20/08/2026
🎓 İxtisasa yeni qəbul oldum… Bəs indi nə etməliyəm?
Psixologiya – Təhsildə sosial-psixoloji xidmət ixtisasına yeni qəbul olmusansa, yəqin ki, beynində bu suallar var:
🧠 Nələri bilməliyəm?
📚 Hansı mövzuları və sahələri öyrənməyə başlamalıyam?
🧭 Haradan başlamalı, necə davam etməliyəm?
💡 Hansı təlimlərə qatılmalıyam, hansı bacarıqları inkişaf etdirməliyəm?
🔎 2-ci kursa keçmişəmsə, artıq hansı istiqamətdə addım atmalıyam?
👩🏻⚕️ Gələcəkdə peşəkar psixoloq olmaq üçün indidən nə etməliyəm?
Bəzən universitetə qəbul olmaq yolun başlanğıcıdır, amma o yolda necə irəliləyəcəyimizi bilmək daha böyük sual olur.
✨ Məhz bu suallara cavab tapmaq üçün “Psixoloqun Yol Xəritəsi” görüşündə bir araya gəlirik.
Bu ONLINE görüşdə birlikdə danışacağıq:
🔹 1-ci kursdan başlayaraq psixologiya tələbəsi nələri bilməli və öyrənməlidir?
🔹 TSPX ixtisasına yeni qəbul olanlar haradan başlamalıdır?
🔹 2-ci kurs tələbəsi artıq hansı istiqamətdə inkişaf etməlidir?
🔹 Nəzəri bilikləri praktik bacarıqlara necə çevirmək olar?
🔹 Psixologiyanın hansı sahələri ilə tanış olmaq lazımdır?
🔹 Təlim, staj, kitab, seminar və digər inkişaf imkanlarını necə düzgün seçmək olar?
🔹 Özünü gələcəkdə peşəkar psixoloq kimi necə formalaşdırmaq olar?
👩🏻🏫 Uzman psixoloq Fatimə Qəhrəmanova
👩🏻⚕️ Klinik psixoloq Leyla Rəcəbzadə
Peşəkar yol bir addımla başlayır.
Bəlkə də sənin ilk doğru addımın məhz bu görüşdür. 🤍
📩 İştirak üçün bizə DM-dən yaza bilərsən.