04/08/2026
🌼 Tək bir çiçək deyil, xırda çiçəklərin birləşməsindən ibarət çiçək səbəti olan çobanyastığından danışmaq istəyirəm...
🤍 Bəyaz ləçəkləri ilə göz oxşayan, hər kəsin sevimlisi olan bu birillik ot bitkisi güclü antiseptik, iltihabəleyhinə, spazmolitik təsirlərə malik olub, iltihab və spazmı aradan qaldırmağa yardımçı olur. Çobanyastığı, həm də 😴sakitləşdirici təsir göstərir, yuxu keyfiyyətini yaxşılaşdırmaq və gündəlik yorğunluğu aradan qaldırmağa kömək edir. Həmçinin həzmi yaxşılaşdırır, regenerasiya proseslərini sürətləndirərək yara və xoraların sağalmasını tezləşdirir 💫
👉 Əczaçılıqda aptek çobanyastığının quru və duru ekstraktlarından, dəmləməsindən, yağından və s. istifadə olunur. Ekstraktı şampunların, sabunların, kremlərin və digər kosmetik vasitələrin istehsalında tətbiq edilir.
✨ Bitkinin dəmləməsi təkcə daxilə qəbul ilə məhdudlaşmayıb, ağız boşluğu və dişəti problemlərində qarqara kimi, dəri problemlərində isə xaricə tətbiq edilir.
📍 Aptek çobanyastığı çiçəyini həm bitki, həm də filtr-bağlama şəklində Herba Flora qablaşmasında aptek və FitoClublardan əldə edə bilərsiniz