris Cərrahiyyə Klinikası:

Shortcuts

Share

Category