Dr. Zəka Abdullayev

Dr. Zəka Abdullayev Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Zəka Abdullayev, Neurosurgery, Baku.

📌 Anevrizmatik sümük kisti• kistin total xaric edilməsi, yaranan boşluğun sümük sementi ilə doldurulması, posterior fiks...
04/12/2025

📌 Anevrizmatik sümük kisti
• kistin total xaric edilməsi, yaranan boşluğun sümük sementi ilə doldurulması, posterior fiksasiya
• biopsiya - anevrizmatik sümük kisti

̇mplantı

📌 Spondilolistez (Fəqərə sürüşməsi)Bel fəqərələrinin birinin digərinin üzərində irəli sürüşməsi nəticəsində yaranan pato...
02/12/2025

📌 Spondilolistez (Fəqərə sürüşməsi)
Bel fəqərələrinin birinin digərinin üzərində irəli sürüşməsi nəticəsində yaranan patoloji vəziyyətdir. Ən çox L4–L5 və L5–S1 səviyyəsində rast gəlinir.



🩺 Əlamətləri:
• Bel və omba nahiyəsində ağrı
• Ayaqlara yayılan keyimə, yanma, uyuşma
• Gəzərkən tez yorulma
• Əzələ spazmı
• Şiddətli hallarda – ayaqlarda gücün azalması



🔍 Səbəbləri:
• Travma
• İdman yüklənməsi
• Doğuşdan yaranmış fəqərə qüsurları
• Degenerativ proseslər (yaşla əlaqəli)



🧪 Diaqnostika:
• Rentgen
• MRT
• KT (travma və qüsur aşkarlanması üçün)



🩹 Müalicə:

🔸 Yüngül dərəcədə:
Fizioterapiya, dərman müalicəsi, bel əzələlərinin gücləndirilməsi.

🔸 İrəli dərəcədə və ya nevroloji defisit olduqda:
Cərrahi müalicə — dekompressiya və fiksasiya.



👨‍⚕️ Nə zaman həkimə müraciət etməli?
• Ağrı 1–2 həftədən uzun sürürsə
• Ayaqlarda keyimə, zəiflik yaranırsa
• Tez-tez “boşalma hissi” olursa
• Gəzərkən məsafə qısalıbsa

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 051 4214455

📌 Sinir Blokadası Nədir? Ağrının Müasir Müalicə YoluƏməliyyatsız, sürətli və təsirli ağrı müalicəsi üsulu axtaran xəstəl...
26/11/2025

📌 Sinir Blokadası Nədir? Ağrının Müasir Müalicə Yolu

Əməliyyatsız, sürətli və təsirli ağrı müalicəsi üsulu axtaran xəstələr üçün sinir blokadası ən effektiv prosedurlardan biridir.

🔹 Sinir blokadası — ağrıya səbəb olan sinirin ətrafına dərmanın yeridilməsi ilə həmin nahiyədə ağrının kəsilməsini təmin edən müasir anesteziya-metodudur.
Bu prosedur həm diaqnostik, həm də müalicəvi məqsədlərlə tətbiq oluna bilər.

✨ Hansı hallarda istifadə olunur?
• Boyun, bel və kürək ağrıları
• Karpal tunel sindromu
• Siyatik (ayağa vuran) ağrılar
• Oynaqlarda və əzələ-sinir sıxılmalarında
• Travma sonrası sinir ağrılarında

🩺 Prosedurun üstünlükləri
• Effekt dərhal hiss olunur
• Qısa müddət çəkir (5–10 dəqiqə)
• Əməliyyatsız və təhlükəsizdir
• Hərəkət qabiliyyəti yaxşılaşır
• Ağrı uzun müddətə azalır

💉 Prosedur necə aparılır?

Ultrasəs və ya rentgen (fluoroskopiya) nəzarəti altında sinirə yaxın zonaya dərman yeridilir. Bu, həm də prosedurun təhlükəsizliyini maksimum artırır.

✔️ Kimlərə uyğundur?

Xroniki ağrılardan əziyyət çəkən, əməliyyatdan çəkinən və daha tez nəticə almaq istəyən xəstələr üçün ideal seçimdir.

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 051 4214455

📌 L4-L5 fəqərəarası disk yırtığı diaqnozu ilə əməliyyat etdiyimiz xəstəmiz, əməliyyatdan 2 gün sonra tam ağrısız şəkildə...
19/11/2025

📌 L4-L5 fəqərəarası disk yırtığı diaqnozu ilə əməliyyat etdiyimiz xəstəmiz, əməliyyatdan 2 gün sonra tam ağrısız şəkildə evə yazıldı👏🏻

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 051 4214455

📌 Spinal Stenoz Cərrahiyyəsi• Ağrı: Bel fəqərələri səviyyədə (Lumbal) olan stenoz, əsasən beldən ayaqlara doğru yayılan ...
04/11/2025

📌 Spinal Stenoz Cərrahiyyəsi

• Ağrı: Bel fəqərələri səviyyədə (Lumbal) olan stenoz, əsasən beldən ayaqlara doğru yayılan ağrılarla, Servikal stenozda isə çiyinlərə və qollara yayılan ağrılarla biruzə verir.

• Nevroloji əlamətlər: uyuşma, paresteziya, güzsüzlük və hərəkət məhdudluğu

• Yeriş çətinliyi: Xüsusilə lumbal stenozda “neyrogenik klodikasiya” adlandırılan, yeriş zamanı artan və istirahət zaman azalan ağrı müşahidə olunur.

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev

📞 +99451 4214455
abdullayevzaka

📌 Boynunda və hər iki ətraflarında olan ağrı, keylik, zəiflik şikayətləri ilə müraciət etmiş C4-C5 fəqərəarası disk yırt...
02/10/2025

📌 Boynunda və hər iki ətraflarında olan ağrı, keylik, zəiflik şikayətləri ilə müraciət etmiş C4-C5 fəqərəarası disk yırtığı diaqnozu ilə əməliyyat etdiyimiz xəstənin post op 1-ci ayında çəkilmiş kontrol mrt-də onurğa beyni tam sərbəstdir. Xəstəmizin şikayətləri keçmişdir👏🏻

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 0514214455

📌 ~ 3 il öncə beyin şişi (sol frontoparietal konveksital meningioma) diaqnozu ilə əməliyyat etdiyimiz xəstəmizin kontrol...
15/09/2025

📌 ~ 3 il öncə beyin şişi (sol frontoparietal konveksital meningioma) diaqnozu ilə əməliyyat etdiyimiz xəstəmizin kontrol mrt müayinəsində qalıq şiş aşkarlanmır😍

Patohistoloji - meningioma grade II

📌 Guyon Kanal Sindromu – ulnar sinirin bilək səviyyəsində sıxılmasıdır.Əsas əlamətlər:✅ 4-cü və 5-ci barmaqlarda keylik ...
05/09/2025

📌 Guyon Kanal Sindromu – ulnar sinirin bilək səviyyəsində sıxılmasıdır.

Əsas əlamətlər:
✅ 4-cü və 5-ci barmaqlarda keylik və uyuşma
✅ Əldə zəiflik, xırda əzələlərin atrofiyası
✅ Uzun müddət davam edərsə “caynaqlı əl” deformitesi

👉 Ən çox velosipedçilərdə və biləyə təzyiq olan işlərdə rast gəlinir.

🩺 Müalicə konservativ və ya cərrahi ola bilər.

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 0514214455

📌 Boyun yırtığı (servikal disk yırtığı)❗️Əlamətləri:👉 Boyun ağrısı👉 Çiyin və qola yayılan ağrı👉 Qolda keyimə, iynələnmə👉...
16/08/2025

📌 Boyun yırtığı (servikal disk yırtığı)

❗️Əlamətləri:
👉 Boyun ağrısı
👉 Çiyin və qola yayılan ağrı
👉 Qolda keyimə, iynələnmə
👉 Barmaqlarda gücsüzlük

💡 Səbəblər:
📱 Uzun müddət telefon və kompüter istifadəsi
💥 Travma
⚡️ Degenerativ dəyişikliklər (osteoxondroz və s.)

🩺 Müalicə:
🔸 Fizioterapiya və dərmanlar
🔸 Lazım olduqda cərrahi əməliyyat

⚠️ Boyunda uzunmüddətli ağrı və qollarda keyimə varsa, vaxtında həkimə müraciət edin. Erkən diaqnoz = daha asan müalicə ✅

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 051 421 4455

📌 Uğur təsadüf deyil, o zəhmətin səsidir!👨🏻‍⚕️ Dr. Zəka Abdullayev📞 051 4214455
21/07/2025

📌 Uğur təsadüf deyil, o zəhmətin səsidir!

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 051 4214455

📌 Baş ağrıları və səbəbləriBaş ağrısı demək olar ki, hər bir insanın həyatında ən az bir dəfə yaşadığı problemdir. Amma ...
07/07/2025

📌 Baş ağrıları və səbəbləri

Baş ağrısı demək olar ki, hər bir insanın həyatında ən az bir dəfə yaşadığı problemdir. Amma hər baş ağrısı eyni səbəbdən qaynaqlanmır və bəzən arxasında ciddi nevroloji xəstəliklər gizlənə bilər.

🔹 Ən çox rastlanan baş ağrısı növləri:
▪️ Gərginlik tipli baş ağrısı – stres, əzələ sıxılması
▪️ Miqren – bulanıqlıq, ürəkbulanma, işığa-həssaslıq
▪️ Küme baş ağrısı – çox güclü və birtərəfli, adətən gecə başlayır
▪️ Boyun mənşəli baş ağrısı – boyun problemi ilə bağlı
▪️ Şiş, qanama və ya təzyiq artışı ilə bağlı olan baş ağrıları – gecikdirilmədən yoxlanmalıdır!

📌 Aşağıdakı hallarda mütləq həkimə müraciət edin:
• Yeni yaranmış və getdikcə artan baş ağrısı
• Səhərlər daha güclü olan baş ağrısı
• Baş ağrısı ilə yanaşı qusma, görmə pozuntusu, danışıq çətinliyi və ya iflic əlamətləri varsa

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 0514214455

📌 Pasiyent bizə boynunda və hər iki qolunda olan ağrı, keylik, uyuşma və zəiflik şikayətləri ilə müraciət etmişdi. MRT m...
03/06/2025

📌 Pasiyent bizə boynunda və hər iki qolunda olan ağrı, keylik, uyuşma və zəiflik şikayətləri ilə müraciət etmişdi. MRT müayinədə: C4-C5 səviyyəsində disk yırtığı, mielopatiya aşkarlanmışdı.

🔩 Pasiyentə Anterior yanaşma ilə C4-C5 diskektomiya və Peek cage ilə ön boyun fuzyonu uğurla icra olundu.

✅ Əməliyyatdan sonra pasiyentin şikayətləri əhəmiyyətli dərəcədə azalmış, ağrılar reqress etmişdir.

Əməyi keçən hər kəsə təşəkkürlər…

Ətraflı məlumat və konsultasiya üçün əlaqə saxlaya bilərsiniz.

👨🏻‍⚕️ Dr. Zəka Abdullayev
📞 051 4214455

Address

Baku

Telephone

+994514214455

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Zəka Abdullayev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Zəka Abdullayev:

Shortcuts

Share

Category