26/08/2026
🫀 Ürəyinin ritmini tut!
29 sentyabr 2026-cı il tarixində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Mərkəzi Klinikanın təşkilatçılığı ilə Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar və “Minimal İnvaziv Mitral Qapaq Cərrahiyyəsi” kursu keçiriləcək.
Elmi-praktiki seminar çərçivəsində ürək-damar xəstəliklərinin profilaktikası, müasir diaqnostika və müalicə yanaşmaları, eləcə də aktual klinik mövzular müzakirə olunacaq.
“Minimal İnvaziv Mitral Qapaq Cərrahiyyəsi” kursunda isə mitral qapaq cərrahiyyəsində minimal invaziv yanaşmalar və müasir cərrahi üsullar üzrə nəzəri və praktik məlumatların təqdim olunması nəzərdə tutulur.
📅 Tarix: 29 sentyabr 2026
📍 Məkan: Mərkəzi Klinika
🔗 Qeydiyyat linki: https://forms.gle/747PwfzEJGUtzt5b9
Əlaqə:
+994 77 591 94 91
+994 70 541 21 44