Dr. Rəfadar Xəlilov

Dr. Rəfadar Xəlilov Dr.Rəfadar Xəlilov
Oftalmoloq cərrah (Göz həkimi)
Tibb Elmləri Namizədi

15/05/2026

Psixi gərginliyin səviyyəsindən asılıdır əlbəttə. Hamımızda müəyyən qədər gərginlik olur. Amma patologiya səviyyəsində psixi gərgin insanları mən eksimer lazer əməliyyatı eləmirəm. İstər əməliyyat əsnasında, istərsə də əməliyyatdan sonrakı dövrdə bu psixi gərginlik böyük problemlərə səbəb olur. Sonda əldə etmək istədiyimiz nəticəyə çata bilmirik.

Videoda bu barədə ətraflı məlumat verdim. İzləyin, suallarınız varsa, qeyd edin.

Eksimer lazer əməliyyatları flepli və flepsiz əməliyyatlar olaraq iki əsas növə  ayrılır. Flepli cərrahiyyə zamanı gözün...
08/05/2026

Eksimer lazer əməliyyatları flepli və flepsiz əməliyyatlar olaraq iki əsas növə ayrılır.

Flepli cərrahiyyə zamanı gözün buynuz qişasından (kornea təbəqəsi) nazik bir qat (flep) qaldırılır, amma tam qoparılmır, bu qatın altındakı səth lazerlə işlənir, sonra isə, üst qat yerinə oturdulur. LASIK, Femto-LASIK əməliyyatları flepli cərrahiyyəyə aiddir.

Flepsiz cərrahiyyədə isə, flep yaradılmır, buynuz qişannın səthi birbaşa lazerlə işlənir. PRK (No-Touch) flepsiz əməliyyatdır.

Hər iki yanaşmanın öz üstünlükləri olmaqla birlikdə, hər pasiyent üçün hansı cərrahiyənin seçiləcəyinə gözün xüsusiyyətləri nəzərə alınaraq həkim tərəfindən qərar verilir.

03/05/2026

LASIK əməliyyatı zamanı, eləcə də əməliyyatdan sonra gözdə ağrı olmaz. Bunu əminliklə deyirik. Amma bəzi pasiyentlər yenə də ağrı hiss etdiklərini deyirlər. Bu necə olur, hansı hallarda olur?

Növbəti videoda bu haqda danışdım. Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Əslində katarakta diaqnozu qoymaq çox asandır. Cihazlar o qədər inkişaf edib ki, səhv eləmək demək olar ki, mümkün deyil...
02/05/2026

Əslində katarakta diaqnozu qoymaq çox asandır. Cihazlar o qədər inkişaf edib ki, səhv eləmək demək olar ki, mümkün deyil. Amma 5%-dən az da olsa, səhv katarakta diaqnozu ilə qarşılaşırıq.

Səbəblər nələrdir?

1. Bəbək böyüdülmədən müayinə aparılması:
Bəbək böyüdülmədən müayinə aparılmamalıdır. Bəlkə hansısa səbəbdən həkim bəbək böyüdülmədən müayinə edib.

2. Müayinə aparatının köhnə olması:
Ola bilər ki, görüntü keyfiyyəti yüksək olmayan biomikroskop istifadə olunub, o da həkimi yanıldıb.

3. Başqa bulanıqlıqla səhv salınması:
Katarakta, büllurun bulanmasıdır. Bəzən başqa problemlər özünü büllurun bulanması kimi göstərə bilər.

26/04/2026

Əgər bir insan onun üçün yazılmış eynəyi taxmırsa, özünə əziyyət edir. Xüsusilə də valideynlər övladlarının eynəklərini almırsa, vaxtında yeniləmirsə, vaxtaşırı müayinələrə aparıb nömrələri yoxlatdırmırsa, mənim gözümdə bu cinayətdir. Niyə görə? Videoda izah elədim.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Eynək hazırlanarkən şüşənin ortasının gözün bəbəyi ilə üst-üstə düşməsinə xüsusi diqqət yetirilməlidir. Bu görmə keyfiyy...
24/04/2026

Eynək hazırlanarkən şüşənin ortasının gözün bəbəyi ilə üst-üstə düşməsinə xüsusi diqqət yetirilməlidir. Bu görmə keyfiyyətinin yüksək olması üçün vacibdir. Ona görə də eynək reseptində bəbək arası məsafə (tibbi dildə PD - Pupillary Distance adlanır) qeyd olunur.

Uşaqlar böyüdükcə baş ölçüləri dəyişir və buna bağlı olaraq bəbək arası məsafə artır. Məsələn, 3 il əvvəl uşağın PD ölçüsü 54 mm idisə, fiziki böyümə nəticəsində bu məsafə artıq dəyişmiş olur.

Bəzən pasientin göz nömrələri (dioptriyaları) dəyişməyə bilər və şüşələr tamamilə cızıqsız, şəffaf ola bilər. Lakin bəbək arası məsafə böyüdüyü üçün, köhnə eynək artıq gözün yeni mərkəzləşməsinə uyğun gəlmir və bu halda eynəyin yenilənməsi vacibdir.

Əgər eynək dəyişilməzsə, pasientin görmə keyfiyyəti aşağı düşür. Eyni nömrəli eynəklə əvvəllər 100% görən şəxs, PD ölçüsü uyğun gəlmədikdə artıq 80% görməyə başlaya bilər.

Qısaca, eynəklər yalnız gözün nömrəsi dəyişdikdə deyil, həm də başın böyüməsinə bağlı olaraq göz arası məsafə dəyişdikdə də yenilənməlidir ki, görmə keyfiyyəti qorunub saxlanılsın.

15/04/2026

Eynək təyin etdiyimiz pasiyentləri vaxtaşırı müayinəyə çağırırıq. Müayinələrdə əvvəlcə pasiyentin gözlərini müayinə edirik, sonra isə, eynəyini yoxlayırıq. Bəzən etiraz edirlər, "Gözün nömrəsi dəyişməyib, biz boşuna gəlib-gedirik?!" Gözün nömrəsi dəyişməsə belə, əgər eynək cızılıb, yararsız hala düşübsə, yeni eynək yazırıq. Hətta bəzən cızılmasa belə yeni eynək yazdığımız olur.

Növbəti video bu barədədir. Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Bəzən eynəksiz də 100% görən insana eynək yazırıq. Eynəyi taxanda reaksiyası "Heç nə dəyişmədi!" olur. Bunun mənasız bir...
13/04/2026

Bəzən eynəksiz də 100% görən insana eynək yazırıq. Eynəyi taxanda reaksiyası "Heç nə dəyişmədi!" olur. Bunun mənasız bir iş olduğunu düşünür. Lakin buradakı məqsəd yorğunluğu azaltmaqdır.

Eynəksiz yaxın işi görürsünüz, kitab oxuyur və ya telefonla məşğulsunuz, 20-30 dəqiqə sonra yorulursunuz. Amma eynək taxanda, bəlkə də, bir saata qədər yorulmadan işləyə, dərs oxuya bilirsiniz. Burada nə baş verir?

Əslində gözünüzdə kiçik refraktiv qüsur - 0.25, 0.50 astigmat, miyop və ya hipermetrop var. Gözünüz və beyniniz bu kiçik qüsurları aradan qaldırmaq üçün işləyir və siz 100% görürsünüz. Lakin bu şəkildə uzun müddət davam etmək olmur. Göz əzələləriniz və beyniniz yorulur. Siz də yorğun hiss edirsiniz.

06/04/2026

Gözündə heç bir problemi olmayan normal insanların görmə keyfiyyətinin sarı filterli eynəklərlə artdığını qeyd etmişdik. Amma xüsusilə də tibbi məqsədlə bu eynəkləri tövsiyə etdiyimiz qruplar da var. Bunlar gözündə qamaşma şikayəti olan:
- Eksimer lazer əməliyyatından sonra bəzi pasiyentlər və
- Keratokonus pasiyentləridir.

Ətraflı məlumat üçün videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Eksimer lazer əməliyyatlarının bu dörd metodu arasındakı əsas fərqlər onların tətbiq texnikası, həll etdikləri problemlə...
05/04/2026

Eksimer lazer əməliyyatlarının bu dörd metodu arasındakı əsas fərqlər onların tətbiq texnikası, həll etdikləri problemlər və uyğun olduqları pasiyent qrupları ilə bağlıdır:

- PRK (Fotorefraktiv keratektomiya): Eksimer lazer metodlarının ən ilkidir və bəzən "no-touch" olaraq da adlandırılır.
Bu metodun əsas çatışmazlıqları yüksək dərəcəli mioplarda reqressiya (dərəcənin geri qayıtması) və "haze" dediyimiz buynuz qişanın bulanması ehtimalının olmasıdır.

- LASIK: PRK-nın problemlərini (reqressiya və haze) aradan qaldırmaq üçün yaradılmışdır.
Bu, "flepli cərrahiyyə" növüdür, yəni buynuz qişanın səthində nazik bir qapaq (flep) qaldırılır. Lakin LASIK-də gözdə quruluq və buynuz qişanın zəifləməsi nəticəsində yaranan ektaziya (keratokonus effekti) kimi risklər mövcuddur. Həmçinin, buynuz qişası çox dik və ya çox yastı olanlarda bəzi texniki problemlər yarada bilər.

- Femto-LASIK: Klassik LASIK-dən fərqi odur ki, burada flep lazer vasitəsilə düzəldilir.
Bu metod daha incə flep hazırlamağa imkan verir və buynuz qişanın əyriliyi çox fərqli (çox dik və ya çox yastı) olan pasiyentlərdə daha təhlükəsiz tətbiq oluna bilir.

- SMILE: Ən son metodlardan biridir və Femto-LASIK-in bəzi mənfi tərəflərini (məsələn, ektaziya və quruluq riskini) azaltmaq məqsədilə yaradılmışdır.
Bu metod xüsusilə güclü quruluğu olan və dərəcəsi mənfi 4 ilə mənfi 8 dioptriya arasında olan pasiyentlər üçün daha uyğun hesab olunur. Bununla belə, çox kiçik (mənfi 1-1.5) və ya çox yüksək dərəcələrdə tətbiqi çətin ola bilər.

Yekun olaraq, hansı metodun seçilməsinə müayinə nəticələrinə əsasən həkim qərar verir. Pasiyentin buynuz qişasının qalınlığı, əyriliyi və gözün dərəcəsi bu seçimdə əsas rol oynayır.

29/03/2026

Gecələr avtomobil sürərkən qarşıdan gələn gözqamaşdırıcı, dağınıq işıqları azaldan, daha aydın görüntü imkanı verən sarı filterli antifar eynəklər haqqında şəxsi təcrübəmi bölüşdüm.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Address

20 Yanvar Küçəsi 1B
Baku
1134

Opening Hours

Monday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Saturday 09:00 - 16:30

Telephone

+994515555850

Alerts

Be the first to know and let us send you an email when Dr. Rəfadar Xəlilov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Rəfadar Xəlilov:

Shortcuts

Share